Azərbaycanın ictimai və elm xadimi, görkəmli pedaqoq akademik Zərifə Əliyeva


Digərləri 27 Apr 2023 18:52:00 268 0

Azərbaycanın ictimai və elm xadimi, görkəmli pedaqoq  akademik Zərifə Əliyeva

Bəşər tarixində mövcud olan millətlər, dövlətlər, xalqlar arasında xeyirxahlıq, vətənpərvərlik, tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan xalqının bu keyfiyyətlərini ənənəvi olaraq onun xeyirxah övladları yaşadır, yaxşılığa doğru inkişaf etdirərək gələcək nəsillərə çatdırır. Belə nadir incilərdən, vətənin başını daim ucaldanlardan, geniş dünyagörüşünə malik övladlardan biri də görkəmli ictimai və elm xadimi, istedadlı həkim və müəllim, əvəzsiz ziyalı akademik Zərifə Əziz qızı Əliyevadır. Çoxsaylı mükəmməl elmi əsərləri, vətənpərvərlik və insansevərlik xüsusiyyətləri, misli görünməmiş peşəkarlıq qabiliyyəti ilə bəşərilik zirvəsinə yüksələn Zərifə xanımın aliliyindən söz açanda həm də onu yetişdirən ailənin - Əziz Əliyev və Leyli xanım aliliyinin ucalığı, eyni zamanda onun şərəflə yaşanan mənalı həyatının ayrılmaz hissəsi olan ömür-gün yoldaşı, dahi Heydər Əliyev böyüklüyü göz önünə gəlir.

Bu barədə Azərbaycan Tibb Universitetinin professoru, Əməkdar müəllim Mübariz Allahverdiyevin AZƏRTAC-a ünvanlandığı məqaləsində deyilir. Məqaləni oxucularımıza təqdim edirik.

"Mənim dünyaşöhrətli alim, məşhur ictimai xadim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanı ilk dəfə gördüyüm və ilk dəfə şəfqətli, xeyirxah bir göz həkimi, nəcib, təvazökar, yüksək erudisiyaya malik ana məhəbbətli, ana sevgili bir pedaqoq kimi tanıdığım illər XX əsrin 60-cı illərinin əvvəllərinə təsadüf edir. Həmin illərdə mən N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun tələbəsi idim və bizim qrupun tələbələri ilə göz xəstəlikləri üzrə aparılan dərslər Filarmoniya binasının yaxınlığındakı Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun bazasında fəaliyyət göstərən Azərbaycan Dövlət Tibb İnstitutunun Göz xəstəlikləri kafedrasında keçirilirdi. Bizim qrupa kafedranın dosenti, həkim-oftalmoloq Ləzifə xanım Əliyeva rəhbərlik edirdi. Ləzifə xanım dərslərini həmin binanın alt mərtəbəsindəki darısqal otaqda aparırdı. O, ilk praktik dərsi plakatlar üzərində izah etdikdən sonra bizə dedi ki, mən Zərifə xanımdan xahiş etmişəm, hər dəfə sizin dərsin ikinci yarısını onun otağında keçəcəyik. Sakit qulaq asarsınız, Zərifə xanım öz xəstələrini sizə nümayiş etdirəcək və göz xəstəlikləri haqqında ətraflı izahatlar verəcək.

Təbii ki, biz o vaxtlar Zərifə xanımın kim olduğundan xəbərsiz idik. Biz onun otağına daxil olanda Zərifə xanım xəstəsini müayinə edirdi. O, bizimlə gülərüzlə, nəzakətlə salamlaşdı və qrup nümayəndəsi olduğuma görə adımı soruşdu. Həmin gün həyatımızda ilk dəfə biz xəstənin görmə orqanına aparatla baxa bildik. Zərifə xanım gözün qişaları və nüvələrinin - şüasındırıcı mühitinin adi baxışda görünməyən hissələrini xəstə üzərində əyani olaraq nümayiş etdirdi və onların funksional anatomiyası haqqında sadə dildə lakonik məlumatlar verdi, tapşırdı ki, görmə orqanının anatomik quruluşunu yaxşı öyrənin ki, xəstəliklərini danışanda aydın başa düşə biləsiniz. Biz otaqdan çıxana yaxın Zərifə xanım anatomiya müəllimimizin kim olduğu ilə maraqlandı, dedim ki, dosent Əlizadə Bikəxanım olub. "Gözəl müəllimdir! - o, bizə də müharibə illərində dərs deyib", - dedi.

Sonralar bizə məlum oldu ki, Zərifə xanım Tibb İnstitutunun yox, Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun (hazırda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi) baş elmi işçisidir. Həm də sonralar eşitdik ki, Zərifə xanımla Ləzifə xanım görkəmli dövlət və elm xadimi, Əməkdar həkim, professor Əziz Əliyevin övladlarıdır. Bu minvalla dərslərimiz semestrin sonuna qədər Zərifə xanımın iş otağında onun iştirakı ilə davam etdi.

