Azərbaycanda vəzifəli şəxs
Kriminal 08 Apr 2023 21:04:00 302 0
Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri davam Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Bu xəbəri də oxu: Həbsdə olan Əlizamin Salayev
Baş Prokurorluğun Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, istintaq zamanı Əli Həsənovun Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazələrin, müxtəlif məzmunlu arayışların verilməsi və ümumi himayədarlıq müqabilində çoxsaylı vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Əli Həsənova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam etdirilir.
Sakinlərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmasına ən böyük mane�
7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici i�
İnsan maksimum 160 il yaşaya bilər.
Dünya ictimaiyyəti illərdir Qarabağla bağlı yalan məlumatlar verir.
Bakıda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.