Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb FOTO


Digərləri 05 May 2023 11:16:00 163 0

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb  FOTO

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının Mərkəzi Bank tərəfindən təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi Azərbaycan dövlətçilik tarixinin xüsusi əhəmiyyət kəsb edən dövrüdür. Onun ölkəyə rəhbərliyinin birinci dövründə bugünkü Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyinin təməli qoyuldu. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin növbəti dövründəki mürəkkəb şəraitdə isə qısa müddətdə milli həmrəylik və ictimai-siyasi sabitlik bərpa olundu. İctimai-siyasi sabitlik və uzaqgörən xarici siyasət hesabına Azərbaycan dünyanın iri investorları üçün cəlbedici ölkəyə çevrildi. Belə bir çətin şəraitdə iqtisadi sahədə əsas prioritet vəzifə makroiqtisadi sabitliyik bərpa olundu, inflyasiya, büdcə kəsiri dəfələrlə azaldıldı, məzənnə sabitləşdirildi, manat ölkədə yeganə ödəniş vasitəsinə çevrildi. Digər sahələrdə olduğu kimi, maliyyə-bank sisteminin formalaşması və inkişafında da dönüş nöqtəsi oldu. Bank sistemi sağlamlaşdırıldı, ciddi konsolidasiya və restrukturizasiya proseslərinə başlandı. Maliyyə stabilliyinin təmin edilməsilə əhalinin bank sisteminə inamı bərpa olundu.

Bildirildi ki, bütün bu addımlar sayəsində müasir dövlət, güclü iqtisadiyyat və inklüziv cəmiyyət hədəfi bu gün artıq reallığa çevrilmişdir. Heydər Əliyev dövlətçilik məktəbi müstəqil Azərbaycanın dayanıqlı inkişafının daim ideoloji əsası olacaqdır.

Tədbirdə "Heydər Əliyev - Vətənə, xalqa həsr edilən ömür" adlı film nümayiş etdirildi.

Sonra iştirakçılara yeni pul nişanları barədə video təqdim olundu.

T.Kazımov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının tədavülə buraxılmasını elan etdi.

Qeyd olundu ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının 10 may 2023-cü il tarixindən etibarən tədavülə buraxılmasını elan edir.

Eyni zamanda, Mərkəzi Bank ənənəsinə sadiq qalaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik tarixinin əbədiləşdirilməsi məqsədilə yubiley pul nişanlarını da tədavülə buraxır. Bu pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulmuşdur.

Bu yubiley və investisiya məqsədli pul nişanları Böyük Britaniyanın "The Royal Mint" şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal edilmişdir.

Pul nişanlarının əsas dizayn elementləri kimi ön tərəfində Ulu Öndərin portretinin profil görüntüsü, imzası və "Heydər Əliyev" yazıları, arxa tərəfində isə "Azərbaycan Respublikası" sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunmuşdur.

Ölkəmizdə ilk dəfə olaraq tədavülə buraxılan investisiya məqsədli pul nişanlarının satışı və geri alışı Mərkəzi Bank tərəfindən hayata keçiriləcəkdir. Bu barədə ictimayətə əlavə məlumat veriləcəkdir.

Beynəlxalq təcrübəyə uyğun olaraq bu pul nişanları uzunmüddətli investisiya aləti və əhalinin yığım vasitəsi kimi istifadə olunması məqsədilə yüksək əyarlı qızıldan hazırlanmış və buraxılış limitinə məhdudiyyət qoyulmadan tələbə uyğun istehsal edilərək tədavülə buraxılır.

İnvestisiya məqsədli pul nişanları 1 Oz (31.1 qr.), 1/2 Oz (15.55 qr.), 1/4 Oz (7.78 qr.), 1/10 Oz (3.11 qr.) çəkilərdə tədavülə buraxılmışdır.

Bildirildi ki, yubiley və investisiya məqsədli pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində qanuni ödəniş vasitəsidir.

