DYPdən COP29la bağlı müraciət: "...ehtiyac duyulmadı"
Digərləri 04 Noy 2024 10:49:00 137 0
Mötəbər tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz yenidən dünyanın diqqət mərkəzindədir. Artıq noyabrın birinci ongünlüyündən başlayaraq paytaxtımız iqlim konfransı iştirakçılarını qəbul etməyə başlayacaq.
Bu xəbəri də oxu: Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı VİDEO
Son.az xəbər verir ki, bu COP29 konfransı tarixlərində nəqliyyat sıxlığının azaldılması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində deyilib.
"Məlumat verildiyi kimi beynəlxalq miqyaslı tədbirlə əlaqədar çoxsaylı qonaqların, rəsmi şəxslərin, eləcə də əhanin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə, müvafiq konsepsiya hazırlanıb. Sistemli yanaşmaya əsaslanan sözügedən konsepsiyada COP29 müddətində paytaxtın bəzi küçə və prospektlərində fasilələrlə məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulsa da, yolların uzunmüddətli bağlanmasına ehtiyac duyulmayıb.
Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədilə, COP29 konfransı tarixlərində Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələrini, paytaxt sakinlərindən isə fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələrini, xüsusilə bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını nəzərə alaraq, həmin istiqamətlərdə əvvəlcədən göstəriləcək alternativ yollarla hərəkət etməyi xahiş edir.
Ümidvarıq ki, hər bir yol hərəkəti iştirakçısı verilən tövsiyələrə əməl etməklə ölkəmizin COP29-a uğurla ev sahibliyi etməsinə töhfə verəcək, tətbiq ediləcək məhdudiyyətlərə anlayışla yanaşacaq, təşkilatçılara dəstək nümayiş etdirəcəkdir",- müraciətdə bildirilib.
Tanınmış telejurnalist, AzTV-nin keçmiş sədr müavini Rüfət Həmzəyev y
İndoneziyanın Flores adasında vulkan püskürməsi nəticəsində azı altı
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre
Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırı�
Ölkə ərazisinə yağan intensiv yağıntılarla əlaqədar respublikanın ək
Bakıda 2020-ci ildən bağlanan Azadlıq meydanı açılıb.
Boğazında onkoloji şiş aşkarlanan influenser Mehin Oktaylı əməliyyat olu
11-22 noyabrda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının
Ağsuda kişi yeznəsinə qayçı ilə xəsarət yetirib.
Abşeron rayonu, Hökməli qəsəbəsində piyadanın ölməsi ilə nəticələn
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�
Bu gün Bakının Yasamal rayonunun bəzi küçələrinin qaz təchizatında fas
Rusiya və Ukrayna arasında hazırda davam edən müharibədə daha bir azərba