IGB ilə indiyə qədər tədarük edilən Azərbaycan qazının həcmi açıqlanıb
Digərləri 24 Apr 2023 09:45:00 243 0
2023-cü ilin birinci rübündə Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə 3 milyon meqavat-saatdan çox təbii qaz nəql olunub.
Bu xəbəri də oxu: Bu ölkə “iPhone”dan sonra “Google”da
Son.az bu barədə Trend-ə istinadən məlumat verir.
Şirkətdən verilən məlumata görə, 1 oktyabr 2022-ci ildə kommersiya istismarı başladıqdan etibarən boru kəməri ilə 8 milyon meqavat-saatdan çox təbii qaz nəql olunub.
"Hazırda nəql sisteminin operatoru olan ICGB uzunmüddətli müqavilələr çərçivəsində 1,57 kubmetr qazın bron edilməsi istiqamətində bütün öhdəliklərini icra edir", - ICGB-dən deyiblər.
Şirkətdən bildiriblər ki, boru kəməri hazırda Bolqarıstanın təbii qaza olan daxili tələbatının 1/3-ni qarşılayır və onun regionun bir sıra digər ölkələrinə, o cümlədən Rumıniya, Moldova və Ukraynaya nəqlinə imkan verir.
"2022-ci ilin dördüncü rübündə kommersiya məqsədilə işə salındıqdan sonra IGB-nin bütün obyektləri tam istismara verilib. EPC podratçı hələ də müqavilənin bir hissəsi olan tamamlayıcı və köməkçi işləri yerinə yetirir, lakin qaz nəqli sisteminin istismara hazırlığı ilə birbaşa əlaqəsi yoxdur. ICGB bu tədbirlərin gedişatını izləyir və uğurla başa çatdıqdan sonra ictimai məlumat verəcək", - ICGB-dən bildiriblər.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.
Hazırki istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.
Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir. Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.
"Musiqi zövqü formalaşdıran bir şeydir. Düşünürəm ki, bu, insanı
Bu gün dövlət təhlükəsizlik orqanlarının veteranı Sədyar Abbasovun 80
17 yaşında Vera (Viki) Obolenskaya yüngülxasiyyət xanım idi, onu rəqslər
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
Aprel ayında Ağcabədi Rayon Polis Şöbəsinə fərdi yaşayış evindən oğ
Bakının Suraxanı rayonunda yol qəzasında iki nəfər xəsarət alıb.
Meksika prezidenti Andres Manuel Lopes Obrador yenidən koronavirusa yoluxduğun
Çılğın rəqsləri ilə ad çıxaran müğənni Nüşabə Musayevanın türk
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 24 və 25-də BMT Təhlü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni yerli "Altay" tank�
Xaçmaz rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi b
Kiyevin müttəfiqləri Ukrayna ordusunun qarşıdan gələn əks-hücum əməli