Fransada bakılı qızın başına min oyun açırlar:
Digərləri 24 Apr 2023 09:19:00 397 0
17 yaşında Vera (Viki) Obolenskaya yüngülxasiyyət xanım idi, onu rəqslərdən, dəbli geyimlərdən və kavalerlərdən başqa heç nə maraqlandırmırdı.
Bu xəbəri də oxu: Avtobuslar COP29 nişanlı zolaqlara girə bilər?
19 yaşında Parisdə fotomodel işləyir.
29 yaşında faşist işğalına qarşı mübarizə aparan fransız gizli təşkilatının üzvü olur.
33 yaşında gilyotində edam edilir...
Vera Obolenskayanın nasistlər tərəfindən niyə başı bədənindən üzülür?
Son.az dəyərli oxucularını bakılı qızın olduqca maraqlı həyat hekayəsi ilə tanış edir.
Vera Makarova 24 iyun 1911-ci ildə Bakının vitse-qubernatorunun ailəsində dünyaya göz açır.
Veranın atası, mülki müşavir Apollon Makarov inqilaba qədər Bakının vitse-qubernatoru idi.
1920-ci ildə - Qırmızı Ordunun Azərbaycana daxil olmasından sonra ailə Fransaya qaçmağa məcbur olur.
Bu zaman Veranın 9 yaşı var idi. Orada, yaşadıqları pansionda qonşular ona Viki ləqəbi verirlər. Yeniyetmə Fransa tərzləri və dil tələffüzünün xüsusiyyətlərini o qədər tez öyrənir ki, tezliklə o, artıq hamı tərəfindən fransız kimi qəbul edilir. Vikinin gənclik rəfiqəsinin xatirələrinə görə, 17 yaşında onu rəqslər və cavan oğlanlar daha çox maraqlandırır, nəinki dərslər. Restoranlarda əyləncələr, şəhərkənarı gəzintiləri, pikniklər və banketlər gənc Vikinin həyat tərzinə çevrilir.
Viki 19 yaşında sərbəst pul qazanmağa başlayır. O, gözəl mühacirlərin əksəriyyəti kimi dəb evinə model olaraq işə düzəlir. Vikinin unikal xüsusiyyəti var idi - fenomenal yaddaş. O, bütün müştərilərini adları ilə xatırlayır, hər kəsi yadda saxlayırdı.
Eyni zamanda 4 dildə sərbəst danışa bilən Viki özünü başqa sahələrdə də sınamaq qərarına gəlir.
Bu minvalla, müştərilərdən biri Vikini zəngin sahibkar Jak Artyuisin yanında katib kimi işə düzəlməyə kömək edir. Viki tezliklə Jak və onun arvadı ilə dostlaşır. Onlar istirahət günlərini birlikdə keçirirdilər. Qanunauyğundur, belə bir mühitə düşən Viki knyaz Nikolay Obolenski ilə tanış olur. Tezliklə, Viki knyaz Obolenskinin qəlbinə tamamilə hakim olur. Zəngin və tanınmış ailədən olan Nikolay qibtə ediləsi adaxlıya çevrilir - o, daim nişanlısının yanında olur, ona qulluq edir. Beləliklə, münasibətlər məntiqi sonluğa çatır - onlar 1937-ci ilin mayında rəsmi nikaha daxil olurlar.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
Aprel ayında Ağcabədi Rayon Polis Şöbəsinə fərdi yaşayış evindən oğ
Bakının Suraxanı rayonunda yol qəzasında iki nəfər xəsarət alıb.
Meksika prezidenti Andres Manuel Lopes Obrador yenidən koronavirusa yoluxduğun
Çılğın rəqsləri ilə ad çıxaran müğənni Nüşabə Musayevanın türk
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 24 və 25-də BMT Təhlü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni yerli "Altay" tank�
Xaçmaz rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi b
Kiyevin müttəfiqləri Ukrayna ordusunun qarşıdan gələn əks-hücum əməli
Rusiya təkcə suveren dövləti əsarət altına almaq yox, onu aradan qaldırm
Bakının Sabunçu rayonunda yol qəzası zamanı piyada ölüb.
Yardımlı rayonunda bir ailənin 3 üzvünün xəsarət alması ilə nəticəl