Balabanla ifası kosmosa çatan azərbaycanlı: Böyüklüyündən xəbərsiz olan sənətkar


Kriminal 04 Fev 2024 17:01:00 235 0

Balabanla ifası kosmosa çatan azərbaycanlı: Böyüklüyündən xəbərsiz olan sənətkar

Onun adı gələndə ilk olaraq qulaqlarımda Novruz bayramı ərəfəsində Azərbaycan Televiziyasının mavi ekranında ifa olunan "Azərbaycan təranələri" səslənir. Daha sonra 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının ahını, vaxtilə Azərbaycanın Qarabağ harayını dünyaya yayan, şəhid adlı böyük bir dərdin ah-fəğanı olan həzin və son dərəcə kövrək musiqilər çalınır. Bir sözlə, göz önündə böyük bir sənətkar - "milli qoboy ifaçısı" canlanır...

Bəziləri elə bilirlər ki, qoboy tütəkdir, əlinə götürən kimi çalacaqlar. Qoboyda o qədər qəliz sirlər var, onu ancaq Allahın qüdrəti ilə tapmaq olar. Gərək minqat zəhmət çəkəsən ki, Kamil Cəlilov olasan.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu gün mərhum Xalq artisti Kamil Cəlilovun 86 yaşı tamam olur.

Sənətinə dəlicəsinə bağlı olan Kamil Cəlilov müsahibələrinin birində belə deyib:

"Bir gün qoboy çalmasam, ölərəm. Çörək yeməsəm, ondan yaxşıdır".

O, özgə aləti doğma dildə dilləndirməyi bacaran ustaddır. Bu barədəki fikirləri maraqlı olduğu qədər də səmimidir:

"Qoboy çox çətin və şıltaq alətdir. Onda istədiyim səsi almaq üçün bəzi dəyişikliklər etmişəm. Muğamlarda gəzişmələr etmək üçün bəzi əlavələr lazım gəlib. Muğam çalanda xanəndələrimizin vurduğu zəngulələrdən istifadə etmişəm. Qoboyçalan çoxdur. Amma qoboyda muğamı ilk dəfə mən ifa etmişəm. Qoboyun müştüyünü özüm düzəldirəm. Bəzən bir müştüyü düzəltməyə iki-üç ay vaxt lazım gəlir".

Uşaqlığından ağrı-acılı bir ömür yolu keçib Kamil Cəlilov... 1938-ci il yanvarın 29-da Buzovna kəndində dünyaya gəlib. Atası Cəlil İkinci Dünya müharibəsindən iki ayağı şikəst qayıtdıqdan sonra Kamil cavan bacısını itirib. Onun ölümünü heç vaxt unuda bilməyib. Bacısından sonra anasını da çox tez itirib. Bəlkə, elə ona görədir ki, o, qoboyda ifa edərkən hisslərini, yaşadığı ağrı-acıları musiqinin dili ilə izah etməyə çalışıb və bu onda çox yaxşı alınıb... Atası əvvəllər Kamilin qoboyda ifasına qarşı çıxsa da, sonradan ondakı bu həvəsin, sevginin qarşısında gücsüz qalıb.

Kamil Cəlilov həmin illəri belə xatırlayırdı:

"Yeni ifa etməyə başladığım vaxtlarda atam qoboyumu sındırıb, məni döydü, sonra zirzəmiyə saldı. Atam əlil olduğuna görə ifam onun əsəblərinə toxunurdu. Hətta zirzəmidə özümə şərait yaradıb orada qoboy çalırdım. Bu çətinliklərimi görən anam məni oradan xilas etdi".

Kamil Cəlilov Əhməd Bakıxanovun ansamblında qoşanağarada ifa edir, eyni zamanda, qoboy dərslərinə gedirdi. Bir gün Əhməd müəllim onu yanına çağırır və deyir ki, eşitmişəm, qoboy da çalırsan. Gənc Kamil "Bayatı-kürd"ü ifa edir və Əhməd müəllim ona heyran qalır. Bundan sonra studiyaya gedirlər. Beləliklə, Kamil Cəlilovun ilk lent yazısı qeydə alınır. Qoboy alətini muğam janrına gətirən ilk sənətkar da məhz Kamil Cəlilov olub. Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısı olub.

