Azərbaycanda dollar bolluğu yaranıb


Digərləri 05 May 2023 12:12:00 187 0

Azərbaycanda dollar bolluğu yaranıb

Dünyanın bir nömrəli valyutası statusunu daşıyan ABŞ dolları ətrafında maraqlı proseslər cərəyan edir. Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyevanın dünyanın bir saylı valyutası ilə bağlı açıqlamaları isə maliyyə sferasında müəyyən narahatlığa yol açıb. O bildirib ki, dünya dollardan tədricən imtina etməyə başlayıb.

Kristalina Georgiyeva "Dollardan tədricən imtina var. Əvvəllər dollar ehtiyatların təxminən 70 faizini təşkil edirdisə, indi bu rəqəm 60 faizdən bir qədər aşağıdır" deyib.  Onun sözlərinə görə, hazırda dolların əsas rəqibi avrodur. Bundan əvvəl amerikalı iqtisadçı Nuriel Roubini 10 il ərzində dolların ehtiyat valyuta kimi sıradan çıxa biləcəyini bildirib. Oxşar fikri amerikalı maliyyəçi, "Bridgewater Associates"in təsisçisi Rey Dalio da bildirib. O hesab edir ki, dolların hökmranlığı və iqtisadiyyatda qloballaşma ilə dünya nizamı erası sona çatır.

Bu iqtisadçılar ötən ildən bəri dollarla ticarət əməliyyatlarının azalmasını əsas kimi götürürlər. Belə əməliyyatların azalması əsasən Rusiya və Çinin ticarət əlaqələrində qeydə alınmaqdadır. Rusiya gəlirlərini ağır sanksiyalardan yayındırmaq üçün neft-qaz ticarətini dollar və avrodan kənar valyutalarla aparmağa çalışır.  Rusiya baş nazirinin müavini Aleksandr Novak enerji resursları üçün hesablamalarda dollar və avrodan tamamilə imtina etdiyini açıqlayıb. Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev isə qeyd edib ki, Rusiya Federasiyası transsərhəd hesablaşmalarda dost olmayan ölkələrin valyutalarından, xüsusən də dollardan, demək olar ki, tamamilə imtina edib.

Çin isə Səudiyyə Ərəbistanından yuanla neft almağa başlayıb, eyni zamanda Braziliya ilə onun valyutası əsasında ticarət etmək barədə razılığa gəlib. İndi Hindistan və Malayziya da rupi ilə ticarət edir. Cənub-Şərqi Asiyanın bəzi ölkələri də daxili əməliyyatları milli valyutalara keçirməyə hazırlaşır. Hazırda dünyanın mərkəzi banklarının kassalarının təhlili göstərir ki, dolların ümumi ehtiyatlardakı payı getdikcə azalır.

Qeyd edək ki, Rusiyanın ticarət əməliyyatlarında dollar və avrodan imtinası məcburi addımdır və ölkə bundan böyük itkilərlə üzləşir. Bunu mart ayında Rusiya mətbuatına müsahibəsində prezident Vladimir Putinin dediklərindən də aydın görmək olur: "Biz dollardan istifadə edərdik, amma bizə imkan vermirlər. O zaman hesablamaları necə apara bilərik? Ticarət tərəfdaşlarımız üçün məqbul olan valyutada. Yuan belə valyutalardan biridir, o, Beynəlxalq Valyuta Fondunun valyuta səbətinə daxildir. Onlar (ABŞ - red.) oturduqları budağı kəsirlər. Ani siyasi mülahizələrə əsaslanaraq dollardan istifadəni məhdudlaşdırmaqla özlərinə ziyan vururlar, demək olar ki, öz ayaqlarına güllə atırlar. Bu, Amerika hakimiyyətinin çox böyük səhvidir ki, dünya üzrə bəyənmədikləri ölkələrə münasibətdə dollarla hesablaşmaları məhdudlaşdırır".

Rəsmi məlumata görə, ötən il ərzində Moskva birjasında yuanla ticarətin həcmi 40 dəfə artıb. Fevral ayının yekununda yuan Moskva birjasında ən populyar valyutaya çevrilib. Onunla ticarətin həcmi 1,48 trilyon rubla çatıb, banklar yuana olan tələbin sürətlə artmasını qeydə alırlar.

Rusiya şirkətləri ticarət üçün üzlərini Çinə çevirməyə, hesablaşmaları isə yuanla aparmağa çalışırlar. Çünki hazırkı məqamda yuan rubladan daha etibarlı və dönərlidir. Lakin bu, biznesin öz seçimi deyil, Rusiya hökumətinin dollar və avro ilə əməliyyatlara tətbiq etdiyi məhdudiyyətlərin, Qərbin ölkəyə qarşı sanksiyaların fonunda məcburi addımdır.

Qərbdən Rusiyaya mal və xidmət idxalının 80-90 faiz azalması fonunda ölkədə dollar və avroya tələbat da azalıb. Bu isə bankların həmin valyuta ilə əmanət qəbulunu böyük ölçüdə dayandırmasını şərtləndirib: yerləşdirmək imkanı yoxdur.

Məhz bu amillərin təsiri ilə ötən il Rusiyanın Çinlə ticarəti 2021-ci illə müqayisədə 29 faiz artaraq 190 milyard dollar çatıb. Hesablamalara əsasən bu ticarətin 50 faizə qədəri məhz yuanla aparılıb. Bir çox iri Rusiya şirkətləri Çinlə ticarətdə tamamilə yuana keçiblər, bəziləri yuan-dollar paritetindən istifadə edirlər. Bu il ərzində sırf yuanla ticarətin daha da artacağı gözlənilir.

