Azərbaycan Avropada daha bir strateji tərəfdaş qazandı


Siyasət 14 Apr 2023 11:22:00 549 0

Azərbaycan Avropada daha bir strateji tərəfdaş qazandı

Azərbaycan dünya arenasında öz mövqelərini möhkəmləndirməyə davam edir. Prezident İlham Əliyevin Bosniya və Herseqovina səfəri son illər ərzində Azərbaycanın Avropa üçün əhəmiyyətinin necə artdığının daha bir nümunəsidir.

Son.az Trend-ə istinadən bildirir ki, Prezident İlham Əliyevin səfərindən öncə iki ölkənin işgüzar çevrələrinin görüşü çərçivəsində Azərbaycan və Bosniya və Herseqovina investisiya, nəqliyyat-logistika, ticarət, sənaye, kənd təsərrüfatı, turizm, əczaçılıq və digər sahələrdə əlaqələrin genişləndirilməsi barədə razılığa gəliblər. Həmçinin Azərbaycan Ticarət Sənaye Palatası ilə Bosniya və Herseqovinanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu imzalanıb ki, bu da hər iki tərəf üçün əməkdaşlığın necə mühüm olduğunun daha bir sübutudur.

İxrac istiqamətini genişləndirməyə çalışan Azərbaycan Bosniya və Herseqovina bazarının azərbaycanlı sahibkarlar üçün cəlbedici və imkanlarla dolu olduğunu düşünür. İki ölkə arasında ticari münasibətlər o qədər güclü inkişaf etməyib. Son il ərzində ümumi əmtəə dövriyyəsi 5 milyon dollardan bir az artıq olub. Lakin bu səfər zamanı atılan addımlar bu münasibətləri yeni səviyyəyə çıxaracaq.

Dünən Prezident İlham Əliyevin səfəri çərçivəsində atılan daha bir vacib addım strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması oldu.

Dünən Prezident İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçlə mətbuata birgə bəyanatlarla çıxışında dediyi kimi, bu bəyannamə Azərbaycan-Bosniya və Herseqovina münasibətlərinin gələcək inkişafının istiqamətini əks etdirir.

Strateji tərəfdaşlıq haqqında sənəd tərəflər arasında daha effektiv və geniş əməkdaşlıq, daha müntəzəm əlaqələr, effektiv iqtisadi münasibətlər, təhlükəsizlik sahəsində əməkdaşlıq və bir çox digər sahələrdə müxtəlif vəzifələri nəzərdə tutur.

"Strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir. Bu, hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq. Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək", - deyə dövlət başçısı vurğulayıb.

Bundan başqa, hər iki tərəfin razılığa gəldiyi daha bir məsələ - Azərbaycanda Bosniya və Herseqovina səfirliyinin açılması ikitərəfli münasibətlərə böyük təkan verəcək.

Prezident İlham Əliyev həmçinin Bosniya və Herseqovina ilə "yaşıl" enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu və bununla əlaqədar olaraq hidroenergetika və digər bərpa olunan enerji mənbələri sahəsində birgə tədqiqatların aparılacağını vurğulayıb.

"Azərbaycan xarici ölkələrə milyardlarla dollar həcmində sərmayə qoyubdur və əlbəttə ki, Bosniya və Herseqovina ilə bu sahədə əməkdaşlıq bizim üçün çox maraqlıdır", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bundan başqa, tərəflər həmçinin nəqliyyat sahəsində əməkdaşlıq məsələsinə toxunaraq bütün istiqamətlərin diqqətlə öyrənilməli olduğunu qeyd ediblər. Azərbaycan öz nəqliyyat-logistika infrastrukturunu inkişaf etdirməklə Orta Dəhlizin əsas həlqələrindən birinə çevriləcək. Bununla belə, ölkə digər ölkələrin mühüm infrastrukturuna investisiyaları əhəmiyyətli dərəcədə artırmağa davam edir. Bosniya və Herseqovina Balkanlarda əsas iştirakçılardan biri olmaqla Azərbaycanla birgə layihələr hesabına öz potensialının artırılmasında və iki mühüm region olan Cənubi Qafqazın və Balkanların orada yaşayan bütün xalqların rifahı üçün vəhdətində böyük perspektivlərə malikdir.

Prezident İlham Əliyevin Sarayevo səfəri Azərbaycan-Bosniya və Herseqovina tərəfdaşlığının hərtərəfli və mütərəqqi inkişafının parlaq nümunəsidir. Bəlkə də çox az dövlət bu qədər Avropa ölkəsi ilə belə münasibətlərlə öyünə bilər. Bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan öz avropalı tərəfdaşları ilə bərabər şərtlərdədir, ölkənin fikirləri nəzərə alınır. Azərbaycan Qafqazda əsas iştirakçı olaraq daha geniş regionda getdikcə daha mühüm tərəfdaşa çevrilməkdədir.

