Bakı ilə İrəvan arasında sülhə olan ümidlər sönür


Siyasət 05 May 2023 11:50:00 162 0

Bakı ilə İrəvan arasında sülhə olan ümidlər sönür

Türkiyənin TRT World telekanalının saytında Türkiyənin müdafiə naziri Hulusi Akarın Ermənistan-Azərbaycan münasibətlərinə dair məqaləsi dərc olunub.

Həmin materialın tərcüməsini Son.az oxucularının diqqətinə çatdırırıq.

"Cəbhə xəttində Ermənistan və Azərbaycan qoşunları arasında təsadüfi atışmalar və gərginlik, o cümlədən tərəflərin sülh razılaşması əldə etmək üçün uğursuz cəhdləri narahatlıq doğurur. Vəziyyət qeyri-sabitdir və tezliklə sülh sazişinə ümidlər sönməkdədir.

2020-ci ildə üçtərəfli Atəşkəs Bəyannaməsinin imzalanması ilə qızıl fürsət yarandı və bu, Ermənistanın Azərbaycan ərazilərinin otuz illik işğalına son qoydu. Bu, bir milyon məcburi köçkün azərbaycanlının öz evlərinə qayıtmasına imkan verəcək və rifah və barışıq yolunda böyük addım olub.

Zəngəzur dəhlizinin - Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında Ermənistan ərazisindən keçən quru yolun açılması Ermənistan tərəfinin atəşkəs bəyanatında qəbul etdiyi şərt olub. Bunun müqabilində Azərbaycan da öz ərazisindən Ermənistandan Qarabağa quru yolun (Laçın dəhlizi) tikintisinə razılıq verib. Bu, iki ölkə arasında sülhün və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım olub.

Ermənistan, İran və Türkiyə ilə əhatə olunmuş Naxçıvanın, insanların və malların sərbəst hərəkəti üçün bu dəhlizə çox ehtiyacı var. Dəhliz Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün böyük imkanlar açacaq ki, bu da davamlı sülhə və iqtisadi tərəqqiyə gətirib çıxaracaq. Zəngəzur dəhlizi heç bir ölkə üçün təhlükə yaratmır. Əksinə, bu, regional əməkdaşlığa, sabitliyə və inkişafa təkan verəcək.

Azərbaycan və Ermənistan arasında sülh sazişi Türkiyə ilə Ermənistan arasında münasibətlərin tam normallaşmasına da töhfə verəcək. Biz artıq bu istiqamətdə müsbət addımlar atmışıq, o cümlədən xüsusi səfirlərin təyinatı, üçüncü ölkə vətəndaşları və diplomatları üçün ümumi sərhəd keçid məntəqələrinin açılması barədə razılığa gəlmişik. Bundan əlavə, birbaşa hava yüklərinin tranziti ilkin diplomatik təmasların daha bir konkret nəticəsidir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın fevralda Türkiyəyə səfəri kimi son hadisələr də bizi ruhlandırır. Həmin səfər zamanı o, ölkəmizdə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verib. İndi erməni xilasedicilərinin zəlzələ zonasına keçdiyi Əlikan-Mərğarə sərhəd-keçid məntəqəsinin açılışına hazırlıq gedir. Biz Ermənistan xalqına və hökumətinə bizim üçün bu çətin vaxtda göstərdiyi köməyə görə minnətdarıq.

Ermənistanla onun qonşuları - Azərbaycan və Türkiyə arasında münasibətlərin tam normallaşması Qafqaz regionunun bütün sakinləri üçün yeni imkanlar yaradacaq və ümid edirəm ki, tarixi düşmənçiliyi aradan qaldırmaqla davamlı dostluq və əməkdaşlığa yol açacaq.

Bununla belə, çətin vəziyyəti xatırlamalıyıq. Münaqişə indi dondurulsa da, sülh prosesi uzandıqca yenidən hərbi əməliyyatların baş verməsi təhlükəsi artır.

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Ermənistan müstəqillik əldə etdikdən sonra iki əsas məsələ Ankara ilə İrəvan arasında əlverişli münasibətlərin inkişafına mane olub. Birincisi, Qarabağ uğrunda müharibə və bunun ardınca Ermənistan tərəfindən Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin işğalı.

Digər maneə Osmanlı İmperiyasının son illərində ermənilərin və müsəlmanların ölümünə səbəb olan 1915-ci il tarixi hadisələri ilə bağlı fikir ayrılıqlarının mövcudluğu olub.

