Bayramov Abdullahianla danışdı
Siyasət 08 Apr 2023 20:42:00 267 0
7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Bu xəbəri də oxu: Mərkəzi Asiya: Qlobal rəqabətin yeni məkanı?
Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər.
Telefon danışığı zamanı, iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb.
Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.
İnsan maksimum 160 il yaşaya bilər.
Dünya ictimaiyyəti illərdir Qarabağla bağlı yalan məlumatlar verir.
Bakıda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Suriyanın şimalındakı "Sülh çeşməsi" əməliyyat bölgəsində
Məşhur şərq təbibi İbn Sina ispanağın müalicəvi xüsusiyyətləri haqq
Xəbər verdiyimiz kimi, ötən gün İran səfirliyinin 4 əməkdaşı rəsmi B
1980-ci illərdə məşhur olan saç düzümü yenidən dəbdədir.