Sonralar, yəni 1970-cı ildən sonrakı illərdə dərk etdik ki, 60-cı illərin əvvəllərində dünyanın ən məşhur pedaqoqlarından, dünyaşöhrətli alim oftalmoloqlarından olan akademik Zərifə xanım Əliyevadan dərsalma xoşbəxtliyi nəsibimiz olubmuş. İllər keçdikcə bu xoşbəxtliklərin şirinliklərini daha çox duyduq, daha yaxşı hiss etməyə başladıq. Mən hazırda mülayim və təmkinli bir rahatlıqla hiss edirəm ki, qrupumuzun tələbələri ötən əsrin 60-cı illərində qrup müəllimimiz unudulmaz dosent Ləzifə xanımın sayəsində, onun zərurətdən doğan vasitəçiliyi ilə akademik Zərifə xanımın müqəddəs nəfəsi ilə isinən otaqda onun xəstələri ilə müayinə və müalicəetmə tərzini əyani olaraq görmüş, ideal tərzin ayrı-ayrı nüanslarından lazımi qədər bəhrələnmiş, görkəmli Azərbaycan aliminin həkim-xəstə münasibətlərindəki, müəllim-tələbə ünsiyyətindəki etik gözəlliklərin, dərsliklərdə yazılmamış etik təmasların normativlərnin canlı şahidi olmuş, onları əxz edə, mənimsəyə bilmişik. Mən bir də ona görə şadam ki, tələbəlik illərində akademik Zərifə xanım Əliyeva, Ləzifə xanım Əliyeva kimi, Bikəxanım Əlizadə kimi müqəddəs sandığımız müəllimlərimizə hələ 1966-cı ilin iyun ayının sonlarında Filarmoniyanın yay salonunda keçirilən ATU-nu bitirmiş tələbələrin buraxılış tədbirində tədris işləri üzrə prorektor Maqsud Əlizadənin həmin gün çıxış üçün mənə verdiyi fürsətdən istifadə edərək tələbələr adından dərin minnətdarlığımızı bildirə bilmişəm. Mən hələ o vaxtlar buraxılış günündə bir tələbə kimi gələcəyin akademiki, dünyaşöhrətli alimi Zərifə xanım Əliyevanın ideal müəllimlik və həkimlik istedadının, insani keyfiyyətlərinin böyüklüyünü hiss edərək, ona öz kiçik tələbə minnətdarlığımı bildirə bilməyimə görə indi də fəxarət hissləri keçirirəm.

Zərifə xanım universal bir şəxsiyyət, həm də sözün həqiqi mənasında ən böyük pedaqoq idi. O, pedaqoqluq zirvəsini fəth edərək bütün həkimlərin, tibb təhsili alan tələbələrin, həkimlik peşəsini tələbələrə öyrədən müəllimlərin stolüstü kitabına çevrilən "Yüksək əqidə" kitabını yazıb, oxucuların ixtiyarına vermişdi. Bu kitab akademik Zərifə Əliyeva təxəyyülünün, pedaqoqluğunun, ümumilikdə dünya pedaqogika elminin əlçatmaz zirvə nöqtəsidir. O, dünyanın istənilən ən məşhur pedaqoqu ilə bir sırada, hətta onlardan da yüksəkdə dayanmağa layiq olan ən uca titullu bir pedaqoqdur. Bu, Zərifə xanıma Allah tərəfindən göndərilən müqəddəs bir vergidir, desək yanılmarıq.

Azərbaycan Tibb Universitetinin dünyaşöhrətli məzunu akademik Zərifə Əliyevanın "Yüksək əqidə" (həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı) kitabının motivlərinin dünya tibb elmində, dünya ədəbiyyatında əks-səda doğurması onun həkimlik etikası normativlərinin rəmzi ifadəsinə çevrilib.

Zərifə xanım 1976-cı ildə Moskvada dünyanın ən məşhur alim-oftalmoloqları tərəfindən yüksək qiymətləndirilən doktorluq dissertasiyası işini müdafiə etdikdən sonra atası Əziz Əliyevin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının professoru və müdiri vəzifələrində çalışaraq, ali təhsil almış həkimlərə dərs demiş, pedaqoqluğun əlçatmaz zirvəsini yenidən fəth etmişdir. Elə həmin illərdə akademik Zərifə Əliyeva həyata keçirdiyi irihəcmli elmi-tədqiqat işlərinin yekunlarına və pedaqoqluq fəaliyyətinin mükəmməlliyinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdü.

