"Pulu verəndə Aysel əlimə toxundu..."


Kriminal 03 Fev 2024 13:22:00 471 0

"Pulu verəndə Aysel əlimə toxundu..."

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 2000-ci il təvəllüdlü Turan həmkəndlisi Ayselə (adlar şərti verilib - red.) seksual xarakterli hərəkətlər edib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Turan həmkəndlisi Ayselin ərinin evdə olmadığına görə cinsi münasibətdə olmaq üçün gecə saatlarında onun evinə gedib. Evdəkilərin yatmasından istifadə edərək Ayselin otağının pəncərəsinə yaxınlaşıb və onun telefonla danışdığını görüb.

Turan Ayselin danışığını telefonuna səsyazısı şəklində qeyd edib. Sonra sakit səslə Ayseli cağırıb, onunla cinsi əlaqədə olmağı istəyib. Aysel isə buna etiraz edib.

Turan qadına danışığını telefonuna qeyd etdiyini bildirib. Aysel onun şantaja əl atdığını deyəndə Turan həmin səsyazısında Ayselin istifadə etdiyi sözləri söyləyib, onu özündən asılı salaraq cinsi əlaqəyə girməyə məcbur edib.

Aysel səsyazasının yayılacağından qorxub, onunla cinsi əlaqədə olub. Turan bundan sonrakı vaxtlarda Aysellə vatsap mesencerində görünütülü danışaraq pornoqrafik xarakterli hərəkətlərin görüntülərini telefonuna qeyd edib.

2022-ci ilin dekabrında münasibətləri pozulduqdan sonra Ayselin həyat sirri olan və pronoqrafik hesab edilən videocəkiliş materialını vatsap vasitəsilə bibisi oğluna göndərib.

"Məqsədim onu məcbur etmək idi"

İstintaq orqanı tərəfindən Turanın barəsində Cinayət Məcəlləsinin 151 (seksual xarakterli hərəkətlərə məcbur etmə), 156.1 (şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Turan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2022-ci ildə onun doğum günü ilə bağlı anası Zəminə tort bişirib satan Ayselə tort sifariş verib:

"Həmin gün saat 18.00-da tortu götürmək üçün Ayselin yaşadığı evə getdim. 20 manat pul verərək tortu ondan alanda Aysel əlimə toxundu. Mənə qarşı cəlbedici hərəkətlər etdi. Dedi ki, əri Mübariz bazara gedir, o da səhərə qədər evdə tək olur. Axşam 22-23 radələrində Ayselin qaynanasıgillə birlikdə yaşadığı həyət evinin çəpərindən keçdim və pəncərəsinin qarşısına gəldim.

Bu vaxt Ayselin kimləsə danışdığını eşitdim. Onun səsini telefonuma qeyd etdim. Məqsədim onu yaxınlığa məcbur etmək idi. Onun başqa şəxslərlə danışdığını sübuta yetirmək məqsədilə bunu etdim, hərəkətimə görə sonra çox peşman oldum".

"Bizi qucaqlaşmış vəziyyətdə gördü"

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Aysellə danışıb və onunla bir dəfə cinsi əlaqədə olub: "Bundan sonra Ayselə nömrəmi verdim, yazışmağa başladıq. Beləliklə, aramızda münasibət yarandı.

Sonralar Ayselin öz istəyi ilə də onunla cinsi əlaqədə oldum. Başqaları ilə görüşdüyünü eşidəndə ondan soyudum. Aysellə ən çox onların evində görüşmüşük. Bir dəfə günorta vaxtı Aysellə onların qonşuları Səidəgilin evində görüşdük. Səidə qapını açaraq bizi qucaqlaşmış vəziyyətdə gördü. Buna görə həyətə çıxdıq, sonra oradan getdik".

"İntihar etməklə hədələyib"

Turan bildirib ki, daha sonra Ayselin istəyi ilə Naxçıvan şəhərində onun anası Gülşəngilin evlərində görüşüb: "Bunu Ayselin anası Gülşən də bildi. Bir gün Ayselin əri Mübarizdən mənə zəng gəldi. Telefonu açdım, amma heç kim danışmadı.

