“Fransa Beynəlxalq Radiosu 100 ildən çoxdur ki, “etik kodeks”ini tapdalayır”
Digərləri 04 Fev 2024 16:31:00 386 0
Son.az XQ-nin media eksperti Müşfiq Ələsgərlinin yazısını təqdim edir:
Bu xəbəri də oxu: Qəpikləri 250, 150, 80 manata satırlar
Fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərinin beynəlxalq müstəvidə rezonans doğurduğu aydan görünür. Ona yalnız Azərbaycanı deyil, bütövlükdə, regionu əhatə edəcək yeni proseslərin açar nöqtəsi kimi yanaşılır. Bu baxımdan 7 fevral prezident seçkiləri müxtəlif səviyyəli beynəlxalq platformalarda müzakirə edilir, geosiyasi kontekstdə dəyərləndirilir. Azərbaycan dövləti də bu həssaslığı nəzərə alır; seçkilərin demokratik, şəffaf formada keçirilməsi üçün bütün şərtləri təmin edir.
Seçki prosesinin dəyərləndirilməsi üçün meyarlardan biri də şəffaflığın təmin edilməsidir. Bu amili nəzərə alaraq, Azərbaycan seçki müşahidəçiliyi üzrə ixtisaslaşmış həm yerli, həm də beynəlxalq təşkilatların 7 fevral seçkilərini izləmələri üçün lazımi şərait yaradıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT PA, GUAM, beynəlxalq statuslu müşahidə missiyalarının akkreditasiyası təmin olunub. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 7 fevral seçkiləri üzrə 86 min 490 müşahidəçi akkreditasiyadan keçib ki, onların sırasında beynəlxalq müşahidəçilərin sayı kifayət qədərdir. Seçkiləri 89 ölkədən 63 beynəlxalq təşkilatın 800-ə yaxın müşahidəçisi izləyəcək.
Milli media subyektləri ilə yanaşı, transmilli və transsərhəd KİV-lərin seçki prosesini işıqlandırmaları üçün də yetərli şərait yaradılıb. MSK-nın məlumatına görə, indiyədək 63 xarici media qurumundan 119 jurnalist akkreditasiyadan keçib. Yaponiyadan başlamış İtaliyaya qədər ən müxtəlif ölkələrin jurnalistləri 7 fevral seçkilərini izləmək üçün ölkəmizə gəliblər.
Xarici media qurumlarının necə davranacağı məsələsinə gəlincə, əlbəttə, bu, onların özlərinin peşəkarlığına bağlıdır. Azərbaycan demokratik ölkədir, burada söz və ifadə azadlığı, plüralizmə hörmət vardır. Kimsəyə belə yazma, elə yaz deyilmir. Yetər ki, həqiqəti yazsınlar, qanunları, kodeksləri pozmasınlar.
Özünü peşəkar sayan, beynəlxalq imici olan hansısa media qurumunun yalan, yanlış məlumat yaymağa meyil edəcəyi rasional görünmür. Çünki, seçki prosesi hər kəsin gözü qarşısında keçirilir. Yuxarıda qeyd etdiyimiz kimi, seçkini 86 min 490 nəfər müşahidəçi izləyir. Əgər hansısa media subyekti bu qədər müşahidəçinin gördüyü həqiqətləri tərsinə çevirib yanlış formada təqdim edəcəksə, ilk növbədə özünü ifşa etmiş olacaq. Hər kəs onların yalan yazdıqlarına şahidlik edəcək.
Fransa mediasını çaşqın duruma salan da bu amildir. Onlar 7 fevral seçkilərini tənqid etmək üçün sifariş alıblar. Siyasi konyukturaya boyun əyməli, yazmalı və tənqid etməlidirlər. Amma nədən yazacaqlar, nəyi tənqid edəcəklər? Hansı fakta söykənib seçkilərə qara yaxacaqlar?
Vəziyyətdən çıxmaq üçün qəribə metod tapıblar: seçki prosesini birbaşa deyil, dolayı vasitələrlə qaralamağa çalışırlar.