Bu iki problemdən birincisi az-çox həllini tapıb: 2020-ci ildə Azərbaycan otuz llik erməni işğalından sonra torpaqlarını geri qaytarıb. İkinci problem daha çətin olub, çünki bu, hər iki tərəf üçün çox incə və ağrılı məsələdir. Bizim tərəfimizdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu problemi həll etməyə çalışaraq, 2005-ci ildə Ermənistanı milli arxivlərlə təmin etməyə və 1915-ci il hadisələrini öyrənmək üçün tarixçilərdən ibarət birgə qrup yaratmağa çağırıb. Türkiyə artıq beynəlxalq araşdırma üçün milli arxivləri təqdim edib, lakin Ermənistan hələ də öz arxivlərini bağlı saxlayır və çağırışımıza cavab verməkdən imtina edir.

Tarixi hadisələrə nüanslarla yanaşmaq, müxtəlif nöqteyi-nəzərlərə hörmətlə yanaşmaq, ixtisaslı alim və tarixçilərin mötəbər və dəlillərə əsaslanan araşdırmalarına əsaslanmaq vacibdir.

Birinci Dünya Müharibəsi zamanı Rusiyanın şərq cəbhəsində Osmanlı İmperiyasına hücumu erməni millətçilərinin silaha sarılaraq müsəlmanlara qarşı zorakılıq hərəkətləri, o cümlədən dinc əhaliyə və onların kəndlərinə hücumlar etməyə sövq edib. Bu aktlar tarixçilər, eləcə də dövrün Qərb hərbi missiyaları tərəfindən sənədləşdirilib və tanınıb.

Mən şəxsən "General Harbordun hərbi missiyası" adlı doktorluq dissertasiyamı hazırlayarkən bu dövrü tədqiq etmək üçün xeyli vaxt sərf etmişəm. Müharibənin qəhrəmanlarından biri kimi general Ceyms Qutri Harbord şərqi Anadoluda hərbi faktaraşdırıcı missiyaya başçılıq edərək, yerdəki vəziyyətlə bağlı hesabat vermək və bu ərazilər üzərində ABŞ mandatının təsis edilməsi imkanlarını araşdırıb. Missiya 58 gün ərzində bölgədə apardığı uzunmüddətli müşahidə və araşdırmalardan sonra 1603 səhifəlik hesabat hazırlayıb və müharibə dövründə Osmanlı İmperiyası ilə onun erməni təbəələri arasında münasibətlərin öyrənilməsində obyektivlik nümayiş etdirib.

"Bir çox sübutlar var ki, türklər və ermənilər xarici qüvvələr tərəfindən təhrik olunmayanda dinc yaşaya bilirdilər. Beş əsrdir ki, onların eyni yer üzündə yan-yana yaşaması şübhəsiz ki, onların qarşılıqlı asılılığı və maraqlarından xəbər verir", - yazan Harbord, dövrün böyük dövlətlərinin regionun işlərinə qarışmasının bu dinc yanaşı yaşayışı sarsıdılmasına işarə edib.

Məruzədə və ona əlavələrdə Osmanlı imperiyasının heç bir bölgəsində çoxluq təşkil etməyən ermənilərin imperiyanın digər təbəələrinə qarşı törətdikləri vəhşilikləri də sənədləşdirilib. General Harbordun hesabatı məğlub olmuş Osmanlı İmperiyasından faktiki olaraq bir müstəmləkə qalan ərazidə Amerika Mandatı yaratmaq fikrinə son qoymağa kömək edib. Bu tarixi sənədin nüsxələrini Vaşinqtondakı Milli Arxivlər və Qeydlər İdarəsindən (NARA) əldə etmək olar.

Eyni zamanda, həmin dövrdə baş vermiş irimiqyaslı humanitar böhranları da unutmaq olmaz.

Prezident Ərdoğan 2014-cü ildə - o vaxt hələ baş nazir idi - həmin dövrdə həlak olan ermənilərin nəslinə başsağlığı verib.

Türkiyədə həm hökumət, həm də xalq tarixin o keşməkeşli dövründə əziyyət çəkən və həyatını itirən hər kəsə: müsəlmanlara, xristianlara, ermənilərə, türklərə, kürdlərə və başqa millət və inanclara mənsub insanlar üçün yas tutur.

Çətinliklərə baxmayaraq, Türkiyə uzun müddət dinc yanaşı yaşama tarixinə malik olan türk və erməni xalqlarının dostluq və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlər qura biləcəyinə inamında sarsılmaz olaraq qalır.

Əgər regionda və ondan kənarda olan ölkələr dünyaya töhfə vermək qərarına gəlsələr, bu, mühüm siyasi və iqtisadi nəticələrə gətirib çıxaracaq. Türkiyə istərdi ki, üçüncü dövlətlər, o cümlədən Qərbdəki müttəfiqləri bu baxışı formalaşdırmağa kömək etsinlər, ya da heç olmasa tarixi fərqləri siyasiləşdirmək və düşmənçiliyi davam etdirmək cəhdlərindən çəkinsinlər.

