"Bu sərəncam böyük tariximənəvi əhəmiyyətə malikdir"
Digərləri 27 Apr 2023 20:58:00 296 0
Prezident İlham Əliyevin "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncamı böyük tarixi-mənəvi əhəmiyyətə malikdir.
Bu xəbəri də oxu: Bakıda AzərbaycanTürkiyə İş Adamları Birliyinin konfransı keçirilir
Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
Polkovnik qeyd edib ki, İkinci Dünya müharibəsi və bu müharibədə iştirak edən yüz minlərlə soydaşımızın göstərdiyi qəhrəmanlıqlar tariximizin bir hissəsidir və biz bu tarixə daim ehtiram göstərməyə, qəhrəmanlarımızın xatirəsini yad etməyə borcluyuq.
İkinci Dünya müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ayrılmaz parçasıdır. Bu müharibədə 700 mindən çox azərbaycanlı iştirak edib, 300 mindən çox soydaşımız faşizmə qarşı mübarizədə qəhrəmancasına həlak olub. Azərbaycanlılardan ibarət 6 diviziya Avropa qitəsinin faşist işğalından azad edilməsində iştirak edib, bu müharibədə əsl igidlik və fədakarlıq nümunələri sərgiləyib. Yüzlərlə soydaşımızın faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Avropa dövlətlərinin ən ali hərbi medalları ilə təltif edilməsi bu həqiqətin isbatıdır.
Azərbaycan İkinci Dünya müharibəsində təbii resursları, iqtisadi potensialı ilə də yaxından iştirak edib. Məhz Bakı nefti faşizm üzərində qələbənin qazanılmasına həlledici təsir göstərib, bu həqiqət zaman-zaman dünyanın ən görkəmli hərbi-siyasi liderləri tərəfindən etiraf edilib.
Xalqımızın qəhrəman övladları müharibə dövründə ön xətlə yanaşı, arxa cəbhədə də böyük fədakarlıqlar sərgiləyiblər. Bu baxımdan Prezident İlham Əliyevin İkinci Dünya müharibəsində ön xətlə yanaşı, həm də arxa cəbhədə böyük əmək sərf edən, faşizm üzərində tarixi qələbəyə töhfə verən insanlara maddi yardımın verilməsi ilə bağlı Sərəncamı dövlətimizin başçısının İkinci Dünya müharibəsində hansı formada iştirak etməsindən asılı olmayaraq, hər kəsin xidmətinə ehtiramla yanaşdığını, onların sosial rifahını daim diqqət mərkəzində saxladığını göstərir. Biz buna görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Yüz illik yubileyini qeyd etdiyimiz Zərifə xanım Əliyevanın kimliyini, mə
Aprelin 28-29-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi r
Rusiyanın "Forbes" dərgisi 30 yaşına çatmayan 30 ən məşhur si
Azərbaycanda himayədar ailə olmaq üçün uşaq sayı ilə bağlı məhdudiyy
Türkiyə sərhədləri boyu terrorun varlığına qarşıdır.
Hollivud ulduzu Vill Ferrel sevimli hokkey komandasının oyununu izləməyə ge
"Son illərdə apardığımız monitorinqlər göstərir ki, buraxılış s
Ziraat Bank Azərbaycan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı Günü mün
22 yaşlı amerikalı reper MoneySign Suede həbsxanada qətlə yetirilib.
Türkiyədə baş verən qəzada xəsarət alan azərbaycanlı qadın dünyasın
Azərbaycan Tibb Universiteti (ATU) fəaliyyət göstərdiyi illər ərzində ç
Rəqqasə Fatimə Fətəliyeva müzakirələrə səbəb olacaq açıqlama verib.
Ölkəmiz 60 illik gecikmədən sonra da olsa, dünyanın nüvə gücü ölkəl�
Türkiyənin İstanbul şəhərində yerləşən, 400 il (1465-1856) Osmanlı su
Bu il Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan, oftalmolog