"Həlledici addımdır" Ekspert Laçın yolunda qurulan nəzarətburaxılış məntəqəsindən danışdı


Siyasət 24 Apr 2023 12:50:00 189 0

"Həlledici addımdır"  Ekspert Laçın yolunda qurulan nəzarətburaxılış məntəqəsindən danışdı

Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması 10 noyabr üçtərəfli bəyanatının tam icrasına doğru həlledici addımdır.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev deyib.

O bildirib ki, bu hadisə ekofəalların dekabrda başlatdıqları aksiyanın məntiqi nəticəsi və qələbə sonucudur: "Ekofəalların aksiyası olmasaydı, dünyanın diqqətini Ermənistanın postmüharibə dövründə pozucu siyasətinə cəlb etmək mümkün olmazdı. Azərbaycan Prezidenti ilk dəfə Münhen konfransında bu nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruriliyini bəyan etdi. Həmin konfransda Prezidentimizin təklifinə ilkin reaksiyalar bir daha sübut etdi ki, dünya dairələri Laçın yolunda baş verən proseslərlə bağlı Ermənistanın yox, Azərbaycanın mövqelərini doğru hesab edir. Laçın yolu ilə bağlı Ermənistanın böhtançı mövqeyi iflasa uğradı. Əslində Azərbaycan prezidentinin prinsipial siyasəti nəticəsində Ermənistanın özü də təxribatçı siyasətini bir qədər dəyişməyə və nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə barışmağa məcbur edildi. Faktdır ki, Ermənistan Laçın yolunda aksiyaların ilk başlanğıcında hər hansı məntəqənin yaradılmasını qəbul etmək istəmirdi. Ermənistan bilirdi ki, nəzrət-buraxılış mıntəqəsinin yaradılmasından sonra öz qanunsuz əməllərini davam etdirə və Xankəndiyə təxribatçı daşımaları davam etdirə bilməyəcək. Ancaq Azərbaycanın ardıcıl siyasi təzyiqləri nəticəsində Ermənistan Laçın yolunda nəzarətsiz daşımaları sonadək davam etdirməyin mümkünsüz olduğunu anladı".

Baş redkator qeyd edib ki, Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yaratması müstəsna tarixi əhəmiyyətli hadisədir.

"Ermənistanın yeni ideoloji təxribatlara başlayacağı istisna deyil və bu yolda ilk addımları atır. Ermənistan bu məntəqəni Xankəndi ermənilərinin daha sıx blokadaya salınması kimi qələmə verməyə çalışır və bu sayaq ideoloji təxribatların heç bir əsası yoxdur. Necə ki, Azərbaycan ekofəalların aksiyası ətrafında Ermənistanın "blokada hay-küylərini" beynəlxalq diplomatik-informasiya müstəvisində alt-üst etdi və sübut etdi ki, Laçın yolunda Azərbaycanın nəzarərətinin qurulması dövlətimizin süveren hüquqlarının tələbidir, eynilə də sübut edəcəyik ki, nəzarət-buraxılış məbtəqəsi ilə bağlı Ermənistanın bütün informasiya-ideoloji təxribatları iflasa məhkumdur", - baş redaktor bildirib.

Ekspert deyib ki, Ermənistan öz sərhədində keçid məntəqəsi yaratdığı kimi Azərbaycan da öz ərazisi olan Laçın yolunda nəzarət məntəqəsi qurmaq hüququna malikdir: "Laçın yolunda keçid məntəqəsi köçkünlərimizin təhlükəsiz qayıdışının müstəsna təminatıdır.

Keçid məntəqəsi Ermənistanın ərazilərimizdə mina terroru sitasətinin qarşısını almaqda da mühum rol oynayacaq.

Xankəndi ermənilərinin Azərbaycanla inteqrasiyaya qoşulmasına mane olan ən mühüm amil İrəvandan daşınan silah-sursat və terrorçu qüvvələrdir. Bu baxımdan keçid məntəqəsi Xankəndi ermənilərinin dinc hissəsinin separatçıların girovluğundan xilas edilməsinə böyük təsir göstərəcək".

Sumqayıtda sürücü avtomobili idarə edən zaman ölüb like
  • 24 Apr 12:35  
Digərləri Sumqayıtda sürücü avtomobili idarə edən zaman ölüb

Sumqayıtda sürücü avtomobili idarə edən zaman sükan arxasında vəfat edi

arrow Ətraflı
Bakıda evdə öldürülən şəxs tanınmış vəkilin qardaşıdır like
  • 24 Apr 12:29  
Kriminal Bakıda evdə öldürülən şəxs tanınmış vəkilin qardaşıdır

Xəbər verdiyimiz kimi, dünən axşam Nərimanov rayonu, Akademik Həsən Əl

arrow Ətraflı
"Qərar ləğv olunsa, dünyanı dağıdaram" like
  • 24 Apr 12:24  
Şou-biznes "Qərar ləğv olunsa, dünyanı dağıdaram"

"Nə böyük uğurdu ki... Haqqım idi və qalib gəldim. Görüntülər va

arrow Ətraflı
Nərimanovda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb like
  • 24 Apr 12:13  
Kriminal Nərimanovda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları t�

arrow Ətraflı
Elnarənin tələbəsi ilə şıdırğı RƏQSİ gündəm oldu like
  • 24 Apr 11:51  
Şou-biznes Elnarənin tələbəsi ilə şıdırğı RƏQSİ gündəm oldu

Elnarə Xəlilovanın tələbəsi Piri Əliyevlə birlikdə şıdırğı rəqsi

arrow Ətraflı
Qəmərvan kəndinin qəribə adəti var like
  • 24 Apr 11:40  
Digərləri Qəmərvan kəndinin qəribə adəti var

Qəbələnin Qəmərvan kəndində maraqlı və qəribə bayram adəti var.

arrow Ətraflı
Pərvin ana oldu like
  • 24 Apr 11:29  
Şou-biznes Pərvin ana oldu

Azərbaycanlı model Pərvin Həsənzadə ana olub.

arrow Ətraflı
Xalq artistinin oğlu atasının seyfindən 25 min dollar oğurlayıb like
  • 24 Apr 11:27  
Şou-biznes Xalq artistinin oğlu atasının seyfindən 25 min dollar oğurlayıb

"Siz elə bilməyin ki, Siyavuş Aslanın böyük oğlu Çingiz Aslana diqq

arrow Ətraflı
Bu il 10 mindən çox şəxsə pensiya təyin olunub like
  • 24 Apr 11:18  
Digərləri Bu il 10 mindən çox şəxsə pensiya təyin olunub

2023-cü ilin yanvar-mart ayları ərzində 44,3 min pensiya, müavinət, təqa�

arrow Ətraflı
Formula 1ə görə bu yollar bağlanıb like
  • 24 Apr 11:04  
Digərləri Formula 1ə görə bu yollar bağlanıb

Bu gün gecǝ 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi pro

arrow Ətraflı
ŞimalCənub dəhlizinin qərb marşrutu: like
  • 24 Apr 11:02  
Digərləri ŞimalCənub dəhlizinin qərb marşrutu:

Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutları hazırda həmişə ol

arrow Ətraflı
İlk dəfə üzə çıxdı: İran Qarabağ müharibəsi zamanı görün nə edib like
  • 24 Apr 10:51  
Digərləri İlk dəfə üzə çıxdı: İran Qarabağ müharibəsi zamanı görün nə edib

Son illər intensiv şəkildə Azərbaycanı təhdid edən və "İran regio

arrow Ətraflı