ŞimalCənub dəhlizinin qərb marşrutu:
Digərləri 24 Apr 2023 11:02:00 204 0
Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutları hazırda həmişə olduğundan daha cəlbedicidir, belə ki, ölkə ən qısa müddətdə təhlükəsiz tranzitin təmin olunması üçün hər bir şəraiti yaradır. Azərbaycanın istər dəmir yolu, istərsə də avtomobil, habelə dəniz nəqliyyatının müasir infrastrukturu pula və vaxta qənaət edəcək. Təəccüblü deyil ki, 2022-ci ildə Azərbaycan ərazisindən keçən tranzitin həcmi il ərzində 75 faizdən çox artıb.
Bu xəbəri də oxu: Avtobuslar COP29 nişanlı zolaqlara girə bilər?
Lakin Azərbaycan əldə olunanlarla dayanmağı planlaşdırmır və alternativ marşrutlara artmaqda olan tələbatı nəzərə almaqla öz nəqliyyat potensialının daha da artırılması üzrə tədbirlər görür.
Son.az Trend-ə istinadən bildirir ki, hazırda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi qlobal gündəliyin daha aktual mövzusunu təşkil edir. Dəhliz Rusiyadan başlamaqla Azərbaycan və İran ərazisindən keçərək Hindistana uzanır. Dəmir yolu, avtomobil və dəniz nəqliyyatını özündə birləşdirən dəhliz marşrutun başlanğıc və yekun nöqtələri arasında ticarətin optimallaşmasına yönəlib.
Şimal-Cənub dəhlizi 7200 km uzunluqda multimodal marşrutdur. Bu alternativ marşrut Avropa, Fars körfəzi ölkələri və Hind okeanını Süveyş kanalı vasitəsilə birləşdirir. Dəhlizin qərb və şərq marşrutları İran ərazisindən keçir: qərb marşrutu İran ərazisində Rəşt nəzarət-buraxılış məntəqəsindən avtomobil nəqliyyatı ilə, şərq marşrutu isə dəmir yolu ilə daşınmanı nəzərdə tutur. İranda son təyinat nöqtəsi Bəndər-Abbas limanıdır, buradan malları dəniz yolu ilə Hindistana çatdırmaq mümkündür. Qərb marşrutu Azərbaycan ərazisindən, şərq marşrutu Qazaxıstan və Türkmənistandan keçir. Bundan başqa Xəzər dənizi vasitəsilə Rusiyadan İrana birbaşa dəniz daşımaları da mümkündür.
2030-cu ilədək Şimal-Cənub dəhlizi ilə yük daşımalarının həcminin ikiqat artaraq indiki illik 17 milyon tondan 32 milyon tona çatacağı gözlənilir.
Elə bir neçə gün öncə Rusiya, Qazaxıstan və Türkmənistanın rəsmi şəxsləri bu ölkələr arasında məqsədi Şimal-Cənub dəhlizinin şərq marşrutunda vahid logistika operatorunun yaradılması olan birgə müəssisəsinin təsis ediləcəyini bildiriblər.
Şərq marşrutu İran-Türkmənistan sərhədindən, Akyayla və ya Seraxs nəzarət-buraxılış məntəqələrindən keçir. Beləliklə yük dəmir yolu ilə Qazaxıstana, daha sonra Rusiyaya nəql olunur. Marşrutun ən qısa sahəsi Akyayla nəzarət-buraxılış məntəqəsindən keçir.
Akyayla nəzarət-buraxılış məntəqəsi daha qısa hesab olunsa da uzunluğu 2500 km-dən çoxdur. Beləliklə, yekun məqsədin xərclərin və tranzit vaxtının azaldılmasından ibarət olduğunu nəzərə aldıqda marşrut daha az cəlbedici olur.
Rusiya, Qazaxıstan və Türkmənistan arasında birgə müəssisə yaradıldıqda bu şübhəsiz, nəqliyyat xərclərinin azaldılmasına və dəhlizlə hərəkətin sürətlənməsinə səbəb olacaq. Lakin aydın məsələdir ki, bu cür strukturun yaradılmasına çox vaxt sərf olunacaq, belə ki, hələ də prosesi ləngidəcək bürokratiya əngəlləri və süründürməçilik mövcuddur.
Eyni zamanda 1450 km uzunluğa malik qərb marşrutu güman ki, ən geniş istifadə olunan və yaxşı inkişaf etmiş marşrutdur. Statistika bunu təsdiq edir: 1 yanvar - 28 mart 2023-cü il müddətində qərb marşrutu ilə yük tranzitinin həcmi 2,15 milyon ton təşkil edib ki, bu da illik hesablamada 84,37 faiz olmaqla heyrətamiz artımdır (2022-ci ildə 1,16 milyon ton yük daşınıb). Marşrutun tam gücü ilə işləməsini ləngidən yalnız bir maneə var ki, o da 164 km uzunluğa malik Rəşt-Astara dəmir yolu xəttidir. Lakin İranla Rusiya arasında bu xəttin tikintisi üzrə sazişin 21 may 2023-cü ilədək imzalanacağı gözlənilir. Beləliklə Şimal-Cənub dəhlizinin qərb marşrutu tam gücü ilə işləyəcək.
Hazırkı mürəkkəb, sürətlə dəyişən zamanda Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan getdikcə daha cəlbedici istiqamətə çevrilir. O vaxtdan bəri Azərbaycan Şimal-Cənub dəhlizi ilə yanaşı həmçinin Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ötürücülük imkanlarını genişləndirib. Mahiyyətcə Azərbaycan yüklərin ən sürətli, ucuz və rahat nəqli üçün misilsiz şərait təmin edib. Nəqliyyat-logistika infrastrukturunun modernizasiyasına sərf olunmuş böyük səylər sayəsində ölkə istənilən regional və ya qlobal geosiyasi sarsıntılara baxmayaraq, özünün mühüm nəqliyyat rolunu qoruyub saxlayacaq.
Son.az
Son illər intensiv şəkildə Azərbaycanı təhdid edən və "İran regio
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqay
Rusiyalı müğənni, Rusiyanın əməkdar artisti, Tatarstan Respublikasının
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüst
"Rusiya son sutkada Ukrayna ərazisinə 60 raket zərbəsi endirib. Dinc ə
2023-cü ilin birinci rübündə Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB)
"Musiqi zövqü formalaşdıran bir şeydir. Düşünürəm ki, bu, insanı
Bu gün dövlət təhlükəsizlik orqanlarının veteranı Sədyar Abbasovun 80
17 yaşında Vera (Viki) Obolenskaya yüngülxasiyyət xanım idi, onu rəqslər
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
Aprel ayında Ağcabədi Rayon Polis Şöbəsinə fərdi yaşayış evindən oğ
Bakının Suraxanı rayonunda yol qəzasında iki nəfər xəsarət alıb.