Rusiyalıların yuana yönlənməsinin əsas səbəbi Çinin ABŞ-la qarşıdurmada olması, buna görə də istəməsə belə, Rusiyanı dəstəkləmək məcburiyyətində qalmasıdır. Pekin ən azından ABŞ valyutasının dünya ticarətində payının azaldılması üçün Rusiyaya yuandan istifadəni qadağan etməyəcək, əksinə, onun genişlənməsində maraqlı olacaq.

Rusiya eyni zamanda Hindistana gündəlik 1,6 milyon barelə çatan neft satışını digər valyutaya keçirməkdədir. İki ölkə arasında ticarətin rupi və rubla keçirilməsinə dair razılaşma əldə olunub. Bu razılaşma əsasında 2022-ci ilin oktyabrından bəri neftə görə ödənişlərin böyük hissəsi rupi, BƏƏ dinarı ilə, kiçik bir qismi isə avro ilə aparılır.

Rusiya Qərbin ona satmadığı məhsulları Çin və Hindistandan almaqla neft-qaz müqabilində əldə etdiyi yuan və rupini xərcləməyə yer tapacağına ümid edirdi. Lakin hər iki ölkə Qərb sanksiyalarından ehtiyatlanaraq, Rusiyaya məhsul tədarükünü artırmağa həvəs göstərmirlər. Rusiya 2022-ci ilin noyabrından bəri Hindistana 4 dəfə rəsmi nümayəndə heyəti göndərərək, yerli şirkətləri ticarətə həvəsləndirmək üçün böyük güzəştlər tətbiq etməyə hazır olduğunu açıqlasa da, Hindistan tərəfindən bu çağırışlara ciddi reaksiya nümayiş etdirilmir. Bu ölkədən Rusiyaya mal ixracının aylıq həcmi 250-300 milyon dollardan yuxarı qalxmır, halbuki Rusiyadan 3-4 milyard dollarlıq neft alınır.

Ötən gün yol qəzalarında 5 nəfər ölüb like
  • 05 May 12:00  
Digərləri Ötən gün yol qəzalarında 5 nəfər ölüb

Ötən gün Azərbaycanda yol qəzalarında 5 nəfər ölüb.

arrow Ətraflı
Bakı ilə İrəvan arasında sülhə olan ümidlər sönür like
  • 05 May 11:50  
Siyasət Bakı ilə İrəvan arasında sülhə olan ümidlər sönür

Türkiyənin TRT World telekanalının saytında Türkiyənin müdafiə naziri H

arrow Ətraflı
“Restoranda yarım saatı 50 manata oxumaq mənlik deyil...” like
  • 05 May 11:48  
Şou-biznes “Restoranda yarım saatı 50 manata oxumaq mənlik deyil...”

Son.az xəbər verir ki, tanınan və sevilən müğənni Yaqut Babayeva illər

arrow Ətraflı
Mərkəzi Bankın valyuta ehtiyatları 9 milyard dolları ötür  Taleh Kazımov like
  • 05 May 11:44  
Digərləri Mərkəzi Bankın valyuta ehtiyatları 9 milyard dolları ötür Taleh Kazımov

Mərkəzi Bankın valyuta ehtiyatları bu gün 9,189 milyard dollardan çox, pul

arrow Ətraflı
"Şevardnadze hər zaman deyirdi ki, Bakıya get, Heydər Əliyevdən məsləhət al" like
  • 05 May 11:38  
Siyasət "Şevardnadze hər zaman deyirdi ki, Bakıya get, Heydər Əliyevdən məsləhət al"

Heydər Əliyevin enerji layihələrində Gürcüstana verdiyi önəm sayəsind�

arrow Ətraflı
Əhaliyə şad xəbər  Pensiyalar artırıla, banka borclar bu yolla silinə bilər  VİDEO like
  • 05 May 11:36  
Digərləri Əhaliyə şad xəbər Pensiyalar artırıla, banka borclar bu yolla silinə bilər VİDEO

Azərbaycanda pensiyalar yenidən artırıla bilər. Buna səbəb "Sosial S

arrow Ətraflı
İrəvan ərazi iddialarını geri götürür like
  • 05 May 11:34  
Digərləri İrəvan ərazi iddialarını geri götürür

Terroru dövlət siyasətinə çevirən, illər uzunu terrorçuları qəhrəmanl

arrow Ətraflı
Ramin Bayramlı uzun müddətdən sonra ORTAYA ÇIXDI like
  • 05 May 11:24  
Digərləri Ramin Bayramlı uzun müddətdən sonra ORTAYA ÇIXDI

TƏBİB-in İdarə heyətinin keçmiş sədri Ramin Bayramlı uzun müddət sonr

arrow Ətraflı
Rusiya ilə Ermənistan sərhəddi bağlandı like
  • 05 May 11:22  
Dünya Rusiya ilə Ermənistan sərhəddi bağlandı

"Kazbegi-Yuxarı Lars" keçid məntəqəsi 1 ay müddətinə avtomobil

arrow Ətraflı
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb  FOTO like
  • 05 May 11:16  
Digərləri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb FOTO

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul niş

arrow Ətraflı
Şəkidə qanunsuz çalışan ocaqxananın fəaliyyəti dayandırılıb  VİDEO  FOTO like
  • 05 May 10:48  
Digərləri Şəkidə qanunsuz çalışan ocaqxananın fəaliyyəti dayandırılıb VİDEO FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

arrow Ətraflı
Dron təhlükəsi Qazaxıstanı hərəkətə keçirdi  Rusiya neftini daşımaqdan like
  • 05 May 10:26  
Digərləri Dron təhlükəsi Qazaxıstanı hərəkətə keçirdi Rusiya neftini daşımaqdan

Qazaxıstanın dəmir yolları mayın 8-dən neft məhsullarının Rusiyanın Qa

arrow Ətraflı