Zərifə Əliyevanın ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir


Digərləri 27 Apr 2023 19:10:00 270 0

Zərifə Əliyevanın ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir

Bu il Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan, oftalmologiya sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor, gözəl insan, fədakar ana Zərifə Əliyevanın 100 illik yubileyidir. Onun elmi-tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsindəki xidmətləri danılmazdır.

Akademik Zərifə Əliyeva elmi yaradıcılığında hər zaman ciddi problemlərə toxunmuş, göz xəstəliklərinin qarşısını almaq və onları ən effektiv yolla müalicə etmək üçün əlindən gələni etmişdi. Alimin bu gün də aktual olan elmi araşdırmaları və əldə etdiyi nailiyyətlər bir daha onun uzaqgörənliyini, böyük hədəflərə nail olduğunu sübut edir. Zərifə xanımın zəngin elmi fəaliyyətinin gənc alimlərə çatdırılması böyük əhəmiyyət kəsb edir.

Zərifə Əliyevanın ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün yaradılmışdı Zərifə xanım Əliyeva. Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmişdi.

Bu barədə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, təşkilati-metodik bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın AZƏRTAC-a təqdim etdiyi "Fitri istedada malik novator alim" məqaləsində bəhs olunub.

M.İ.Averbax adına mükafata layiq görülən ilk qadın

Akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparıb. Eyni zamanda, "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyeva yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb.

Zərifə xanım Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmologii" (Moskva) jurnalı redaksiya heyətinin üzvü olub. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Qeyd etmək lazımdır ki, professor Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk qadın olub. Apardığı elmi-tədqiqatların yüksək səviyyəsi, onların sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri layiqincə qiymətləndirilərək 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib. Görkəmli alim, fəal ictimai xadim Zərifə xanım Əliyeva xidmətlərinə görə orden və medallarla təltif olunub, Azərbaycanın Əməkdar elm xadimi kimi yüksək fəxri ada layiq görülüb.

Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün nümunə olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və bundan sonra da yazılacaq. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli araşdırmalar həyata keçirib, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparıb. Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilib. Həmin istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun "Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi", "Gözün hidrodinamik sisteminin anatomik-fizioloji xarakteristikası" monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapıb.

Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə apardığı tədqiqatlardır. Həmin tədqiqatların nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşib. Həmin əsərlər arasında "Kəskin virus konyunktivitləri", "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" və s. xüsusi qeyd edilməlidir. Alim göz yaşı xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu sahəyə həsr etdiyi "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və digər əsərləri ilə Azərbaycan lakrimologiyasının əsasını qoyub.

Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Həmin monoqrafiyalardan "İridodiaqnostikanın əsasları" rəngli illüstrasiyalarla "Azərnəşr" tərəfindən, digər monoqrafiya isə "İridodiaqnostika" adı ilə 1988-ci ildə Moskvada nəşr edilib. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

Zərifə Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb

Görkəmli alimin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyasına həsr olunub. Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - "peşə oftalmologiyası"nın əsasını qoyub. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirib və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırıb.

MuğanlıİsmayıllıQəbələ yolunun inşasının başa çatacağı tarix açıqlandı like
  • 27 Apr 19:00  
Digərləri MuğanlıİsmayıllıQəbələ yolunun inşasının başa çatacağı tarix açıqlandı

Muğanlı-İsmayıllı-Qəbələ yolunda işlərin 31 %-i tamamlanıb, yolun in�

arrow Ətraflı
Azərbaycanın ictimai və elm xadimi, görkəmli pedaqoq  akademik Zərifə Əliyeva like
  • 27 Apr 18:52  
Digərləri Azərbaycanın ictimai və elm xadimi, görkəmli pedaqoq akademik Zərifə Əliyeva

Bəşər tarixində mövcud olan millətlər, dövlətlər, xalqlar arasında xe

arrow Ətraflı
"Özümü normal hiss edirəm, yaxşı olmağa çalışıram" like
  • 27 Apr 18:48  
Şou-biznes "Özümü normal hiss edirəm, yaxşı olmağa çalışıram"

Xəbər verdiyimiz kimi, bir aya yaxındır ki, Xalq artisti Ramiz Məlikin məd

arrow Ətraflı
“Təfəkkür”ün prorektorunu öldürən şəxs like
  • 27 Apr 18:46  
Kriminal “Təfəkkür”ün prorektorunu öldürən şəxs

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət pe

arrow Ətraflı
Təranə Səmədovadan xəbər var like
  • 27 Apr 18:44  
Şou-biznes Təranə Səmədovadan xəbər var

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə t�

arrow Ətraflı
Ronaldo və Corcina ayrılırlar? like
  • 27 Apr 18:36  
Digərləri Ronaldo və Corcina ayrılırlar?

Səudiyyə Ərəbistanında çətin günlər keçirən Kriştiano Ronaldo meydan

arrow Ətraflı
Son sutkada yoluxanların sayı açıqlandı like
  • 27 Apr 18:30  
Digərləri Son sutkada yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yolux

arrow Ətraflı
Himayədar ailəyə verilən zaman uşaqların fikri nəzərə alınmayacaq like
  • 27 Apr 18:26  
Digərləri Himayədar ailəyə verilən zaman uşaqların fikri nəzərə alınmayacaq

Himayədar ailəyə verilən zaman uşaqların fikri nəzərə alınmayacaq.

arrow Ətraflı
Bir şəhərdə iki mövsüm  VİDEO like
  • 27 Apr 18:24  
Digərləri Bir şəhərdə iki mövsüm VİDEO

Türkiyənin Van şəhərində eyni anda iki mövsüm yaşanır.

arrow Ətraflı
Azərbaycan oftalmologiyasının bugünkü inkişafı Zərifə xanım Əliyevanın adı ilə bağlıdır like
  • 27 Apr 18:23  
Digərləri Azərbaycan oftalmologiyasının bugünkü inkişafı Zərifə xanım Əliyevanın adı ilə bağlıdır

Akademik Zərifə xanım Əliyeva öz elmi fəaliyyəti, yüksək humanizm duyğ

arrow Ətraflı
"Sizin də belə qaşlarınız olsa, alardınız"  VİDEO like
  • 27 Apr 18:12  
Şou-biznes "Sizin də belə qaşlarınız olsa, alardınız" VİDEO

Türkiyəli aktyor Mert Ramazan Demir ötən gün "İbrahim Selim ile bu ge

arrow Ətraflı
Ərdoğanla Putin arasında telefon danışığı olub like
  • 27 Apr 18:02  
Digərləri Ərdoğanla Putin arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin

arrow Ətraflı
Bu kəndin sakinləri “Azəriqaz”dan gələcək xəbəri gözləyir  VİDEO like
  • 27 Apr 18:00  
Digərləri Bu kəndin sakinləri “Azəriqaz”dan gələcək xəbəri gözləyir VİDEO

Saatlının Kamallı kəndinin sakinləri uzun illərdir mavi yanacaq üzünə h

arrow Ətraflı
Bu avtobuslarda gediş haqqı bahalaşdı  Yeni qiymət like
  • 27 Apr 17:50  
Digərləri Bu avtobuslarda gediş haqqı bahalaşdı Yeni qiymət

Bakı-Sumqayıt avtobuslarında gediş haqqı artıb.

arrow Ətraflı