2-3 gün sonra Aysel qaynanasının telefonu ilə zəng edərək olanları Mübarizin bildiyini dedi. Buna görə ərinin onu anasıgilə apardığını söylədi. Anasıgildə olanda Aysel yenə də mənimlə danışdı. Hər dəfə "ayrılaq" deyəndə ip və ya dərman şəkli ataraq intihar edəcəyi ilə məni hədələyirdi. Bu səbəbdən Aysellə məcbur qalaraq danışmışam".

"Yaymaq niyyətim olmayıb"

Turanın sözlərinə görə, Ayseldən uzaqlaşmaq məqsədilə İstanbul şəhərinə gedib:

"Orada Ayselin qaynı Zamiqin göstərişi ilə Teymur və Eldar adlı şəxslər tərəfindən təhdid edildim. Ayselin mənim qaynımla arasında olan səsyazısını, əvvəllər Aysellə çəkdiyim videonu Teymura göndərdim.

Teymur həmin səsyazısını və videonu gördükdən sonra məni buraxdı. Daha sonra kəndə qayıtdım. Aysellə aramızda intim videoəlaqəni ondan xoşum gəldiyi üçün telefona qeyd etmişəm. Yaymaq niyyətim olmayıb".

"Məni özünə bağlamağa çalışıb"

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin dekabrında bibisi oğlu Vüsal onlara gəlib: "Söhbət əsnasında Vüsala məndə Ayselin videosu olduğunu bildirdim. Həmin videonu vatsapda ona göndərdim. Sonra videonun yayıldığını eşitdim.

Videonu Vüsala göndərməkdə məqsədim Ayselin qaynı Zamiqlə yaxın olması, videonu görməsi və məcburi bir şey olmadığı üçün Zamiqin də məni rahat buraxacağına nail olmaq idi.

Ayselin dediyi kimi məndən ayrılarsa əlimdə olan video və səsin olduğu hafizə kartını ərinin maşınına atacağımı deməmişəm. Onun ərinə əlimdə olan videonu başqa türk nömrəsi ilə atacağımı da söyləməmişəm.

Aysel hamiləlik testinin şəklini ataraq məni özünə bağlamağa çalışırdı. Onun nə dişini, nə də telefonunu qırmışam. Oğlunun kiçik toy günü üstündə sonsuzluq olan qızıl sepi isə Bakı şəhərində kirayə ev tutaraq birlikdə yaşamağımız üçün verib. Həmin sepi itirmişəm".

"Bacara bilməmişəm"

İş üzrə zərərçəkmiş Ayselin sözlərinə görə, Mübarizlə ailə həyatı qurub və iki oğlu var:

"Təqsirləndirilən Mübariz mənim həmkəndlimdir, həm də bibim qızının həyat yoldaşıdır. Mən ad günləri üçün tortlar bişirərək satmışam, ailəmə dəstək olmuşam. 2022-ci ildə Turanın arvadı mənə ərinin ad günü ilə əlaqədar tort sifariş verdi. Tort hazır olduqdan sonra evlərinə zəng edən zaman telefonu Turan götürdü. Sonra bizə gələrək qaynanamla söhbət etdi. Mən də tortu gətirərək Turana verdim.

Axşam saat 22.00-da sərxoş vəziyyətdə yataq otağının pəncərəsinin yanında Turanı gördüm. Ərim Mübariz 2-3-gündən bir Naxçıvan şəhərinə bazara alver üçün gedirdi.

Turan tortu məndən alanda qaynanamla söhbət zamanı Mübarizin bazara gedəcəyini bilmişdi.

Turan mənə içəri gəlmək istədiyini bildirdi. Ona icazə vermədim. O məndən xoşu gəldiyini dedi. Mən də etiraz etdim. Turan mənə səsimi telefona yazdığını dedi. Mən həmin vaxt qaynım arvadı Vüsalə ilə telefonda danışmışdım. Danışıq zamanı Vüsalə həmkəndlilərimiz - Zülfüqar və onun qardaşı Musanın onunla əlaqəsi olduğunu, mən də qaynım arvadına "qadınlığımla həmin iki qardaşdan iyrənirəm" demişdim. Turan pəncərənin qarşısında mənim səsimi yazmışdı.