Son.az 

Ermənistanda 2 əsgərimizə qarşı qeyriinsani rəftarla bağlı like
  • 14 Apr 11:20  
Digərləri Ermənistanda 2 əsgərimizə qarşı qeyriinsani rəftarla bağlı

Azərbaycanın qeyri-hökumət təşkilatları 2 əsgərimizin saxlanması və o

arrow Ətraflı
Türkiyədə tamaşa məşqi zamanı xoşagəlməz hadisə like
  • 14 Apr 11:16  
Digərləri Türkiyədə tamaşa məşqi zamanı xoşagəlməz hadisə

Türkiyənin Samsun vilayətinin Vezirköprü rayonunda 23 Aprel Milli Suverenli

arrow Ətraflı
Ermənistanda Azərbaycan əsgərinə qarşı zorakılığın videosunu izləmək dəhşətlidir like
  • 14 Apr 11:11  
Siyasət Ermənistanda Azərbaycan əsgərinə qarşı zorakılığın videosunu izləmək dəhşətlidir

"Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış

arrow Ətraflı
ABŞ Azərbaycan əsgərinə qarşı törədilmiş zorakılığa görə çox narahatdır like
  • 14 Apr 11:09  
Siyasət ABŞ Azərbaycan əsgərinə qarşı törədilmiş zorakılığa görə çox narahatdır

ABŞ məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda

arrow Ətraflı
İşğal dövründə ermənilər Azərbaycan ərazisində 200ə yaxın ziyarətgahı dağıdıb like
  • 14 Apr 11:07  
Siyasət İşğal dövründə ermənilər Azərbaycan ərazisində 200ə yaxın ziyarətgahı dağıdıb

Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında sax

arrow Ətraflı
Yasamalda küçədə əl qumbarası tapılıb like
  • 14 Apr 11:05  
Kriminal Yasamalda küçədə əl qumbarası tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
“Zeynəb Xanlarova zəng edib məni həkimlərə tapşırmışdı...” like
  • 14 Apr 10:54  
Şou-biznes “Zeynəb Xanlarova zəng edib məni həkimlərə tapşırmışdı...”

"Qızım Ülkər üçün çox darıxıram. Son illər bu darıxmaq daha da

arrow Ətraflı
BQXKdən Ermənistanda işgəncə görən hərbçimizlə bağlı like
  • 14 Apr 10:47  
Siyasət BQXKdən Ermənistanda işgəncə görən hərbçimizlə bağlı

Beynəlxalq Qızıl Xac Komitəsi (BQXK) iki Azərbaycanlının məsələsi bar�

arrow Ətraflı
Tehran Bakıya qarşı iddialarını açıqladı like
  • 14 Apr 10:43  
Digərləri Tehran Bakıya qarşı iddialarını açıqladı

İranın Azərbaycana qarşı son vaxtlar təhdidedici ritorikasının səbəbl�

arrow Ətraflı
Aygün Kazımovanın makiyajsız halı like
  • 14 Apr 10:37  
Şou-biznes Aygün Kazımovanın makiyajsız halı

Xalq artisti Aygün Kazımova bu dəfə makiyajsız fotolarını izləyiciləri

arrow Ətraflı
Tanınmış hakimin oğlu like
  • 14 Apr 10:28  
Digərləri Tanınmış hakimin oğlu

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevə ağır itki �

arrow Ətraflı
Qısa ətəklərin yaradıcısı Meri Kuant vəfat etdi like
  • 14 Apr 09:59  
Şou-biznes Qısa ətəklərin yaradıcısı Meri Kuant vəfat etdi

Qısa ətəklərin yaradıcısı hesab olunan britaniyalı dizayner Meri Kuant c

arrow Ətraflı
Özünə qapanmış gənclərə 490 dollar ödəniləcək like
  • 14 Apr 09:27  
Dünya Özünə qapanmış gənclərə 490 dollar ödəniləcək

Cənubi Koreya hökuməti tənha həyat sürən və evlərini tərk etməyən g�

arrow Ətraflı
Ucuz bilet alıb təyyarəyə minən sərnişin gözlərinə inanmadı like
  • 14 Apr 09:18  
Dünya Ucuz bilet alıb təyyarəyə minən sərnişin gözlərinə inanmadı

İrlandiyadan Portuqaliyaya yollanan sərnişin ucuz bilet aldığı təyyarəni

arrow Ətraflı
Oğurluq edən şəxsin evindən silah aşkarlanıb like
  • 14 Apr 08:27  
Kriminal Oğurluq edən şəxsin evindən silah aşkarlanıb

Siyəzən RPŞ-yə rayon sakininə məxsus mağazadan oğurluq edilməsi barəd�

arrow Ətraflı