Fransa Beynəlxalq Radiosu (RFI) Azərbaycanda 7 fevral seçkilərinə həsr edilmiş məqalə yayımlayıb. Niyyəti indiki seçkini tənqid etmək olub. Amma 7 fevral seçkilərinə aid olan bircə arqument tapmayıb, kənardan dolanıb. Məsələn, hansısa "blogerin" uydurduğu hekayəni fakt kimi təqdim edib. Faktın qondarma olması bir yana, təsvir edilən hekayənin tarixi də düz gəlmir. RFİ və onun müsahibi özləri də qeyd edirlər ki, təsvir etdikləri hadisə 2014-cü ildə baş verib. 2014-cü ildə baş verdiyi iddia olunan hadisəni 10 il sonra keçirilən "7 fevral seçkilərinə hazırlıq" kimi dəyərləndiriblər. Bu münvalla, müxtəlif illərə aid olduğu bildirlən hadisələrdən sitatlar gətirilir. Məqalədə təsviri verilən hadisələrdən ən yeni tarixə aid olanı 2021-ci ili əhatə edir. Beləliklə, RFI 7 fevral seçkilərini tənqid etmək üçün müasir dövrdən fakt tapa bilməyib, "arxivə" baş vurmaq məcburiyyətində qalıb. Amma sona qədər oradan çıxa bilməyib. Elə ilişib arxivdə də qalıb.
RFİ Fransanın beynəlxalq efir yayımını təşkil edən "France Médias Monde" Qrupunun tərkibinə daxil olan 3 subyektdən biridir. "France-24" TV kanalı, Ərəbdilli Radio Stansiyası və RFİ "France Médias Monde" (FMM) Qrupunu təşkil edirlər. Onlar 21 dildə yayımlanır, dünyada tanınırlar. Qrupun üzvlərindən olan "France-24" TV kanalının Azərbaycana qarşı münasibəti bəllidir. Prezident Emmanuel Makronun ruporu kimi çıxış edən bu kanal həm II Qarabağ müharibəsi dönəmində, həm də "Laçın yolu aksiyası" zamanında ermənipərəst mövqe sərgiləyib. Həmin dövrdə Qarabağdakı separatçı rejimin liderlərinin müsahibələrini yayımlayıb. RFİ də eyni mövqeyi sərgiləyib, "France-24" TV kanalı kimi yalanlar tirajlamaqdan çəkinməyib. Dünyada tanınan bir KİV qurumunun bu cür yalanlara möhtac qalması əcayib olsa da, amma reallıqdır.
FMM qrupunun uzun fəaliyyət tarixi vardır. Özünün "etik kodeksi" olan qocaman KİV qurumlarındadır. Redaksiya üçün hazırlanmış "Jurnalistika peşəsinin etik kodeksi" adlı sənəd 1918-ci ildə nəşr edilib. Həmin sənəd 100 il sonra - 2017-ci ildə yenilənib, "Etik Xartiya" adlandırılıb. FMM bu kodeks barədə açıqlamasında qeyd edib ki, "İki mətn arasında bir əsr vaxt keçib. Amma onların ahəngdarlığı və davamlılığı pozulmayıb. 100 il öncə olduğu kimi, RFİ bu gün də həqiqəti yayır".
Əgər FMM və RFİ-nin bütün "həqiqətləri" 7 fevral seçkiləri barədə yazdıqlarına bənzəyirsə, onda yazıq Fransa mediasından obyektiv xəbər gözləyənlərin halına. RFİ Azərbaycandakı 7 fevral seçkiləri barədə hazırladığı tənqidi məqalədə nəinki informasiya prinsiplərini pozub, hətta özünün hazırladığı "etik kodeksi" də ayaqlayıb. Özünə zəhmət verib Azərbaycana gəlməyib. Məqalə hazırlayarkən qarşı tərəfin rəyini öyrənməyib. Faktları dəqiqləşdirməyib. Hansı ki, "qarşı tərəfin mövqeyinin öyrənilməsi", "obyektivlik və qərəzsizlik" jurnalistikanın bir nömrəli prinsipidir.
ABŞ-ın Suriya və İraqda hava hücumları regionda eskalasiya riskini xeyli a
Toy mərasimində gəlinin etdiyi hərəkət gündəm olub.
1992-ci il iyunun 30-da Ağdərə şəhəri uğrunda döyüşlər zamanı qəhr�
Böyük Britaniyada 61 yaşlı anestezioloq Tomas Herbst cərrahi əməliyyat za
Xəbər verdiyimiz kimi, Polşada iki aylıq övladı ilə birgə itkin düşən
3500 uzunquyruqlu meymundan ibarət "ordu" Taylandın Lopburi şəhər
Son illərdə əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədil�
Aktyor Əlibəy Məmmədlinin evli olduğu üzə çıxıb.
2023-cü ilin yanvar-dekabr aylarında Amerika Birləşmiş Ştatlarından Türk
İstanbulda baş verən bu hadisə sosial medianın gündəmini zəbt edib.
Yaponiya paytaxtı Tokioda baş verən güclü partlayış şəhərin ən sıx d