Mən Turana etiraz etdim, aramızda uzun müddət söhbət oldu. Onu mənimlə əlaqədə olmaq fikrindən daşındırmağa çalışırdım. Amma bacara bilmədim".

"Dişimi vuraraq sındırdı"

Aysel qeyd edib ki, Turan israrla sadəcə bir dəfə görüşüb, sonra gedəcəyini deyib: "Turanda səsyazım olduğu üçün məcbur qalaraq onunla həyətdə bir dəfə cinsi əlaqədə oldum. Həmin gündən vatsapda yazışmağa başladıq, aramızda münasibət yarandı.

Səhv edərək Turanı yaxına buraxmışam. Bir müddət onunla həm mesajlaşmışam, həm də görüntülü danışımışıq. Həyat yoldaşım evdə olmadığı vaxtlarda görüşmüşük.

Əmim oğlunun ölüm ildönümünə gedəndə Turanın yaşadığı evin önündən keçərkən məni həyətlərinə çağırdı. Etiraz etdikdə məni evin həyətinə çəkdi. Məni yumruq zərbəsilə vuraraq dişlərimi sındırdı. Ərinə zəng vurmaq istəyəndə telefonumu da alaraq sındırdı.

Bu barədə heç kimə danışa bilməmişəm. Səhəri gün ərim Mübarizin əmisi nəvəsinin kiçik toyu idi. Turan mənə yaxınlaşaraq yanıma sadə "Samsung" telefonu qoydu. Həmin telefonla gizlincə Turanla danışmağa başladım".

"Öz istəyimlə görüşmüşəm"

Ayselin ifadəsinə görə, növbəti dəfə Turanla danışan zaman əri Mübariz telefonu tutub: "Səhəri gün Mübariz məni anamın evinə apardı, boşanmaq üçün məhkəməyə müraciət etdi.

Dekabrın 5-də Turan İstanbul şəhərinə getdi. Türkiyədə yaşayan həmkəndlimiz Teymurun Turanla mənim üstümdə sözü olub. Turan Türkiyədən zəng vuraraq onu Teymurun əlindən qurtarmaq üçün kömək istədi. Məcbur qalaraq Turanın vatsap nömrəsinə Teymura eşitdirmək üçün səs atdım. Həmin səsdə "Turanı buraxın, mən öz istəyimlə Turanla görüşmüşəm" demişəm.

Bir müddət sonra Turanın kəndə gəldiyini eşitdim. Kəndə gəldikdən sonra o, yenə də mənimlə münasibət qurmaq istədi".

"İntihar videomu çəkdim"

Aysel qeyd edib ki, daha sonra anasına onun Turanla görüntülü danışdığı videosunu atıblar: "Həmin video əldən-ələ yayıldı. Sonra həmin videonu atama, qohumlarıma da atdılar. İntihar həddinə gəlməyimin səbəbi Turana atdığım səsyazım olub.

Turan Türkiyədə olarkən Teymurla söz-söhbəti bitirmək üçün "mən öz razılığımla Turanla əlaqədə oluram, onun heç kimə dəxli yoxdur, hərə gedib öz namusunu çəksin" səsimi göndərəndən bir qədər sonra həmin səs də qohumlarıma yayıldı. Bunun üçün qohumlarım da məni çox bezdirdilər. Bütün qohumlarımdan bezib intihar videomu çəkdim və Turana göndərdim".

Zərərçəkmiş qeyd edib ki, Turanla anası evində görüşməyib: "Anamın mənə aldığı qızıl sepimi Turana düzəldirməsi üçün vermişəm. Həmin sepi qaytarmayıb. Mənə məxsus "Samsung A 10" markalı telefonumu məndən düzəltməsi üçün alıb və onu da geri qaytarmayıb. Ailəminin dağılması, kənddə, qohumlar arasında rüsvay olmamın səbəbkarı Turandır".