Akademik Zərifə Əziz qızı Əliyevanın doğum gününün 100 illik yubileyi xalqımız və dövlətimiz tərəfindən təntənə ilə qeyd edilir. Bəşər tarixində minlərlə belə 100 illiklər keçəcək, qüdrətli Zərifə Əliyeva yubileylərinin təntənəsi Azərbaycan xalqı tərəfindən, onun qədirbilən pərəstişkarları və davamçıları tərəfindən eyni ahənglə, eyni məhəbbətlə daim qeyd ediləcək.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva dahilik zirvəsində qərar tutan doğmalarının bütün gözəllik əlamətlərini özündə cəmləşdirərək özü də eyni səviyyəyə yüksəldi, əbədiləşdi, ölməzliyə qovuşdu və hazırda da malik olduğu ecazkar xüsusiyyətlərini, zəngin irsini Azərbaycan gəncliyinin sonrakı nəsillərinə ötürməkdə, özünün alim, müəllim və ictimai xadim böyüklüyü, vətənpərvərlik, xeyirxahlıq və sülhsevərlik missiyaları ilə, əsl Azərbaycan anası, əsl türk xanımı qeyrəti və qüdrəti ilə hər kəsə örnək olmaqda davam edir".

"Özümü normal hiss edirəm, yaxşı olmağa çalışıram" like
  • 27 Apr 18:48  
Şou-biznes "Özümü normal hiss edirəm, yaxşı olmağa çalışıram"

Xəbər verdiyimiz kimi, bir aya yaxındır ki, Xalq artisti Ramiz Məlikin məd

arrow Ətraflı
“Təfəkkür”ün prorektorunu öldürən şəxs like
  • 27 Apr 18:46  
Kriminal “Təfəkkür”ün prorektorunu öldürən şəxs

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət pe

arrow Ətraflı
Təranə Səmədovadan xəbər var like
  • 27 Apr 18:44  
Şou-biznes Təranə Səmədovadan xəbər var

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə t�

arrow Ətraflı
Ronaldo və Corcina ayrılırlar? like
  • 27 Apr 18:36  
Digərləri Ronaldo və Corcina ayrılırlar?

Səudiyyə Ərəbistanında çətin günlər keçirən Kriştiano Ronaldo meydan

arrow Ətraflı
Son sutkada yoluxanların sayı açıqlandı like
  • 27 Apr 18:30  
Digərləri Son sutkada yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yolux

arrow Ətraflı
Himayədar ailəyə verilən zaman uşaqların fikri nəzərə alınmayacaq like
  • 27 Apr 18:26  
Digərləri Himayədar ailəyə verilən zaman uşaqların fikri nəzərə alınmayacaq

Himayədar ailəyə verilən zaman uşaqların fikri nəzərə alınmayacaq.

arrow Ətraflı
Bir şəhərdə iki mövsüm  VİDEO like
  • 27 Apr 18:24  
Digərləri Bir şəhərdə iki mövsüm VİDEO

Türkiyənin Van şəhərində eyni anda iki mövsüm yaşanır.

arrow Ətraflı
Azərbaycan oftalmologiyasının bugünkü inkişafı Zərifə xanım Əliyevanın adı ilə bağlıdır like
  • 27 Apr 18:23  
Digərləri Azərbaycan oftalmologiyasının bugünkü inkişafı Zərifə xanım Əliyevanın adı ilə bağlıdır

Akademik Zərifə xanım Əliyeva öz elmi fəaliyyəti, yüksək humanizm duyğ

arrow Ətraflı
"Sizin də belə qaşlarınız olsa, alardınız"  VİDEO like
  • 27 Apr 18:12  
Şou-biznes "Sizin də belə qaşlarınız olsa, alardınız" VİDEO

Türkiyəli aktyor Mert Ramazan Demir ötən gün "İbrahim Selim ile bu ge

arrow Ətraflı
Ərdoğanla Putin arasında telefon danışığı olub like
  • 27 Apr 18:02  
Digərləri Ərdoğanla Putin arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin

arrow Ətraflı
Bu kəndin sakinləri “Azəriqaz”dan gələcək xəbəri gözləyir  VİDEO like
  • 27 Apr 18:00  
Digərləri Bu kəndin sakinləri “Azəriqaz”dan gələcək xəbəri gözləyir VİDEO

Saatlının Kamallı kəndinin sakinləri uzun illərdir mavi yanacaq üzünə h

arrow Ətraflı
Bu avtobuslarda gediş haqqı bahalaşdı  Yeni qiymət like
  • 27 Apr 17:50  
Digərləri Bu avtobuslarda gediş haqqı bahalaşdı Yeni qiymət

Bakı-Sumqayıt avtobuslarında gediş haqqı artıb.

arrow Ətraflı
Dilarə meyxanaçılarla duet oxumaq istəyir  VİDEO like
  • 27 Apr 17:48  
Şou-biznes Dilarə meyxanaçılarla duet oxumaq istəyir VİDEO

Müğənni Dilarə Kazımova açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
"Postmünaqişə dövründə Fransa tərəfindən sərgilənən mövqe sülh prosesinə töhfə vermir" like
  • 27 Apr 17:46  
Siyasət "Postmünaqişə dövründə Fransa tərəfindən sərgilənən mövqe sülh prosesinə töhfə vermir"

27 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naz

arrow Ətraflı