Tut, kivi, mixək və... –
Digərləri 19 Apr 2023 07:23:00 236 0
Ağız yaraları ağzın içərisində yaranan toxuma xəstəliyidir. Bir çox yaranma səbəbi olan narahatedici və ağrılı ağız yaralarının sağalma müddəti bəzən çox qısa, bəzən isə uzun ola bilər. Lakin bu toxuma pozğunluqlarının meydana gəlməsinin bir neçə səbəbi var.
Bu xəbəri də oxu: Bakıda məktəbdə ağlasığmaz olay şagirdi məktəbin pəncərəsindən aşağı...
Son.az lent.az-a istinadən bunlardan bəzilərini təqdim edir:
1. Ağız boşluğunun gigiyenasına lazımi diqqət yetirilmədikdə və qayğı göstərilmədikdə ağız yaraları yarana bilər. Dişləri müntəzəm fırçalamaqla yanaşı, gün ərzində ağzı tez-tez yumaq və qarqara ağız sağlamlığını qorumağa kömək edər.
2. Həddindən artıq isti və ya soyuq yemək və içkilərin istehlak edilməsi ağız yaralarına səbəb ola bilər.
3.Yoluxucu xəstəliklərə tutulanda orqanizmin müqaviməti azaldığı üçün ağızda yaralar yarana bilər.
4. Antibiotiklərin uzun müddətli və müntəzəm istifadəsi ağız yaralarına səbəb ola bilər.
5. Çox yağlı, şəkərli, turşulu qidalar qəbul etmək, bir sözlə, qeyri-sağlam qidalanma nəticəsində ağızda yaralar yarana bilər.
6.Stress, depressiya, həddindən artıq narahatlıq da ağız yaralarına səbəb ola bilər.
Ağız yaralarının təbii yollarla müalicə üsulları:
• Karbonat
Karbonat ağız içi yaraların sağalmasına kömək etdiyi üçün yaralara çəkmək məsləhətdir.
• Alma sirkəsi
Bir stəkan suya bir çay qaşığı alma sirkəsi əlavə edib məhlul ilə ağız gündə bir iki dəfə qarqara edilir. Sirkənin diş minasına zərər verməməsi üçün qarqaradan sonra ağız adi su ilə yaxalanır.
• Şirinbiyan
Şirinbiyan ağızdakı iltihabları təmizlədiyi üçün dəmlənən çay ağızda qarqar edilə bilər.
• Kivi
Kivi antioksidant meyvədir. Ağızdakı qıcıqlanmaları qısa müddətdə sağaltmaq üçün kivi istehlak etmək məsləhətdir.
• Kəklikotu
Bir çay qaşığı kəklikotunu udmadan çeynəmək ağız yaralarının sağalmasına kömək edər.
• Tut
Qara tut siropunu və ya suyunu içmək, yaraya çəkmək faydalıdır.
Gün ərzində sağlam qidalara üstünlük verilməlidir. Ancaq sağlamlıq bax
Qəhvə dünyada ən sevimli içki növlərindən biridir. Son dövrlərdə ölk
Əməkdar artist Rühəngiz Allahverdiyeva yeni mənzil alıb.
Astroloqlar nümayəndələri sərvətə meylli olan bürclərin əlamətlərind
Türkiyəli məşhur müğənni Hadisə son zamanlar eşq həyatı ilə adından
Son.az xəbər verir ki, lent.az vaxtilə yüksək dövlət vəzifələrində �
Türkiyənin FOX TV kanalında yayımlanan "Yasak elma" serialının f
"Mən zəngin, özünü idarə edə bilən ailənin övladı olmuşam. Kas�
Xalq artisti Flora Kərimova avtomobil qəzasında itirdiyi həyat yoldaşı Fai
Almaniya Ukraynaya vəd etdiyi "Patriot" havadan müdafiə sistemləri
Səhhətində problem yaranan Xalq artisti Aftandil İsrafilovun qardaşı da x