Bu cinayət işinə Şərur Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Turan 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Nazilə Adəmin atasından danışdı: “Cinayət işi açılmalıdır”  FOTO like
  • 03 Fev 13:16  
Şou-biznes Nazilə Adəmin atasından danışdı: “Cinayət işi açılmalıdır” FOTO

Şair Nazilə Səfərli növbəti açıqlaması ilə gündəmə gəlib.

arrow Ətraflı
Elzanın anası ƏMƏLİYYAT OLUNDU  FOTO like
  • 03 Fev 12:56  
Şou-biznes Elzanın anası ƏMƏLİYYAT OLUNDU FOTO

Əməkdar artist Elza Seyidcahanın anası əməliyyat olunub.

arrow Ətraflı
"Qadın kişinin bu halına göz yummalıdır" like
  • 03 Fev 12:20  
Şou-biznes "Qadın kişinin bu halına göz yummalıdır"

"Mənim üçün həyat yoldaşımın bir xoş kəlməsi yetərlidir".

arrow Ətraflı
Yeni tədris dövründə praktiki məşğələlər icra olunur  VİDEO like
  • 03 Fev 12:15  
Digərləri Yeni tədris dövründə praktiki məşğələlər icra olunur VİDEO

Cari ilin döyüş hazırlığı planına əsasən, yeni tədris dövrü ilə ə

arrow Ətraflı
Azərbaycanda dəhşətli hadisə  65 yaşlı qadın öldürüldü, oğlu saxlanıldı like
  • 03 Fev 12:09  
Kriminal Azərbaycanda dəhşətli hadisə 65 yaşlı qadın öldürüldü, oğlu saxlanıldı

12:09 Fevralın 3-də saat 10:30 radələrində Sumqayıt şəhəri 9-cu mikr

arrow Ətraflı
İtkin düşən qadının yeri məlum oldu like
  • 03 Fev 12:02  
Digərləri İtkin düşən qadının yeri məlum oldu

Hacıqabulda itkin kimi axtarılan qadınının yeri məlum olub.

arrow Ətraflı
Polis polkovnikleytenantı vəfat etdi like
  • 03 Fev 11:58  
Digərləri Polis polkovnikleytenantı vəfat etdi

Məşhur polis polkovnik-leytenantı vəfat edib. 

arrow Ətraflı
ABŞdə güclü zəlzələ baş verdi like
  • 03 Fev 11:53  
Dünya ABŞdə güclü zəlzələ baş verdi

ABŞ-nin Oklahoma ştatında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Bu seçki dairəsi üzrə 10 seçicinin yaşı 100dən yuxarıdır like
  • 03 Fev 11:51  
Digərləri Bu seçki dairəsi üzrə 10 seçicinin yaşı 100dən yuxarıdır

"Yeddi fevral seçkilərinin biz kəlbəcərlilər üçün xüsusi əhəmiy

arrow Ətraflı
Papikyan: Ordudakı qeyridöyüş ölümlərinin səbəbləri... like
  • 03 Fev 11:42  
Digərləri Papikyan: Ordudakı qeyridöyüş ölümlərinin səbəbləri...

Bizim səylərimizə baxmayaraq, orduda qanundankənar münasibətlər ("de

arrow Ətraflı
“Ömrümün bir də qayıtmayacaq yayı”  FOTO like
  • 03 Fev 11:35  
Şou-biznes “Ömrümün bir də qayıtmayacaq yayı” FOTO

Əməkdar artist Firdovsi Atakişiyev mərhum xanımı, Xalq artisti İranə Ta�

arrow Ətraflı
Xalqa xidmət nümunəsi yaradan Lider! like
  • 03 Fev 11:25  
Digərləri Xalqa xidmət nümunəsi yaradan Lider!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri il

arrow Ətraflı
Bayrağımızın asıldığı Xankəndidən REPORTAJ  VİDEO like
  • 03 Fev 10:24  
Digərləri Bayrağımızın asıldığı Xankəndidən REPORTAJ VİDEO

Ötən ilin payızından etibarən Azərbaycan bayraqlarının dalğalandığı

arrow Ətraflı
Dünyaya səs salan cinayəti törədən şəxsin ilk ifadəsi məlum oldu  FOTO like
  • 03 Fev 10:18  
Kriminal Dünyaya səs salan cinayəti törədən şəxsin ilk ifadəsi məlum oldu FOTO

Bütün dünyaya səs salan cinayətin təfərrüatı məlum olub.

arrow Ətraflı