Ramiz Novruzun qızı: “Məndə şizofreniyanın başlanğıc mərhələsi ola bilərdi“
Şou-biznes 14 Apr 2023 11:27:00 273 0
"Atamın ölümündən 40 gün keçib. Ailəmin bu günlər ərzində nələrdən keçdiyini bir Allah bilir. Bir üzümüz gülür, bir üzümüz ağlayır. Dostlarıma söz vermişəm, ağlamayacağam, dik duracağam. Çünki atam ölümündən bir gün əvvəl Prezident təqaüdü kartından 2500 manat çəkib verib ki, get işlərini həll et. Atam hər zaman istəyib ki, işlərim yüksəklərdə olsun".
Bu xəbəri də oxu: Ülviyyədən ailəsi ilə bağlı suala reaksiya "Bu sualı yazanı tapsam..."
Son.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Ramiz Novruzun vizajist qızı Şəfəq Novruzova sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib. Mərhum sənətkarın qızı bildirib ki, saçlarımın kəsilməsi haqda dediklərim izləyicilər tərəfindən tənqidlə qarşılanıb. O, bu addımını psixoloji vəziyyətinin pis olması ilə əlaqələndirib: "Dünən saçımı kəsdirdiyim videonu paylaşdım. Mənə yazıblar ki, özünü öldürürsənsə öldür. Mənim psixologi durumum hələki yerindədir. Özünə qəsd edən insanın psixoloji durumu yerində olmur. Məndə şizofreniyanın başlanğıc mərhələsi ola bilərdi. Çünki saçı bu cür dibindən küt qayçı ilə necə gəldi kəsən şəxsdə bu xəstəliyin ilk mərhələsi ola bilər.
Amma psixoloji durumum o qədər də pis deyil ki, mənim kiçik yaşlı övladım ola-ola özümə qəsd edim. Yazdım ki, özümə qəsd etmək istəyərdim. Amma buna gücüm yoxdur. Elə güclü adam deyiləm. Atam qədər güclü deyiləm. O xəstə oldu, amma bir dəfə də olsun narazılığını bildirmədi".
Şəfəq vurğulayıb ki, onun atasının son halını ailəsindən başqa heç kim görməyib:
"Biz sevgimizi atamıza hər zaman göstərmişik. Biz başqa övladlar kimi, öz atamızı verilişlərə çıxarıb ağlamadıq ki, atamızın əməliyyatı üçün kömək edin. Çox sağ olsun, ölkəmizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva. Onlar və Heydər Əliyev Fondu atamın müalicəsi üçün bizə yardım etdilər.
Bu bir il ərzində atamın müalicəsinə bir qəpik də olsa pul xərcləmədik. Amma səsimiz çatana qədər, artıq malımızı, mülkümüzü satmağa hazır idik ki, o, ayağa qalxsın. Onun o arıq və pis vəziyyətdə efirlərə çıxmasını istəmirdik. Siz elə bilirsiniz ki, atam "top" kimi rəhmətə getdi? Xeyr! Atamın vəziyyəti elə deyildi. Atamın səsi də nazikləşmişdi.
O, rəhmətə gedənə qədər xarizmasını qorudu. Ailəmizdən başqa heç kim atamın son vəziyyətini görmədi. Bununla mən fəxr edirəm. Atam da qürürlu idi, biz də qürürluyuq. Atamın dəfnini də dövlət üzərinə götürdü. 3-7 mərasimini də Heydər Əliyev məscidində dövlət etdi. Biz də 40 mərasimini və baş daşını atama layiq hazırladıq. Bu reklam deyil, bu atama qarşı hörmətdən irəli gəlir".
Ş.Novruzun sözlərinə görə, anası onun bu vəziyyətindən çox narahatdır:
Azərbaycan dünya arenasında öz mövqelərini möhkəmləndirməyə davam edi
Azərbaycanın qeyri-hökumət təşkilatları 2 əsgərimizin saxlanması və o
Türkiyənin Samsun vilayətinin Vezirköprü rayonunda 23 Aprel Milli Suverenli
"Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış
ABŞ məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda
Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında sax
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
"Qızım Ülkər üçün çox darıxıram. Son illər bu darıxmaq daha da
Beynəlxalq Qızıl Xac Komitəsi (BQXK) iki Azərbaycanlının məsələsi bar�
İranın Azərbaycana qarşı son vaxtlar təhdidedici ritorikasının səbəbl�
Xalq artisti Aygün Kazımova bu dəfə makiyajsız fotolarını izləyiciləri
Qısa ətəklərin yaradıcısı hesab olunan britaniyalı dizayner Meri Kuant c
Cənubi Koreya hökuməti tənha həyat sürən və evlərini tərk etməyən g�
İrlandiyadan Portuqaliyaya yollanan sərnişin ucuz bilet aldığı təyyarəni