Şəkidə qanunsuz çalışan ocaqxananın fəaliyyəti dayandırılıb  VİDEO  FOTO like
  • 05 May 10:48  
Digərləri Şəkidə qanunsuz çalışan ocaqxananın fəaliyyəti dayandırılıb VİDEO FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

arrow Ətraflı
Dron təhlükəsi Qazaxıstanı hərəkətə keçirdi  Rusiya neftini daşımaqdan like
  • 05 May 10:26  
Digərləri Dron təhlükəsi Qazaxıstanı hərəkətə keçirdi Rusiya neftini daşımaqdan

Qazaxıstanın dəmir yolları mayın 8-dən neft məhsullarının Rusiyanın Qa

arrow Ətraflı
Pərviz Bülbülədən ifa etdiyi meyxanalarla bağlı qərar  FOTO like
  • 05 May 10:00  
Şou-biznes Pərviz Bülbülədən ifa etdiyi meyxanalarla bağlı qərar FOTO

Meyxanaçı Pərviz Bülbülə növbəti açıqlaması ilə diqqətləri üzəri

arrow Ətraflı
Bulvarda ağır qəza  Bir neçə avtomobili əzdi  VİDEO like
  • 05 May 09:24  
Digərləri Bulvarda ağır qəza Bir neçə avtomobili əzdi VİDEO

"Ağ şəhər bulvarı"nda ağır qəza baş verib.

arrow Ətraflı
142 avtobusun hərəkət intervalında gecikmələr var like
  • 05 May 08:57  
Digərləri 142 avtobusun hərəkət intervalında gecikmələr var

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �

arrow Ətraflı
“ABŞla münasibətlər açıq silahlı münaqişə ərəfəsindədir” like
  • 05 May 08:53  
Dünya “ABŞla münasibətlər açıq silahlı münaqişə ərəfəsindədir”

"ABŞ ilə münasibətlər açıq silahlı münaqişə ərəfəsindədir, l

arrow Ətraflı
Maksimum neçə kartof yeyilməlidir?  Bu növü ziyanlıdır like
  • 05 May 08:49  
Digərləri Maksimum neçə kartof yeyilməlidir? Bu növü ziyanlıdır

Diyetoloqlar pəhriz zamanı istifadə olunan kartofun miqdarına diqqət etməy

arrow Ətraflı
Moskvanın mərkəzinə hücum: Rusiya nüvə silahını işə salacaq? – Proqnoz like
  • 05 May 07:55  
Dünya Moskvanın mərkəzinə hücum: Rusiya nüvə silahını işə salacaq? – Proqnoz

"Rusiya çox güclü istəklə belə, mayın 3-də Moskvanın mərkəzinə

arrow Ətraflı
Bu ölkə hava məkanını bağlayır like
  • 05 May 07:50  
Dünya Bu ölkə hava məkanını bağlayır

Moldova iyunun 1-2-də hava məkanını bağlayacağını açıqlayıb.

arrow Ətraflı
Türkiyədə 26 paraşütçü qasırğaya düşdü like
  • 05 May 07:45  
Dünya Türkiyədə 26 paraşütçü qasırğaya düşdü

Türkiyənin Muğla vilayətinin Ölüdəniz ilçəsində 26 paraşütçü qası

arrow Ətraflı
Qan təzyiqini aşağı salmaq üçün bəyənəcəyiniz tövsiyə like
  • 05 May 07:41  
Digərləri Qan təzyiqini aşağı salmaq üçün bəyənəcəyiniz tövsiyə

Saunada istilik terapiyası orta yaşlı insanlarda qan təzyiqini aşağı sal�

arrow Ətraflı
Blinken nazirlərin ABŞ görüşündən yazdı: “Əldə olunan irəliləyişlərdən razıyam” like
  • 05 May 07:36  
Siyasət Blinken nazirlərin ABŞ görüşündən yazdı: “Əldə olunan irəliləyişlərdən razıyam”

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xa

arrow Ətraflı