1977-ci ildə onun balabanda ifa etdiyi "Çahargah ahəngi" kompozisiyası "Voyager" qızıl plastinkasına daxil edilib. Elə həmin il NASA-nın "Voyager 1" peyki ilə kosmosa göndərilən bu qızıl plastinkada Kamil Cəlilovun balaban ilə çaldığı "Çahargah ahəngi" adlı kompozisiya səmanın ənginliklərinə doğru yol alıb.

Kamil Cəlilov həm böyük sənət ustadı, həm də geniş qəlbə malik, həssas ürək sahibi idi. Uşaq qəlbli böyük idi. Maestro Niyazi onun haqqında hər zaman belə deyərmiş: "Kamil o qədər sadədir ki, özü bilmir onda necə böyüklük var. Bəlkə, elə bu böyüklükdən xəbərsiz olduğuna görə Kamil sənət zirvəsinə yüksələ bilib".

Muğam və segahın özünəməxsus ifaçısı kimi yaddaşlara yazılan unudulmaz Rübabə Muradova isə Kamil Cəlilova belə vəsiyyət etmişdi:

"Mən öləndə tabutum önündə bir segah çal. Bil ki, onda sən məni behiştə yola salmış olarsan".

Şəhid analarının fəryadını, göz yaşlarını, şikayətini ondan yaxşı tərənnüm edən yox idi. Qoboyunun dili ilə bütün dünyaya o dövrün faciəsini elə olduğu kimi çatdıra bilirdi sənətkar. Özü müsahibələrinin birində belə deyib:

"Zəminxarə"ni, "Segahı" mən çoxdan ifa etmişəm. Musiqi redaksiyasında redaktorlar məsləhətləşiblər ki, Kamilin ifası ağrılı, yanıqlıdır, o musiqilər olsa, yaxşı olar. Ona görə 20 Yanvar, Xocalı faciələri anılanda radiolarda, telekanallarda, Şəhidlər xiyabanında mənim musiqilərim səslənir. "Zəminxarə"mə qulaq asan neçə ana təsəlli, toxtaqlıq tapıb. 20 Yanvar günlərində mənə o qədər zənglər olurdu ki... İnsanlar öz razılığını bildirirdilər. Deyirdilər, qoboy şəhid analarının ürəyinə su səpir. O anaların harayını, şikayətini qoboy vasitəsilə bütün dünyaya çatdırmışam..."

Kamil Cəlilov, sadəcə, qoboyda ifa etmirdi... Gözlərini yumaraq öz qoboyu ilə birlikdə məhz oxuyurdu və bu ifanın digər ifalardan fərqi ondadır ki, burada sözlər deyilmir: dinləyəni varlığından alan çox möcüzəli bir səs insanı çox mətləblərdən hali edir...

Kamil Cəlilov 2022-ci il fevralın 23-də, 84 yaşında dünyasını dəyişib. O Kamil ki, Şərq xalqlarına məxsus, almanların musiqi aləti kimi tanıdılan qoboyu milliləşdirib. O, sevincli günlərimizdə qoboyu ilə bizi sevindirib, kədərli anlarımızda yalnız gözlərimizi deyil, ürəklərimizi də ağladıb...

