"Heydər Əliyevin əvəzsiz xidmətlərini sözlə təsvir etmək çətindir"


Siyasət 16 May 2023 19:59:00 142 0

"Heydər Əliyevin əvəzsiz xidmətlərini sözlə təsvir etmək çətindir"

Keniya Müsəlmanları Ali Şurasının sədri Yusuf Abdulrahman Nzibo Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Müasir Azərbaycan dövlətinin banisi, mərhum Prezident Heydər Əliyevin xatirəsinin ehtiramla yad edildiyi bu əlamətdar günlərdə Keniya xalqının səmimi salamlarını və təbriklərini qəbul etməyinizi xahiş edirəm.

Prezident Heydər Əliyev müasir Azərbaycan Respublikasının əsasını qoyan dahi uzaqgörən lider idi. Biz Azərbaycanın böyük oğlunun xatirəsini ehtiramla yad etməkdə sizlərə qoşuluruq. Ulu Öndərin strategiyası və xidmətləri sayəsində bütün İslam dünyası onun möhkəm təməl üzərində əsasını qoyduğu müasir Azərbaycan dövlətinə heyranlıqla baxır. Məhz onun xidmətləri sayəsində Azərbaycan xalqı və dövləti öz şöhrətini, sabitliyini bərpa edə bilib. Onun uzaqgörənliyi, müdrik rəhbərliyi sayəsində Azərbaycan bu gün əsas beynəlxalq enerji istehsalçısına və iqtisadi gücə çevrilib.

Bu əlamətdar günlərdə beynəlxalq ictimaiyyətlə əl-ələ verərək, uzaqgörənliyi və yorulmaz fəaliyyəti ilə böyük Azərbaycan xalqının diplomatik, iqtisadi, sosial və mədəni tərəqqisini təmin edən dahi liderin fədakarlığını minnətdarlıqla və ehtiramla xatırlayırıq. Prezident Heydər Əliyevin Azərbaycan dövlətinin sabitliyinin, inkişafının və rifahının təmin olunmasında əvəzsiz xidmətlərini sözlə təsvir etmək çətindir. İnsan hüquqlarının tam təmin olunduğu, ümumbəşəri demokratik dəyərləri özündə ehtiva edən Azərbaycan Konstitusiyasının hazırlanmasında və qəbul edilməsində, müasir Azərbaycan Ordusunun qurulmasında mərhum Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndiririk".

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri İlham Əliyevə məktub göndərib like
  • 16 May 19:58  
Siyasət Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri İlham Əliyevə məktub göndərib

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviç Heyd

arrow Ətraflı
Əli Əsədov Hanaf Ali Əl Gebali ilə görüşdü like
  • 16 May 19:56  
Siyasət Əli Əsədov Hanaf Ali Əl Gebali ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da ölkəmizd�

arrow Ətraflı
“İkimiz də başımıza nə iş gələcəyini bilmirdik” like
  • 16 May 19:48  
Şou-biznes “İkimiz də başımıza nə iş gələcəyini bilmirdik”

"Əslində Azərbaycandan gedərkən heç bir zaman işin buralara qədər

arrow Ətraflı
Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü like
  • 16 May 19:46  
Digərləri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da ölkəmizdə rəsmi səfər

arrow Ətraflı
Bakıda gecə vaxtı ağacları kökündən kəsdilər  VİDEO like
  • 16 May 19:36  
Digərləri Bakıda gecə vaxtı ağacları kökündən kəsdilər VİDEO

Bakının Xətai rayonu ərazisində yaşıllıqların qənimi peyda olub.

arrow Ətraflı
Müşfiq Abbasov azadlığa buraxıldı like
  • 16 May 19:34  
Digərləri Müşfiq Abbasov azadlığa buraxıldı

Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin keçmiş böyük müstən

arrow Ətraflı
Bu maralın görüntüləri rekord qırır  VİDEO like
  • 16 May 19:24  
Digərləri Bu maralın görüntüləri rekord qırır VİDEO

Quşlar adətən yuvaları üçün ağaclardan və müxtəlif bitkilərdən isti

arrow Ətraflı
Medvedev İlham Əliyevə məktub göndərib like
  • 16 May 19:20  
Siyasət Medvedev İlham Əliyevə məktub göndərib

Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Med

arrow Ətraflı
Aynişan illər sonra səhnədə  VİDEO like
  • 16 May 19:12  
Şou-biznes Aynişan illər sonra səhnədə VİDEO

Bir zamanlar müğənnilik fəaliyyəti ilə məşğul olub sənətini yarıda q

arrow Ətraflı
Azər xanımı ilə ələlə  VİDEO like
  • 16 May 18:48  
Şou-biznes Azər xanımı ilə ələlə VİDEO

Aktyor Azər Aydəmir həyat yoldaşı ilə görüntülənib.

arrow Ətraflı
Ana və iki azyaşlı övladını öldürən şəxsin şikayəti rədd edildi like
  • 16 May 18:28  
Digərləri Ana və iki azyaşlı övladını öldürən şəxsin şikayəti rədd edildi

Ana və iki azyaşlı övladını qətlə yetirməkdə təqsirli bilinərək öm

arrow Ətraflı
"Səni həyatdan küsdürənə Allah lənət eləsin" like
  • 16 May 18:24  
Şou-biznes "Səni həyatdan küsdürənə Allah lənət eləsin"

Xəbər verdiyimiz kimi, aparıcı Murad Əzimzadənin əmisi oğlu Eltin 22 ya

arrow Ətraflı