İrəvanda doğuldu, Uşaq evində böyüdü, Bakıda adına küçə verdilər


Digərləri 08 Apr 2023 22:07:00 255 0

İrəvanda doğuldu, Uşaq evində böyüdü, Bakıda adına küçə verdilər

Hər gün keçdiyiniz küçələrin niyə bu adları daşıdığını bilirsiniz? 

Doğma küçələrimizin yad adları çox vaxt diqqətimiz çəkir. Niyə qoyulub bu adlar?

İnsanın ağlına ilk gələn budur ki, əgər bir küçəyə hansısa ad verilibsə, deməli, bunun bir səbəbi var. 

Bəs biz, hər gün keçdiyimiz küçələrin tarixini niyə bilmirik? 

Son.az lent.az-a istinadən "Bizim küçələr" adlı rubrikanın növbəti yazısını - "Cəfər Xəndan küçəsinin" tarixi ilə bağlı məqaləni təqdim edir. Haqqında danışacağımız küçə Bakının Binəqədi rayonunda yerləşir. 

Bəs, Cəfər Xəndan kimdir? Hansı xidmətinə görə küçəyə onun adı verilib?

Arayış:

Cəfər Zeynal oğlu Xəndan - Azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas

Cəfər Xəndan 1910-cu il mayın 8-də İrəvan şəhərində müəllim ailəsində doğulub. Cəfər Xəndan 1918-ci ildə ailəsi ilə birgə Gəncə şəhərinə köçür. Köçdükdən bir müddət sonra valideynlərinin hər ikisi həyatdan köçür. Kimsəsiz qalan Cəfər kiçik qardaş və bacısı ilə Gəncə uşaq evində yaşamağa başlayır. Cəfər, bacısı və qardaşı 1925-ci ilədək uşaq evində qalır.

Orta məktəbi bitirən Cəfər Gəncə Pedaqoji Texnikumuna daxil olur. Texnikumu bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olur. Eyni zamanda, institutun fəhlə fakültəsində müəllimlik edir. Daha sonra, institutun dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra aspiranturaya daxil olur. Bununla yanaşı, institutun ədəbiyyat kafedrasının assistenti, sonra dosenti kimi fəaliyyət göstərir.

Təhsil həyatını bitirdikdən sonra Cəfər M.F.Axundov adına Müəllimlər İnstitutunun dil və ədəbiyyat fakültəsinin dekanı, daha sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, həm də Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi, "Allahsız" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul katibi, "Gənc işçi" redaksiyasında ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləyir.

1941-ci ildə İkinci dünya müharibəsində səfərbərliyə alınır. Sovet ordusu tərkibində siyasi rəhbər və jurnalist kimi alman işğalçılarına qarşı vuruşur. O, Cənub-Qərb, Şimali Qafqaz, Zaqafqaziya cəbhələrində siyasi şöbənin baş təlimatçısı, cəbhə qəzetlərində ("Vo slavu Rodinı", "Vpered k pobede", "Boets RKKA", "Vətən yolunda") məsul redaktorun müavini kimi çalışır. 

Ordu sıralarından tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında dosent, eyni zamanda "Kommunist" qəzetində Mədəniyyət və məişət şöbəsinin müdiri işləməyə başlayır. Universitetin Filologiya fakültəsinin dekanı (1947-1950), sonra isə dörd il Azərbaycan Dövlət Universitetinin rektoru (1950-1954) kimi çalışır. 1954-1961-ci illərdə isə universitetin Sovet ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışır. 

"Qırmızı ulduz" (1942), "Qırmızı Əmək Bayrağı" (1946) ordenləri, "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları, fəxri fərman və hədiyyələrlə mükafatlandırılır. Hələ cavan - 51 yaşında 1961-ci il avqustun 10-da Bakıda vəfat edir. 

Etdiyi xidmətlərə görə hazırda Bakı küçələrindən biri onun adını daşıyır. Elə bu küçə haqqında danışdığımız Bakının Binəqədi rayonunda yerləşən Cəfər Xəndan küçəsidir.

Bu da belə... Bakıda yaşayırsınızsa, keçdiyiniz küçələrin tarixindən xəbərdar olun.

Yoluxanların sayı açıqlandı like
  • 08 Apr 21:52  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanl

arrow Ətraflı
Stüardessadan XƏBƏRDARLIQ: "Uçuş zamanı içki sifariş etməyin!" like
  • 08 Apr 21:25  
Digərləri Stüardessadan XƏBƏRDARLIQ: "Uçuş zamanı içki sifariş etməyin!"

Aviaşirkət işçiləri özləri sərnişin kimi harasa getsələr nadir hallar

arrow Ətraflı
Çinin 71 təyyarəsi Tayvan adalarına yaxınlaşıb like
  • 08 Apr 21:20  
Dünya Çinin 71 təyyarəsi Tayvan adalarına yaxınlaşıb

Çin ordusunun 71 təyyarəsi Tayvan adalarına yaxınlaşıb.

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxs like
  • 08 Apr 21:04  
Kriminal Azərbaycanda vəzifəli şəxs

Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ə

arrow Ətraflı
Ermənilərin minaları məcburi köçkünlərə əngəldir  Ekspress like
  • 08 Apr 20:53  
Siyasət Ermənilərin minaları məcburi köçkünlərə əngəldir Ekspress

Sakinlərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmasına ən böyük mane�

arrow Ətraflı
Bayramov Abdullahianla danışdı like
  • 08 Apr 20:42  
Siyasət Bayramov Abdullahianla danışdı

7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici i�

arrow Ətraflı
Qədr gecələri başlayır  Tarixləri like
  • 08 Apr 20:32  
Digərləri Qədr gecələri başlayır Tarixləri

Aprelin 9-da ilk Qədr (Əhya) gecəsi olacaq.

arrow Ətraflı
28 yaşlı azərbaycanlı qadın müğənni like
  • 08 Apr 20:22  
Şou-biznes 28 yaşlı azərbaycanlı qadın müğənni

Gənc müğənni Jalə Əliqi vəfat edib.

arrow Ətraflı
"Dünya ictimaiyyəti illərdir Qarabağla bağlı yalan məlumatlar verir" like
  • 08 Apr 20:17  
Digərləri "Dünya ictimaiyyəti illərdir Qarabağla bağlı yalan məlumatlar verir"

Dünya ictimaiyyəti illərdir Qarabağla bağlı yalan məlumatlar verir.

arrow Ətraflı