Azərbaycan peykinin meteoritlə toqquşduğu ehtimal olunur
Digərləri 20 Apr 2023 15:11:00 227 0
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") istismar etdiyi "Azersky" - Yerin məsafədən müşahidə peyki dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb.
Bu xəbəri də oxu: Bu dönər görənləri təəccübləndirir
Son.az nazirliyə istinadən xəbər verir ki, peyklə məlumat mübadiləsi dayanıb.
"Azərkosmos" və peykin istehsalçısı əlaqənin bərpa olunması istiqamətində tədbirlər görsə də, bu, mümkün olmayıb.
"Azərkosmos"un 2014-cü ildə "Airbus Defence and Space" şirkəti ilə imzaladığı əməkdaşlıq sazişinə əsasən, peyk "Airbus Defence and Space" şirkətinin "SPOT 6" peyki ilə eyni orbitdə, vahid peyk qruplaşması formasında fəaliyyət göstərirdi. Əlverişli şərtlərlə imzalanmış sazişə görə, peyk olmasa belə, "Azərkosmos" "SPOT 6" peyki vasitəsilə əldə etdiyi yüksək optik ayırdetməli peyk təsvirlərindən yerli və xarici müştərilərin ehtiyaclarını qarşılaya biləcək. Hazırda "SPOT 6" peykindən istifadə edərək peyk təsvirləri ilə bağlı sifarişlərin eyni keyfiyyətlə icrası davam etdirilir. Həmçinin, "Azərkosmos" ötən illərdə xarici peyk operatorları ilə qurduğu əlverişli əməkdaşlıq çərçivəsində yerli qurumların daha yüksək ayırdetməli peyk təsvirlərinə olan ehtiyaclarını güzəştli şərtlərlə təmin etmək gücündədir.
"Azersky" peyki yer müşahidəsi və ümumilikdə geoinformasiya xidmətləri sahəsində ölkədaxili tələbatın ödənilməsi, milli təhlükəsizliyin təmin edilməsinə dəstəyin verilməsi, ölkəmizdə kosmik sahədə elmi-tədqiqat və kadr bazasının yaradılması və beynəlxalq imicin yüksəldilməsinə xidmət etməklə, həm də kommersiya layihəsi kimi özünü doğruldub. Peykin kommersiya fəaliyyətinə başladığı tarixdən indiyə qədər 105 milyon manat gəlir əldə olunub. Həmçinin, müxtəlif dövlət orqan və qurumlarına əlavə olaraq 150 milyon manat dəyərində peyk təsvirləri verilib. Beləliklə, peykdən əldə edilən iqtisadi fayda qoyulmuş investisiyadan 1,5 dəfə çox olub.
ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsindən (U.S. Space Surveillance Network) alınan məlumata görə, "Azersky" peyki öz nəzərdə tutulan orbitində uçmağa davam edir. Hazırda peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma ehtimal olunur. Belə ki, toqquşma nəticəsində peykin enerji təchizatı sıradan çıxmış ola bilər. ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsi hazırda kosmik fəzada ölçüsü 10 sm-dan çox olan 36 500 obyekti izləyir. Lakin hesablamalara görə, planetimizin ətrafında Kosmik Müşahidə Şəbəkəsinin izləyə bilmədiyi kiçik ölçülü (1-10 sm) 1 milyondan çox obyekt hərəkət etməkdədir.
Dövlət bayrağının yandırılmasına görə bərəsində həbs qətimkan tə
Beynəlxalq dərəcəli sertifikatları və imtahan nəticələri olanlar do
Lənkəran rayonunda kişini döyərək qadın paltarı geyindirən və onu icti
Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barəd�
Söz oyunu davam edir. Söhbət Bakı ilə İrəvan arasında sülh danışıqla
Müğənni Üzeyir Mehdizadə efirlərdən uzaq qalma səbəbini açıqlayıb.
Rusiyanın bir neçə şəhərində 9 May paradını ləğv ediblər, lakin Mosk
"Plastik əməliyyatların qətiyyən əleyhinə deyiləm. Çox sevdiyim Fr
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə x
Son.az musavat.com-a istinadən bildirir ki, İranda qadınlar tutulmaq riskini