Rəsmi Bakıdan Fransaya cavab: "Bu, ölkəmizin suveren və legitim hüququdur"
Siyasət 24 Apr 2023 13:27:00 223 0
Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq səyləri qarşılığında, Fransa tərəfi birtərəfli mövqe sərgiləməklə, prosesə maneçilik cəhdlərinə şərait yaratmamalıdır.
Bu xəbəri də oxu: Prezident Ağdaşa icra başçısı təyin etdi
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə əlaqədar Fransanın Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın əsassız bəyanatına dair şərhində deyilir.
A.Hacızadə qeyd edib ki, 23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis etməsi tədbiri ilə əlaqədar Fransa Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr tərəfindən verilmiş bəyanat tamamilə əsassızdır.
"Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin suveren və legitim hüququdur.
Guya bu addımın Üçtərəfli bəyanata, hər hansı bir beynəlxalq sənədə və ya məhkəmə qərarına zidd olduğu iddiasının heç bir əsası yoxdur. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək.
Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq səyləri qarşılığında, Fransa tərəfi bu kimi birtərəfli mövqe sərgiləməklə, prosesə maneçilik cəhdlərinə şərait yaratmamalıdır".
Son.az
Rusiyanın Moskva regionunda maqnit qasırğası səbəbindən qütb işıqları
Daşkəsən rayonunda 1986-cı il təvəllüdlü Eldar həmyerlisi Aytaca (adlar
Ukraynanın işğal olunmuş ərazilərindəki əhalini Rusiyanın pasportların
Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması 10 noyabr üç
Qapıdan qovursan, bacadan girirlər...
Sumqayıtda sürücü avtomobili idarə edən zaman sükan arxasında vəfat edi
Xəbər verdiyimiz kimi, dünən axşam Nərimanov rayonu, Akademik Həsən Əl
"Nə böyük uğurdu ki... Haqqım idi və qalib gəldim. Görüntülər va
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları t�
Elnarə Xəlilovanın tələbəsi Piri Əliyevlə birlikdə şıdırğı rəqsi
Qəbələnin Qəmərvan kəndində maraqlı və qəribə bayram adəti var.
"Siz elə bilməyin ki, Siyavuş Aslanın böyük oğlu Çingiz Aslana diqq