“Təfəkkür”ün prorektorunu öldürən şəxs
Kriminal 27 Apr 2023 18:46:00 271 0
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən birgə həyata keçirilən tədbirlər nəticəsində 12 il əvvəl törədilərək bağlı qalmış xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Məlumata görə, 16 sentyabr 2011-ci il tarixdə 1942-ci il təvəllüdlü Tariyel Əhmədovun yaşadığı binanın yaxınlığında üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnmişdir.
Həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla 1977-ci il təvəllüdlü Dəyanət Quliyevin tamah məqsədi ilə Tariyel Əhmədova küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Dəyanət Quliyev iş üzrə cari il aprelin 27-də Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə iibtidai istintaq davam etdirilir.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə t�
Səudiyyə Ərəbistanında çətin günlər keçirən Kriştiano Ronaldo meydan
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yolux
Himayədar ailəyə verilən zaman uşaqların fikri nəzərə alınmayacaq.
Akademik Zərifə xanım Əliyeva öz elmi fəaliyyəti, yüksək humanizm duyğ
Türkiyəli aktyor Mert Ramazan Demir ötən gün "İbrahim Selim ile bu ge
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin
Saatlının Kamallı kəndinin sakinləri uzun illərdir mavi yanacaq üzünə h
Bakı-Sumqayıt avtobuslarında gediş haqqı artıb.
Müğənni Dilarə Kazımova açıqlaması ilə diqqət çəkib.
27 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naz
Milli Məclisin keçmiş sədri, deputat Oqtay Əsədovun qardaşı Nazim Əsəd
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 həftə
Türkiyədə polis qumar oynayan şübhəliləri cinayət başında yaxalayıb.