"Oğlumu öldürənə ən ağır cəza verilsin"


Kriminal 16 May 2023 20:30:00 142 0

"Oğlumu öldürənə ən ağır cəza verilsin"

Bakı Ağır Cinayətlər Məhkəməsində Şağan olimpiya idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun məhkəməsi iclası davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

R.Səfixanov elan edilmiş ittiham üzrə özünü qismən, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.

O deyib ki, hadisə söyüş üstündə baş verib:

"Turnirə komandamızla birlikdə getmişdik. Yarışa baxmaq üçün özümə yer axtarırdım. Bir də gördüm ki, Turan ayağını oturmaq istədiyim oturacağın üstünə qoyub. Ona nəzakətlə ayağını götürməyini dedim. Turan isə əvəzində məni təhqir etdi. Buna görə onun sifətinə şillə vurdum. Daha sonra o, mənə təpik vurdu və beləcə əlbəyaxa olduq. Yarışdan qabaq isə az miqdarda spirtli içki qəbul etmişdim. Dava edən zaman bıçaq cibimdən yerə düşdü. Həmin bıçağı "1001 xırdavat" mağazasından almışdım. Eyni zamanda idman kompleksi ilə üzbəüz yerləşən mağazadan yarışdan gec çıxacağımızı nəzərə alaraq kolbasa, sərinləşdirici içkilər və çörək almışdım. Bıçağı da məhz kolbasa doğramaq üçün istifadə edəcəkdim.

Dava əsnasında Turan mənim valideynlərimi söydü. Bundan sonra bıçaqla onu vurdum. Hadisədən dərhal sonra polislərə özüm təslim oldum. Törətdiyim əməldən peşmanam".

Daha sonra iş üzrə şahid qismində T.Rüstəmovun atası Zəka Rüstəmov dindirilib. Onun sözlərinə görə, hadisə baş verən zaman dostları ilə birgə yaşadığı Yevlax rayonunda olub: "Çay içirdik və birdən Nail müəllim mənə zəng vurub dedi ki, Turanı bıçaqlayıblar, təcili Bakıya gəlim. Artıq yola şıxanda xəbər aldım ki, oğlum rəhmətə gedib. Turan keçmiş həyat yoldaşımla birgə yaşayırdı".

Məhkəmədə zərərçəkmişin hüquqi varisi S.Xəlilova da ifadə verib. O qeyd edib ki, mərhum oğlu hər zaman həmyaşıdlarından öz tərbiyəsi və təmkini ilə seçilib: "Turanı kasıbçılıqla böyütmüşəm. Onun yaşamaq həvəsi olduqca böyük idi, 9 yaşından idmanda böyük nailiyyətlər qazanmağa başlamışdı. Hadisə günü mənə zəng edib dedilər ki, Turan kiminləsə dalaşıb. Sonradan ölüm xəbərini eşitdim, qulaqlarıma inana bilmədim. Oğlumu öldürənə ən ağır cəzanın verilməsini istəyirəm".

Prosesdə şahid qismində Turanın məşqçisi Əliağa Səfərov da dindirilib. O, hadisə zamanı kompleksin digər tərəfində olduğunu bildirib: "Təxminən 14:30-da Turanın çəki dərəcələri mübarizəyə qoşuldular. O, birinci və ikinci görüşünü yüksək səviyyədə keçirərək qələbə qazanmışdı. Hadisədən əvvəl Turanı cinayətin baş verdiyi yerdə oturdaraq hakimlər komitəsinə tərəf getdim. Hakimlərdən onun növbəti rəqiblərinin kim olması ilə maraqlandım. Daha sonra dava düşdüyünü gördüm, yaxınlaşanda Turanı qan içində idi".

