Türkiyə dünyada nüvə enerjisinə malik ölkələr liqasına yüksəldi Ərdoğan
Digərləri 27 Apr 2023 19:22:00 260 0
Ölkəmiz 60 illik gecikmədən sonra da olsa, dünyanın nüvə gücü ölkələri liqasına yüksəldi.
Bu xəbəri də oxu: QAİdə həmrəylik günü ilə bağlı tədbir keçirildi
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Akkuyu Atom Elektrik Stansiyasına ilk nüvə yanacağının gətirilməsinə dair rəsmi mərasimə canlı bağlantı ilə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Hava və dəniz yolu ilə gələn nüvə yanacağının elektrik stansiyamıza çatdırılması ilə Akkuyu artıq nüvə obyekti kimliyini qazandı", - Ərdoğan qeyd edib.
Ərdoğan Avropa Komissiyasının nüvə enerjisini "yaşıl enerji" olaraq qəbul edərək tərəddüdləri aradan qaldırdığını xatırladıb.
"Akkuyu ilə ölkəmizi bu inkişafın bir parçası etdik. Bir çox mühüm layihələr kimi, Akkuyu da milli büdcəmizi yükləməyən bir maliyyələşdirmə modeli ilə həyata keçirilib. Akkuyu Rusiya ilə ən böyük ortaq sərmayəmizdir", - Ərdoğan əlavə edib.
Ölkə başçısı Akkuyu AES-in bütün bloklarının 2028-ci ilə qədər mərhələli şəkildə istifadəyə veriləcəyini və Türkiyənin elektrik istehlakının 10 faizinin bu stansiyadan təmin ediləcəyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, Akkuyu tam gücü ilə işə düşəndə təxminən 35 mlrd. kilovat-saat elektrik enerjisi istehsal olunacaq: "Təbii qaz idxalımızın azalmasına hər il 1,5 milyard dollar töhfə verəcək bu layihə milli gəlirimizin artmasına da müsbət təsir göstərəcək".
Ərdoğan Akkuyu AES-in 6 fevral zəlzələsindən təsirlənmədiyini, bunun mühəndis və fəhlələrin işlərini nə qədər vasvasılıqla yerinə yetirdiyini göstərdiyini söyləyib.
"Layihədəki təcrübəmiz işığında, müxtəlif bölgələrdə tikməyi planlaşdırdığımız ikinci və üçüncü atom elektrik stansiyalarımız üçün ən qısa zamanda hərəkətə keçəcəyik", - o əlavə edib.
Türkiyənin İstanbul şəhərində yerləşən, 400 il (1465-1856) Osmanlı su
Bu il Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan, oftalmolog
Muğanlı-İsmayıllı-Qəbələ yolunda işlərin 31 %-i tamamlanıb, yolun in�
Bəşər tarixində mövcud olan millətlər, dövlətlər, xalqlar arasında xe
Xəbər verdiyimiz kimi, bir aya yaxındır ki, Xalq artisti Ramiz Məlikin məd
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət pe
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə t�
Səudiyyə Ərəbistanında çətin günlər keçirən Kriştiano Ronaldo meydan
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yolux
Himayədar ailəyə verilən zaman uşaqların fikri nəzərə alınmayacaq.
Akademik Zərifə xanım Əliyeva öz elmi fəaliyyəti, yüksək humanizm duyğ
Türkiyəli aktyor Mert Ramazan Demir ötən gün "İbrahim Selim ile bu ge
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin