Narkozsuz dünyanın ən sürətli CƏRRAHI: bir əməliyyatda 3 nəfəri necə öldürdü?


Digərləri 08 Apr 2023 22:17:00 224 0

Narkozsuz dünyanın ən sürətli CƏRRAHI: bir əməliyyatda 3 nəfəri necə öldürdü?

Keçmişdə, narkozun (anesteziya) mümkün olmadığı vaxtlarda, əməliyyatlar həm həkimlər, həm də xəstələr üçün indikindən daha çətin idi. Daha ağrısız əməliyyat üçün həkimlər çox cəld olmalı idilər. Bununla məşhur olan Dr. Robert Liston tarixin ən sürətli həkimi olsa da, böyük səhvlərdən qaça bilməyib.

Son.az lent.az-a istinadən bildirir ki, bu gün cərrahiyyə anesteziyasız ağlasığmazdır, amma bir vaxtlar belə deyildi. Cərrahlar xəstənin ağrısını minimuma endirmək və həyatını xilas etmək üçün yaradıcı olmalı idilər.

Bu dövrlərdə bir çox əməliyyatlar sürətlə həyata keçirilirdi, çünki əməliyyat nə qədər qısa olsa, xəstənin qanaxma və ağrı hiss etmə ehtimalı bir o qədər az idi. Ancaq bəzən sürətli olmaq düzgün əməliyyata mane ola bilər. Sürətinə görə ən məşhur cərrahlardan biri Dr. Robert Liston idi.

Robert Liston 1794-cü ildə Şotlandiyada anadan olub. Edinburq Universitetində tibb təhsili alıb, anatomiya ilə maraqlanaraq və tezliklə bacarıqlı cərrah kimi şöhrət qazanıb.

"West End-də ən sürətli bıçaq" kimi tanınan Robert Liston sürətli amputasiyalarda xüsusilə bacarıqlı idi. O dövrdə cərrahların əksəriyyəti sürət və bacarıqlarına görə dörd xəstədən birini itirdiyi halda, Liston yalnız on nəfərdən birini itirdi. Amma müəyyən məqamda işlər qarışdı.

Linston əməliyyat zamanı xəstənin ayağını amputasiya etməyə və cəld olmağa çalışırdı. Diqqətini o qədər cəmləyib ki, köməkçisinin barmaqlarını ayağı ilə birlikdə kəsib. O, bıçağı yenidən hərəkət etdirəndə, əməliyyatı izləyən bir nəfər bıçağın ona tərəf gələcəyindən qorxub və gördüklərindən sonra ölüb.

Xəstə və Listonun köməkçisi yaraları yoluxduqdan sonra dünyasını dəyişiblər. Üç ölüm Listonun əməliyyatını 300 faiz ölüm nisbəti ilə qeydə alınan yeganə əməliyyat etdi.

Həkim başqa bir əməliyyatda sürətinin qurbanı oldu. Əməliyyatı 2,5 dəqiqəyə başa vuraraq şəxsi rekordunu qıran həkim həyacandan xəstənin cinsi orqanını da kəsib.

O, da bir dəfə azyaşlı uşağın boynundakı şişin ət olduğunu zənn edib və onu çıxartmağa çalışıb. Lakin sonradan məlum olub ki, uşağın yuxu damarında anevrizma var və səhv müdaxilə nəticəsində oğlan dünyasını dəyişib.

Onun uğursuzluğuna baxmayaraq, Robert Liston görkəmli cərrah olaraq qalıb. Ölümündən sonra həmyaşıdları onun şərəfinə mərmərdən heykəl ucaldıb, onun adına təssi edilən mükafatları uğurlu tələbələrə veriblər.

Yoluxanların sayı açıqlandı like
  • 08 Apr 21:52  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanl

arrow Ətraflı
Stüardessadan XƏBƏRDARLIQ: "Uçuş zamanı içki sifariş etməyin!" like
  • 08 Apr 21:25  
Digərləri Stüardessadan XƏBƏRDARLIQ: "Uçuş zamanı içki sifariş etməyin!"

Aviaşirkət işçiləri özləri sərnişin kimi harasa getsələr nadir hallar

arrow Ətraflı
Çinin 71 təyyarəsi Tayvan adalarına yaxınlaşıb like
  • 08 Apr 21:20  
Dünya Çinin 71 təyyarəsi Tayvan adalarına yaxınlaşıb

Çin ordusunun 71 təyyarəsi Tayvan adalarına yaxınlaşıb.

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxs like
  • 08 Apr 21:04  
Kriminal Azərbaycanda vəzifəli şəxs

Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ə

arrow Ətraflı
Ermənilərin minaları məcburi köçkünlərə əngəldir  Ekspress like
  • 08 Apr 20:53  
Siyasət Ermənilərin minaları məcburi köçkünlərə əngəldir Ekspress

Sakinlərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmasına ən böyük mane�

arrow Ətraflı
Bayramov Abdullahianla danışdı like
  • 08 Apr 20:42  
Siyasət Bayramov Abdullahianla danışdı

7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici i�

arrow Ətraflı
Qədr gecələri başlayır  Tarixləri like
  • 08 Apr 20:32  
Digərləri Qədr gecələri başlayır Tarixləri

Aprelin 9-da ilk Qədr (Əhya) gecəsi olacaq.

arrow Ətraflı
28 yaşlı azərbaycanlı qadın müğənni like
  • 08 Apr 20:22  
Şou-biznes 28 yaşlı azərbaycanlı qadın müğənni

Gənc müğənni Jalə Əliqi vəfat edib.

arrow Ətraflı