Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü


Digərləri 16 May 2023 19:46:00 118 0

Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Gürcüstan parlamentinin sədrini salamlayan Sahibə Qafarova, ölkəmizə rəsmi səfəri çərçivəsində Milli Məclisin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştiraka və tədbirdəki səmimi çıxışına görə həmkarına təşəkkürünü bildirib.

Milli Məclisin sədri qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin tarixi köklərə əsaslandığını diqqətə çatdırıb. O, deyib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dostluq münasibətlərimiz müstəqillik dövründə daha da inkişaf edib və bu əlaqələr hər iki ölkə liderləri tərəfindən davam etdirilir. Bu gün ölkələrimiz iqtisadi, siyasi, humanitar və digər sahələrdə uğurla əməkdaşlıq edir. Birgə neft, qaz və nəqliyyat layihələri ölkələrimiz arasında güclü tərəfdaşlıqdan xəbər verir.

Spiker Sahibə Qafarova Azərbaycan prezidentinin Gürcüstana səfəri, Gürcüstanın Baş nazirinin isə Azərbaycana səfərlərinin əhəmiyyətini qeyd edərək, bu səfərlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar çox ətraflı müzakirələrin aparıldığını vurğulayıb.

İki ölkənin parlamentlərarası münasibətlərinə toxunan spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında parlamentlərimiz özünəməxsus rola malikdirlər. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları uğurla fəaliyyət göstərir və milli nümayəndə heyətlərimiz beynəlxalq parlament təşkilatlarında sıx əməkdaşlıq edirlər. Ali qanunvericilik orqanlarının komitələri arasında münasibətləri daha da dərinləşdirmək üçün geniş imkanlar var və bu sahədə addımlar atılır.

Görüşdə Sahibə Qafarova Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq münasibətlərinin bu gün regionda bir nümunə olduğunu, sülhə, sabitliyə, tərəqqiyə töhfə verdiyini diqqətə çatdırıb. Milli Məclisin sədri həmçinin nregionda gedən proseslər, Azərbaycanın sülh istiqamətindəki səyləri haqqında da məlumat verib.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Milli Məclisin sədrini salamlayaraq, qonşu və dost ölkə olan Azərbaycana səfərə dəvətə görə təşəkkürünü bildirib. O, Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakdan məmnunluğunu bildirib. Şalva Papuaşvili Heydər Əliyevin müasir müstəqil Azərbaycanın əsasını qoyduğunu qeyd edərək, Azərbaycanın bu gün öz ərazi bütövlüyünü təmin etməsinin onun müdrikliyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Qonaq bildirib ki, Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, həm də region üçün dəyərli şəxsiyyət idi. Onun əsasını qoyduğu layihələr bu gün öz bəhrələrini verməkdədir.

Söhbət zamanı Gürcüstan spikeri Azərbaycana rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdən razılıqla danışıb, parlamentlərimiz arasında əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bakıda gecə vaxtı ağacları kökündən kəsdilər  VİDEO like
  • 16 May 19:36  
Digərləri Bakıda gecə vaxtı ağacları kökündən kəsdilər VİDEO

Bakının Xətai rayonu ərazisində yaşıllıqların qənimi peyda olub.

arrow Ətraflı
Müşfiq Abbasov azadlığa buraxıldı like
  • 16 May 19:34  
Digərləri Müşfiq Abbasov azadlığa buraxıldı

Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin keçmiş böyük müstən

arrow Ətraflı
Bu maralın görüntüləri rekord qırır  VİDEO like
  • 16 May 19:24  
Digərləri Bu maralın görüntüləri rekord qırır VİDEO

Quşlar adətən yuvaları üçün ağaclardan və müxtəlif bitkilərdən isti

arrow Ətraflı
Medvedev İlham Əliyevə məktub göndərib like
  • 16 May 19:20  
Siyasət Medvedev İlham Əliyevə məktub göndərib

Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Med

arrow Ətraflı
Aynişan illər sonra səhnədə  VİDEO like
  • 16 May 19:12  
Şou-biznes Aynişan illər sonra səhnədə VİDEO

Bir zamanlar müğənnilik fəaliyyəti ilə məşğul olub sənətini yarıda q

arrow Ətraflı
Azər xanımı ilə ələlə  VİDEO like
  • 16 May 18:48  
Şou-biznes Azər xanımı ilə ələlə VİDEO

Aktyor Azər Aydəmir həyat yoldaşı ilə görüntülənib.

arrow Ətraflı
Ana və iki azyaşlı övladını öldürən şəxsin şikayəti rədd edildi like
  • 16 May 18:28  
Digərləri Ana və iki azyaşlı övladını öldürən şəxsin şikayəti rədd edildi

Ana və iki azyaşlı övladını qətlə yetirməkdə təqsirli bilinərək öm

arrow Ətraflı
"Səni həyatdan küsdürənə Allah lənət eləsin" like
  • 16 May 18:24  
Şou-biznes "Səni həyatdan küsdürənə Allah lənət eləsin"

Xəbər verdiyimiz kimi, aparıcı Murad Əzimzadənin əmisi oğlu Eltin 22 ya

arrow Ətraflı
Qonur ayı meşəni tərk edib avtomobil yoluna çıxdı  VİDEO like
  • 16 May 18:12  
Digərləri Qonur ayı meşəni tərk edib avtomobil yoluna çıxdı VİDEO

Türkiyənin Ərzincan vilayətində qonur ayı avtomobil yoluna enib.

arrow Ətraflı
Avtobusların texniki baxışdan keçirilməsi proseduru dəyişdi  Sürücülərin nəzərinə like
  • 16 May 18:04  
Digərləri Avtobusların texniki baxışdan keçirilməsi proseduru dəyişdi Sürücülərin nəzərinə

Nazirlər Kabineti "Nəqliyyat vasitələrinə və onların qoşqularına d

arrow Ətraflı
Ramiz Novruzun yeganə nəticəsi  FOTO like
  • 16 May 18:00  
Şou-biznes Ramiz Novruzun yeganə nəticəsi FOTO

Mərhum Xalq artisti Ramiz Novruzun nəticəsi ilə fotoları yayımlanıb. 

arrow Ətraflı
Azərbaycana turist axını güclənir  Pandemiyadan sonra belə olmamışdı like
  • 16 May 17:48  
Digərləri Azərbaycana turist axını güclənir Pandemiyadan sonra belə olmamışdı

Bu yay mövsümündə ölkəmizə gələn turistlərin sayında artım olacaq.

arrow Ətraflı