Azərbaycan bayrağını yandıran erməni


Siyasət 20 Apr 2023 15:07:00 237 0

Azərbaycan bayrağını yandıran erməni

Dövlət bayrağının yandırılmasına görə bərəsində həbs qətimkan tədbiri seçilmiş şəxs beynəlxalq axtarışa verilib.

Son.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir:

"Xəbər verildiyi kimi, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində mediadan istifadə olunmaqla milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Dövlət bayrağımızın yandırılması faktı üzrə Azərbaycan Respubliksının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 və 12.2, 324-cü maddələrilə başlanmış cinayət işinin istintaqı Baş prokurorluğun İstintaq idarəsində davam etdirilir.

İbtidai istintaqla "Ermənistan İctimai Televiziyası"nın Dizayn studiyasının rəhbəri işləmiş, 28 sentyabr 1982-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olmuş və həmin dövlətin vətəndaşı olan Nikolyan Aram Vrejinin milli düşmənçilik zəminində Azərbaycan Respublikası vətəndaşları və onun maraqlarına qarşı cinayətlər törətmək məqsədilə hazırda şəxsiyyətləri istintaqla araşdırılan bir qrup şəxslə birləşərək qeyd olunan tədbirdə geniş beynəlxalq auditoriya qarşısında nümayişkəranə şəkildə Dövlət bayrağımızı qəsdən yandırıb Azərbaycana qarşı Ermənistan cəmiyyətində milli nifrət və düşmənçiliyin salınmasına, eləcə də milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Aram Nikolyan aprelin 19-da Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 və 12.2, 324-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmişdir.

Göstərilən xüsusatlarla əlaqədar Baş Prokurorluq tərəfindən həmin cinayət işinin istintaqının birgə əməkdaşlıq çərçivəsində aparılması üçün xarici dövlətlərin hüquq-mühafizə orqanlarına hüquqi yardım haqqında rəsmi müraciətlər göndərilərək Aram Nikolyan barəsində zəruri istintaq hərəkətlərinin keçirilməsi və dövlət sərhəddini keçdiyi halda saxlanılaraq Azərbaycan Respublikasına ekstradisiya olunması xahiş edilib.

Azərbaycan Respublikası və onun vətəndaşlarına qarşı milli nifrət və düşmənçiliyinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də təqsirkar şəxslərin milli və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kompleks tədbirlərin görülməsi davam etdirilir".

25 yaşlı müğənni evində ölü tapıldı like
  • 20 Apr 15:04  
Dünya 25 yaşlı müğənni evində ölü tapıldı

Cənubi Koreyada gənc müğənni Munbin vəfat edib. 

arrow Ətraflı
Doktoranturaya qəbul qaydası dəyişdi like
  • 20 Apr 14:55  
Digərləri Doktoranturaya qəbul qaydası dəyişdi

Beynəlxalq dərəcəli sertifikatları  və imtahan nəticələri olanlar  do

arrow Ətraflı
Kişiyə qadın paltarı geyindirib təhqir edənlərə BU CƏZA VERİLDİ like
  • 20 Apr 14:52  
Kriminal Kişiyə qadın paltarı geyindirib təhqir edənlərə BU CƏZA VERİLDİ

Lənkəran rayonunda kişini döyərək qadın paltarı geyindirən və onu icti

arrow Ətraflı
Əqli mülkiyyət sistemi Prezidentin dəstəyi nəticəsində uğurla inkişaf edir like
  • 20 Apr 14:15  
Siyasət Əqli mülkiyyət sistemi Prezidentin dəstəyi nəticəsində uğurla inkişaf edir

Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barəd�

arrow Ətraflı
Boşanmaların sayı artıb like
  • 20 Apr 14:11  
Digərləri Boşanmaların sayı artıb

Hərgün 50 boşanma faktı qeydə alınır.

arrow Ətraflı
Paşinyan "Qarabağ Azərbaycandır" dedi  İrəvan like
  • 20 Apr 14:02  
Siyasət Paşinyan "Qarabağ Azərbaycandır" dedi İrəvan

Söz oyunu davam edir. Söhbət Bakı ilə İrəvan arasında sülh danışıqla

arrow Ətraflı
Üzeyir psixoloji səbəblərə görə efirə çıxmırmış... like
  • 20 Apr 14:00  
Şou-biznes Üzeyir psixoloji səbəblərə görə efirə çıxmırmış...

Müğənni Üzeyir Mehdizadə efirlərdən uzaq qalma səbəbini açıqlayıb.

arrow Ətraflı
Ukrayna bu tarixdə Moskvaya zərbə endirə bilər like
  • 20 Apr 13:54  
Dünya Ukrayna bu tarixdə Moskvaya zərbə endirə bilər

Rusiyanın bir neçə şəhərində 9 May paradını ləğv ediblər, lakin Mosk

arrow Ətraflı
"Əlbəttə ki, hamının olduğu kimi, mənim də pula ehtiyacım var" like
  • 20 Apr 13:48  
Şou-biznes "Əlbəttə ki, hamının olduğu kimi, mənim də pula ehtiyacım var"

"Plastik əməliyyatların qətiyyən əleyhinə deyiləm. Çox sevdiyim Fr

arrow Ətraflı
Ərdoğan Ramazan bayramı münasibətilə xalqı təbrik edib like
  • 20 Apr 13:45  
Digərləri Ərdoğan Ramazan bayramı münasibətilə xalqı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə x

arrow Ətraflı
İran qadınlarından molla rejiminə tərs sillə like
  • 20 Apr 13:35  
Dünya İran qadınlarından molla rejiminə tərs sillə

Son.az musavat.com-a istinadən bildirir ki, İranda qadınlar tutulmaq riskini

arrow Ətraflı
Mart ayında Trabzon Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı açıqlanıb like
  • 20 Apr 13:29  
Digərləri Mart ayında Trabzon Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı açıqlanıb

2023-cü ilin mart ayında Türkiyənin Trabzon Beynəlxalq Hava Limanına gəl�

arrow Ətraflı