Bakı həmləsi Astananı Kremlin hədəfinə çevirir
Siyasət 14 Apr 2023 11:49:00 248 0
Rusiyanın Ukraynaya müdaxiləsi postsovet məkanına daxil olan ölkələrdə ehtiyatlanmağa, mümkün təcavüzdən qorunmaq üçün hərəkətə keçməyə vadar edib. Və obyektivlik naminə demək lazımdır ki, bu qorxu üçün əsas da var. Ukraynaya nasizminin yayılması bəhanəsi altında təcavüz edən Kreml indi bu bəhanəni heç dilə də gətirmir. Ukraynadan dərs çıxaran Moldova bu istiqamətdə addımlar atır, Qərblə yaxınlaşır, NATO-ya üzv olmağa çalışır. Rusiyanın əlində təhlükəli kozrlar da var. Postsovet ölkələrində Rusiyanın yaratdığı oyunca rejimlər, rus icmaları təhlükə mənbəyi olaraq qalır.
Bu xəbəri də oxu: İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29la bağlı yaradılan şəraitlə tanış olub
Qazaxıstan hədəfə alınır?
Son vaxtlar Rusiyanın strateji müttəfiqi hesab edilən Qazaxıstanı da potensial hədəflər sırasına daxil etmək olar. Rusiya ilə Qazaxıstan arasında müxtəlif səviyyələrdə qarşılıqlı ittihamların şahidiyik. Qazaxıstanda ara-sıra baş verən etiraz aksiyalarının da haradan qaynaqlandığı sirr deyil. Kreml hər vəchlə bu ölkənin müstəqil xarici siyasət yeritməsinə qarşı çıxır. Qəbr və qazax mediası Qazaxıstanın potensial böhranla üzləşə biləcəyindən yazır. Belə ki, polis etirazların əskik olmadığı Janaozen şəhərində növbəti etirazlar start götürüb.
Qazaxıstanda Donbas ssenarisi
Yeri gəlmişkən, Qərb nəşrləri Qazaxıstanın "müstəqillik" elan edən Petropavlovsk sakinləri arasında separatçı əhval-ruhiyyənin artmasından və onların arxasında kimin dayandığı sualına cavab axtarır. İngilisdilli "Eurasianet" saytı qazax cəmiyyətinin Petropavlovskda bir qrup sakinin keçən ay "fəhlələr xalq şurası" yaradıldığını elan etdiyi və "müstəqillik" elan etdiyi işə reaksiyasından yazır. Hətta qondarma şuranın iclası olub, lakin bir həftə sonra sosial şəbəkələrdə iclasın videosu yayılandan sonra onlar bu barədə danışmağa başlayıblar.
Rusiyanın Ukraynaya təcavüzündən sonra Qazaxıstanda istənilən separatizm eyhamı yatırılır. Məsələn, keçən il Qazaxıstanın şimalının Rusiyaya "ilhaq edilməsini" müdafiə edən Petropavlovskdan olan cütlük həbs cəzası alıb. "Baza" kanalı bəyan edib ki, Rusiyada Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olan Petropavlovskdakı "xalq şuraları"na bənzər qruplar var.
Astana Kremlə zidd gedir - Bakı ilə anlaşır
Rusiya mediası isə ötən həftə Qazaxıstan və Azərbaycan arasında iki ölkənin neft tədarük edəcək müştərək şirkət yaratmaq niyyətinə qısqanc münasibət ortaya qoyub. "Novıe izvestiya" nəşri yazır ki, Rusiyanın maraqlarına zidd olan belə bir bəyanatla Qazaxıstanın baş nazirinin müavini, ticarət naziri Serik Jumanqarin çıxış edib. İki ölkənin şirkətləri Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bir milyon yarım ton neftin tədarükü haqqında müqavilə imzalayıblar. Azərbaycan Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə daha 5 milyon ton Qazaxıstan neftinin nəqlini təklif edib. Amma bu məsələ ilə bağlı qərar hələ qəbul edilməyib: hər şey bahalı logistikadan asılıdır. Rusiya hər vəchlə onun əarzisindən keçən marşrutun Qazaxıstan neftinin əsas ixrac marşrutu olaraq qalmasına çalışır. 2022-ci ildə Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə 60 milyon tondan çox neft tədarük edilib. Bununla belə Qazaxıstan neft ixracının şaxələndirilməsi üzərində ciddi işləyir.
Qazaxlar rus asılılığından qurtulmağa çalışır
Bütün bunlarla yanaşı, qazaxlar Rusiya asılılığından qurtulmağa çalışır. Bu asılılıq həm siyasi, həm də iqtisadi sahədədir. Ölkə ərazisinə daxil olan yüklərin 70 faizi Rusiyadan, 20 faizi isə Çindən daxil olur. Rusiyaya tətbiq olunan sanksiyalardan ən çox ziyan çəkən də Qazaxıstan və Mərkəzi Asiya ölkələridir. Nəticədə Qazaxıstanda inflyasiya artıb. "Penta" Tətbiqi Tədqiqatlar Mərkəzinin icraçı direktoru Aleksey Leonov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yalnız formal olaraq mövcud olduğunu, Ermənistan və Qazaxıstanın ondan çıxmağı planlaşdırdığını bildirib. "İndi kifayət qədər geniş yayılan məlumatlar var ki, həm Ermənistan, həm də Qazaxıstan KTMT-dən çıxmağı planlaşdırır. Və beləliklə, bu təşkilat indi yalnız formal olaraq mövcuddur və hətta qanuni olaraq mövcudluğunu dayandıra bilər. Belə bir zəhərli liderə yaxın olmaqda maraq olmadığı açıq-aydın olduğu üçün, belə demək mümkünsə, Rusiya kimi, əvvəllər götürdükləri öhdəlikləri belə yerinə yetirə bilməyən az adam istəyir", - deyə o bildirib.
Azər Nuriyev Son.az
Xəbər verdiyimiz kimi, Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikas�
ABŞ-ın məxfi sənədlərinin geniş miqyasda sızmasından yalnız Rusiya qaz
Prezident İlham Əliyev M.Q.Məmmədovun Azərbaycan Respublikasının kənd t�
"Atamın ölümündən 40 gün keçib. Ailəmin bu günlər ərzində nəl�
Azərbaycan dünya arenasında öz mövqelərini möhkəmləndirməyə davam edi
Azərbaycanın qeyri-hökumət təşkilatları 2 əsgərimizin saxlanması və o
Türkiyənin Samsun vilayətinin Vezirköprü rayonunda 23 Aprel Milli Suverenli
"Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış
ABŞ məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda
Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında sax
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
"Qızım Ülkər üçün çox darıxıram. Son illər bu darıxmaq daha da
Beynəlxalq Qızıl Xac Komitəsi (BQXK) iki Azərbaycanlının məsələsi bar�
İranın Azərbaycana qarşı son vaxtlar təhdidedici ritorikasının səbəbl�
Xalq artisti Aygün Kazımova bu dəfə makiyajsız fotolarını izləyiciləri