İrəvan ərazi iddialarını geri götürür


Digərləri 05 May 2023 11:34:00 132 0

İrəvan ərazi iddialarını geri götürür

Terroru dövlət siyasətinə çevirən, illər uzunu terrorçuları qəhrəmanlaşdırmaq siyasətini yürüdən Ermənistan bunun fəsadlarını yaşamaqdadır. Daşnak cəlladı, faşist əlaltısı Dronun İrəvanın mərkəzində ucaldılan heykəlinin ardınca, 1915-ci ildə Osmanlı rəsmilərinin məhv edildiyi "Nemesis" əməliyyatı iştirakçılarına abidə ucaldılan Ermənistana Türkiyə sərt reaksiya verib. Türkiyə bu addıma cavab olaraq Ermənistan aviaşirkətləri üçün hava məkanını bağlayıb.

Əsrlərdir ki, çirkin siyasətinin əsirinə çevrilən erməni cəmiyyəti hələ də anlamaq istəmir ki, bu cür siyasət onu rəzil duruma salır. Lakin təqdirəlayiq hal ondan ibarətdir ki, bu cür siyasətin erməni xalqı üçün hansı mənfi fəsadlara gətirib çıxardığını anlayan tək-tük şəxslər var. Və nə qədər təəccüblü olsa da, bunu etiraf edənlər arasında baş nazir Nikol Paşinyan da var. Elə onun baş verənlərə reaksiyasını götürək.

N.Paşinyan Türkiyənin hava məkanını bağlamasını başqasının deyil, Ermənistanın özü üçün problem adlandırıb. Abidə ucaldanların hərəkətini üstüörtülü şəkildə pisləyib və xatırladıb ki, Ermənistan artıq oxşar vəziyyətlə Njdenin abidəsinin ucaldılması zamanı yaşayıb. Paşinyanın sözlərinə görə, bədnam "Nemesis" əməliyyatının şərəfinə memorialın açılması ideyası iki il əvvəl müzakirə olunub. Və Paşinyanın "əgər bugünkü problemləri gözləyən hakimiyyət abidəni açmaqdan imtina etsəydi, milli ideyalara xəyanətdə ittihamlar alardı" bəyanatı baş nazirin acizliyindən çox, revanşist qüvvələri ittiham etməsindən xəbər verir. Paşinyan onu da vurğulayıb ki, Ermənistan demək olar ki, həmişə iqtisadi maraqlardan çox emosiyaları rəhbər tutur. "Ermənilər emosional xalqdır. Dövlət xalqı olmağın vaxtı çatıb", - deyən baş nazir qeyd edib ki, bu, Ermənistanın dövlətçiliyinin asılı olduğu çox çətin, lakin zəruri prosesdir. 

Yeri gəlmişkən, Rusiya mediası da bu məsələyə toxunur və qeyd edilir ki, Nikol Paşinyanın bəyanatında başqa bir maraq doğuran məqam baş nazirin aşağıdakı fikridir. "Ermənistan açıq şəkildə bildirməlidir ki, onun qonşu ölkələrə qarşı hər hansı bir ərazi iddiası yoxdur və olmayacaq. "Bu, bizə öz dövlətçiliyimizə sahib olmaq şansı verəcək yeganə prinsipdir. Əks halda, hər dörd tərəfdən dövlətimizi məhv etməyə yönəlmiş hərəkətlər alacağıq", - Paşinyan bildirib. "Nezavisimaya qazeta" xatırladır ki, prezident İlham Əliyevin bəyanatı da buna uyğun səslənib. Şuşa şəhərində olarkən bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Qarabağın da Azərbaycanın bir hissəsi kimi tanımış olacaq. "Ermənistanın özünün bu barədə Qərbdəki bəzi dostlarından daha açıq danışması vacibdir", - Əliyev vurğulayıb.

Ramin Bayramlı uzun müddətdən sonra ORTAYA ÇIXDI like
  • 05 May 11:24  
Digərləri Ramin Bayramlı uzun müddətdən sonra ORTAYA ÇIXDI

TƏBİB-in İdarə heyətinin keçmiş sədri Ramin Bayramlı uzun müddət sonr

arrow Ətraflı
Rusiya ilə Ermənistan sərhəddi bağlandı like
  • 05 May 11:22  
Dünya Rusiya ilə Ermənistan sərhəddi bağlandı

"Kazbegi-Yuxarı Lars" keçid məntəqəsi 1 ay müddətinə avtomobil

arrow Ətraflı
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb  FOTO like
  • 05 May 11:16  
Digərləri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb FOTO

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul niş

arrow Ətraflı
Şəkidə qanunsuz çalışan ocaqxananın fəaliyyəti dayandırılıb  VİDEO  FOTO like
  • 05 May 10:48  
Digərləri Şəkidə qanunsuz çalışan ocaqxananın fəaliyyəti dayandırılıb VİDEO FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

arrow Ətraflı
Dron təhlükəsi Qazaxıstanı hərəkətə keçirdi  Rusiya neftini daşımaqdan like
  • 05 May 10:26  
Digərləri Dron təhlükəsi Qazaxıstanı hərəkətə keçirdi Rusiya neftini daşımaqdan

Qazaxıstanın dəmir yolları mayın 8-dən neft məhsullarının Rusiyanın Qa

arrow Ətraflı
Pərviz Bülbülədən ifa etdiyi meyxanalarla bağlı qərar  FOTO like
  • 05 May 10:00  
Şou-biznes Pərviz Bülbülədən ifa etdiyi meyxanalarla bağlı qərar FOTO

Meyxanaçı Pərviz Bülbülə növbəti açıqlaması ilə diqqətləri üzəri

arrow Ətraflı
Bulvarda ağır qəza  Bir neçə avtomobili əzdi  VİDEO like
  • 05 May 09:24  
Digərləri Bulvarda ağır qəza Bir neçə avtomobili əzdi VİDEO

"Ağ şəhər bulvarı"nda ağır qəza baş verib.

arrow Ətraflı
142 avtobusun hərəkət intervalında gecikmələr var like
  • 05 May 08:57  
Digərləri 142 avtobusun hərəkət intervalında gecikmələr var

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �

arrow Ətraflı
“ABŞla münasibətlər açıq silahlı münaqişə ərəfəsindədir” like
  • 05 May 08:53  
Dünya “ABŞla münasibətlər açıq silahlı münaqişə ərəfəsindədir”

"ABŞ ilə münasibətlər açıq silahlı münaqişə ərəfəsindədir, l

arrow Ətraflı
Maksimum neçə kartof yeyilməlidir?  Bu növü ziyanlıdır like
  • 05 May 08:49  
Digərləri Maksimum neçə kartof yeyilməlidir? Bu növü ziyanlıdır

Diyetoloqlar pəhriz zamanı istifadə olunan kartofun miqdarına diqqət etməy

arrow Ətraflı
Moskvanın mərkəzinə hücum: Rusiya nüvə silahını işə salacaq? – Proqnoz like
  • 05 May 07:55  
Dünya Moskvanın mərkəzinə hücum: Rusiya nüvə silahını işə salacaq? – Proqnoz

"Rusiya çox güclü istəklə belə, mayın 3-də Moskvanın mərkəzinə

arrow Ətraflı
Bu ölkə hava məkanını bağlayır like
  • 05 May 07:50  
Dünya Bu ölkə hava məkanını bağlayır

Moldova iyunun 1-2-də hava məkanını bağlayacağını açıqlayıb.

arrow Ətraflı