Bizə və bütün region ölkələrinə həqiqətən ehtiyacı olan şey dinc yanaşı yaşamaq və qaçılmaz olaraq gələcək firavanlıq üçün öz yolumuzu tapmaq imkanı verməkdir. Gəlin sülhə olan müştərək öhdəliyimizlə keçmişin yaralarını sağaldaq", - nazir Akar yazıb.

İrfan Vəliyev Son.az

“Restoranda yarım saatı 50 manata oxumaq mənlik deyil...” like
  • 05 May 11:48  
Şou-biznes “Restoranda yarım saatı 50 manata oxumaq mənlik deyil...”

Son.az xəbər verir ki, tanınan və sevilən müğənni Yaqut Babayeva illər

arrow Ətraflı
Mərkəzi Bankın valyuta ehtiyatları 9 milyard dolları ötür  Taleh Kazımov like
  • 05 May 11:44  
Digərləri Mərkəzi Bankın valyuta ehtiyatları 9 milyard dolları ötür Taleh Kazımov

Mərkəzi Bankın valyuta ehtiyatları bu gün 9,189 milyard dollardan çox, pul

arrow Ətraflı
"Şevardnadze hər zaman deyirdi ki, Bakıya get, Heydər Əliyevdən məsləhət al" like
  • 05 May 11:38  
Siyasət "Şevardnadze hər zaman deyirdi ki, Bakıya get, Heydər Əliyevdən məsləhət al"

Heydər Əliyevin enerji layihələrində Gürcüstana verdiyi önəm sayəsind�

arrow Ətraflı
Əhaliyə şad xəbər  Pensiyalar artırıla, banka borclar bu yolla silinə bilər  VİDEO like
  • 05 May 11:36  
Digərləri Əhaliyə şad xəbər Pensiyalar artırıla, banka borclar bu yolla silinə bilər VİDEO

Azərbaycanda pensiyalar yenidən artırıla bilər. Buna səbəb "Sosial S

arrow Ətraflı
İrəvan ərazi iddialarını geri götürür like
  • 05 May 11:34  
Digərləri İrəvan ərazi iddialarını geri götürür

Terroru dövlət siyasətinə çevirən, illər uzunu terrorçuları qəhrəmanl

arrow Ətraflı
Ramin Bayramlı uzun müddətdən sonra ORTAYA ÇIXDI like
  • 05 May 11:24  
Digərləri Ramin Bayramlı uzun müddətdən sonra ORTAYA ÇIXDI

TƏBİB-in İdarə heyətinin keçmiş sədri Ramin Bayramlı uzun müddət sonr

arrow Ətraflı
Rusiya ilə Ermənistan sərhəddi bağlandı like
  • 05 May 11:22  
Dünya Rusiya ilə Ermənistan sərhəddi bağlandı

"Kazbegi-Yuxarı Lars" keçid məntəqəsi 1 ay müddətinə avtomobil

arrow Ətraflı
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb  FOTO like
  • 05 May 11:16  
Digərləri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb FOTO

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul niş

arrow Ətraflı
Şəkidə qanunsuz çalışan ocaqxananın fəaliyyəti dayandırılıb  VİDEO  FOTO like
  • 05 May 10:48  
Digərləri Şəkidə qanunsuz çalışan ocaqxananın fəaliyyəti dayandırılıb VİDEO FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

arrow Ətraflı
Dron təhlükəsi Qazaxıstanı hərəkətə keçirdi  Rusiya neftini daşımaqdan like
  • 05 May 10:26  
Digərləri Dron təhlükəsi Qazaxıstanı hərəkətə keçirdi Rusiya neftini daşımaqdan

Qazaxıstanın dəmir yolları mayın 8-dən neft məhsullarının Rusiyanın Qa

arrow Ətraflı
Pərviz Bülbülədən ifa etdiyi meyxanalarla bağlı qərar  FOTO like
  • 05 May 10:00  
Şou-biznes Pərviz Bülbülədən ifa etdiyi meyxanalarla bağlı qərar FOTO

Meyxanaçı Pərviz Bülbülə növbəti açıqlaması ilə diqqətləri üzəri

arrow Ətraflı
Bulvarda ağır qəza  Bir neçə avtomobili əzdi  VİDEO like
  • 05 May 09:24  
Digərləri Bulvarda ağır qəza Bir neçə avtomobili əzdi VİDEO

"Ağ şəhər bulvarı"nda ağır qəza baş verib.

arrow Ətraflı