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bakıda tozlu hava şəraiti müşahidə olunur like
  • 04 Fev 16:56  
Digərləri Bakıda tozlu hava şəraiti müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, bu gün Bakıda v

arrow Ətraflı
“İnsan yaşadığı cəhənnəmi, bilmədiyi cənnətə dəyişmir” like
  • 04 Fev 16:50  
Şou-biznes “İnsan yaşadığı cəhənnəmi, bilmədiyi cənnətə dəyişmir”

Aktrisa Ülviyyə Xəlilbəyli növbəti paylaşımı marağa səbəb olub.

arrow Ətraflı
Yollarda görmə məsafəsi məhdudlaşacaq like
  • 04 Fev 16:45  
Digərləri Yollarda görmə məsafəsi məhdudlaşacaq

Sabah dumanla bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq.

arrow Ətraflı
“Balakənlilər seçkini böyük sevinc və həyəcanla gözləyirlər” like
  • 04 Fev 16:36  
Digərləri “Balakənlilər seçkini böyük sevinc və həyəcanla gözləyirlər”

"Balakənlilər fevralın 7-də keçiriləcək seçkiləri böyük sevinc v

arrow Ətraflı
“Fransa Beynəlxalq Radiosu 100 ildən çoxdur ki, “etik kodeks”ini tapdalayır” like
  • 04 Fev 16:31  
Digərləri “Fransa Beynəlxalq Radiosu 100 ildən çoxdur ki, “etik kodeks”ini tapdalayır”

Son.az XQ-nin media eksperti Müşfiq Ələsgərlinin yazısını təqdim edir:

arrow Ətraflı
ABŞ hər yerdə münaqişələri qızışdırır like
  • 04 Fev 16:19  
Dünya ABŞ hər yerdə münaqişələri qızışdırır

ABŞ-ın Suriya və İraqda hava hücumları regionda eskalasiya riskini xeyli a

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 04 Fev 16:13  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin qərbində 3 maqnitudalı zəlzələ olub.

arrow Ətraflı
Toyda gəlinin hərəkəti qonaqları ŞOKA SALDI  VİDEO like
  • 04 Fev 16:07  
Digərləri Toyda gəlinin hərəkəti qonaqları ŞOKA SALDI VİDEO

Toy mərasimində gəlinin etdiyi hərəkət gündəm olub.

arrow Ətraflı
Əsir düşməmək üçün qumbara ilə özünü və düşmənləri partladan like
  • 04 Fev 16:01  
Digərləri Əsir düşməmək üçün qumbara ilə özünü və düşmənləri partladan

1992-ci il iyunun 30-da Ağdərə şəhəri uğrunda döyüşlər zamanı qəhr�

arrow Ətraflı
Anestezioloq cərrahi əməliyyat zamanı yuxuya getdi like
  • 04 Fev 15:55  
Dünya Anestezioloq cərrahi əməliyyat zamanı yuxuya getdi

Böyük Britaniyada 61 yaşlı anestezioloq Tomas Herbst cərrahi əməliyyat za

arrow Ətraflı
Cansız bədəni çaydan tapılan Adilə Mehdiyevanın ƏN SON GÖRÜNTÜLƏRİ like
  • 04 Fev 15:49  
Digərləri Cansız bədəni çaydan tapılan Adilə Mehdiyevanın ƏN SON GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, Polşada iki aylıq övladı ilə birgə itkin düşən

arrow Ətraflı
3500lük meymun “ordu”su Tayland şəhərini like
  • 04 Fev 14:53  
Dünya 3500lük meymun “ordu”su Tayland şəhərini

3500 uzunquyruqlu meymundan ibarət "ordu" Taylandın Lopburi şəhər

arrow Ətraflı
DSK sədri: “Yeni yaşayış massivlərində səsvermə üçün zəruri şərait yaradılıb” like
  • 04 Fev 14:48  
Digərləri DSK sədri: “Yeni yaşayış massivlərində səsvermə üçün zəruri şərait yaradılıb”

Son illərdə əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədil�

arrow Ətraflı
İraqın şimalında 5 terrorçu like
  • 04 Fev 14:43  
Dünya İraqın şimalında 5 terrorçu

İraqın şimalında "Hakurk" və "Pəncə-Kilid" əməliyya

arrow Ətraflı
Güclü zəlzələ oldu like
  • 04 Fev 14:37  
Dünya Güclü zəlzələ oldu

Okeaniyada yerləşən Quam adasının yaxınlığında 5,4 maqnitudalı zəlzə

arrow Ətraflı