Məhkəmənin növbəti iclası mayın 23-ə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü R.Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü T.Rüstəmovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

Tikinti şirkətində kütləvi zəhərlənmə like
  • 16 May 20:24  
Digərləri Tikinti şirkətində kütləvi zəhərlənmə

Şabranda kütləvi zəhərlənmə olub, 9 nəfər zəhərlənib.

arrow Ətraflı
"Heydər Əliyevin xarici siyasəti Azərbaycanı dünyanın mütərəqqi, sülhsevər ölkəsinə çevirdi" like
  • 16 May 20:15  
Siyasət "Heydər Əliyevin xarici siyasəti Azərbaycanı dünyanın mütərəqqi, sülhsevər ölkəsinə çevirdi"

Serbiyanın müftisi Abdullah Numan Heydər Əliyevin anadan olmasının 100 ill

arrow Ətraflı
Rusiyalı bloqer Ədliyyə Nazirliyini məhkəməyə verdi like
  • 16 May 20:08  
Digərləri Rusiyalı bloqer Ədliyyə Nazirliyini məhkəməyə verdi

Ukraynada müharibə başlayandan sonra Rusiyanı tərk edən bloqer İlya Varla

arrow Ətraflı
Sel suları bəzi ərazilərdə çətinliklər yaradıb  VİDEO like
  • 16 May 20:00  
Digərləri Sel suları bəzi ərazilərdə çətinliklər yaradıb VİDEO

Şiddətli yağışlardan sonra çayda sululuğun artması sakinlərin işini ç

arrow Ətraflı
"Heydər Əliyevin əvəzsiz xidmətlərini sözlə təsvir etmək çətindir" like
  • 16 May 19:59  
Siyasət "Heydər Əliyevin əvəzsiz xidmətlərini sözlə təsvir etmək çətindir"

Keniya Müsəlmanları Ali Şurasının sədri Yusuf Abdulrahman Nzibo Heydər �

arrow Ətraflı
Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri İlham Əliyevə məktub göndərib like
  • 16 May 19:58  
Siyasət Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri İlham Əliyevə məktub göndərib

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviç Heyd

arrow Ətraflı
Əli Əsədov Hanaf Ali Əl Gebali ilə görüşdü like
  • 16 May 19:56  
Siyasət Əli Əsədov Hanaf Ali Əl Gebali ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da ölkəmizd�

arrow Ətraflı
“İkimiz də başımıza nə iş gələcəyini bilmirdik” like
  • 16 May 19:48  
Şou-biznes “İkimiz də başımıza nə iş gələcəyini bilmirdik”

"Əslində Azərbaycandan gedərkən heç bir zaman işin buralara qədər

arrow Ətraflı
Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü like
  • 16 May 19:46  
Digərləri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da ölkəmizdə rəsmi səfər

arrow Ətraflı
Bakıda gecə vaxtı ağacları kökündən kəsdilər  VİDEO like
  • 16 May 19:36  
Digərləri Bakıda gecə vaxtı ağacları kökündən kəsdilər VİDEO

Bakının Xətai rayonu ərazisində yaşıllıqların qənimi peyda olub.

arrow Ətraflı
Müşfiq Abbasov azadlığa buraxıldı like
  • 16 May 19:34  
Digərləri Müşfiq Abbasov azadlığa buraxıldı

Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin keçmiş böyük müstən

arrow Ətraflı
Bu maralın görüntüləri rekord qırır  VİDEO like
  • 16 May 19:24  
Digərləri Bu maralın görüntüləri rekord qırır VİDEO

Quşlar adətən yuvaları üçün ağaclardan və müxtəlif bitkilərdən isti

arrow Ətraflı
Medvedev İlham Əliyevə məktub göndərib like
  • 16 May 19:20  
Siyasət Medvedev İlham Əliyevə məktub göndərib

Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Med

arrow Ətraflı
Aynişan illər sonra səhnədə  VİDEO like
  • 16 May 19:12  
Şou-biznes Aynişan illər sonra səhnədə VİDEO

Bir zamanlar müğənnilik fəaliyyəti ilə məşğul olub sənətini yarıda q

arrow Ətraflı