Prezident İlham Əliyev öz ölkəsində ənənələri və müasir nailiyyətləri birləşdirir


Siyasət 03 Apr 2023 22:30:00 160 0

Prezident İlham Əliyev öz ölkəsində ənənələri və müasir nailiyyətləri birləşdirir

"Azərbaycan Prezidenti İlham Əliyev öz ölkəsində ənənələri və müasir nailiyyətləri birləşdirir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bazar ertəsi "Vesti"yə Knessetin deputatı, İsrailin keçmiş maliyyə və müdafiə naziri Aviqdor Liberman deyib.

"Azərbaycan bir dövlətdə öz adət-ənənələrinə riayət edə və başqa xalqların adətlərinə hörmət edə bilmənin gözəl nümunəsidir. Prezident İlham Əliyev öz ölkəsində ənənələri və müasir nailiyyətləri birləşdirir," - deyə A.Liberman bildirib.

O, İsraillə Azərbaycan arasında əlaqələrin böyük tarixə malik olduğunu, bu gün başlamadığını vurğulayıb.

"Və heç 32 il əvvəl diplomatik münasibətlərin qurulması ilə də başlamayıb. Demək olar ki, azərbaycanlılarla yəhudilər arasında münasibətlər uzun əsrlər boyu davam edir. Yəhudilərin özlərini buradakı kimi rahat hiss etdikləri keçmiş SSRİ-nin başqa bir respublikasının adını çəkmək çətindir. Yəhudilərə tolerantlıq və hörmət azərbaycanlıların qanında var", - deyə Knessetin deputatı bildirib.

Onun sözlərinə görə, o bir neçə dəfə Azərbaycanda olub və yalnız Bakı şəhərində yox, digər yerlərində də olub.

"Azərbaycanda israillilərə münasibət çox isti, çox yaxşıdır. Burada təhlükəsizliyiniz üçün qorxmadan ivrit dilində rahat danışa bilərsiniz. Küçələrdə insanlar haralı olduğunuzu soruşduqda və "İsraildən" eşitdikdə - səmimi gülümsəyir", -deyə o bildirib.

A.Liberman qeyd edib ki, Azərbaycan ilə İsrail arasında münasibətlər həmişə intensiv şəkildə, xüsusən mədəniyyət, turizm və iqtisadiyyat sahəsində inkişaf edib, lakin məhz geosiyasi nüanslara görə formal rəsmiləşdirmə ehtiyatla aparılıb.

A.Liberman İsraillə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsi fonunda İranın destruktiv addımlarını da şərh edib.

"Azərbaycanın nailiyyətləri açıq şəkildə İranı narahat edir. İranda bu ölkəyə sadəcə paxıllıq edirlər! Azərbaycanlılara qarşı informasiya müharibəsi aparırlar, silahla hədələmə səsləri gəlir. Martın 29-da millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd olub, o, güllə yarası alıb. Yeri gəlmişkən, bu deputat İsrailə isti münasibəti ilə tanınır", - deyə o bildirib.

Aviqdor Libermanın fikrincə, İsraillə Azərbaycan arasında münasibətlər daha da güclənəcək.

"İndi bu ölkədə 114 İsrail firması fəaliyyət göstərir və yerli sakinlər üçün yüzlərlə iş yeri təmin edir. Bakı nefti İsrailə verilən yanacağın 30%-ni təşkil edir. İsrail prezidenti İshaq Hersoqun may ayında Bakıya səfəri gözlənilir, texnologiyaların tədarükü ilə bağlı danışıqlar aparılır", - deyə o bildirib.

A.Liberman turizm sahəsində əməkdaşlıqda əldə olunan nailiyyətlərdən də danışıb.

"Əgər əvvəllər həftədə bir uçuş həyata keçirilirdisə, indi Ben-Quriondan təyyarələr hər gün ora uçur. Azərbaycanda dəfələrlə olmuş bir insan kimi şahidlik edə bilərəm ki, orada gözəl yerlər çoxdur", - deyə Knessetin deputatı bildirib.

O vurğulayıb ki, İsraildə Azərbaycandan olan böyük icma var, onların bir çoxu mükəmməl inteqrasiya edib və böyük uğurlar qazanıb.

"Azərbaycan azad, açıq həyat yaşayan müsəlman ölkəsi nümunəsidir", - deyə A.Liberman əlavə edib.

Məşhur aktyor kəndə köçdü like
  • 03 Apr 22:26  
Şou-biznes Məşhur aktyor kəndə köçdü

Hollivud aktyoru Conni Dep İngiltərədə bir kəndə köçdüyünü, orda saki

arrow Ətraflı
Niderland Ukraynaya 274 milyon avro məbləğində yardım göndərəcək like
  • 03 Apr 22:21  
Dünya Niderland Ukraynaya 274 milyon avro məbləğində yardım göndərəcək

Niderland Ukraynaya 274 milyon avro məbləğində yardım göndərəcək.

arrow Ətraflı
Oruc tutanların nəzərinə: Bu qidalardan uzaq durun ki, başınız ağrımasın like
  • 03 Apr 22:10  
Digərləri Oruc tutanların nəzərinə: Bu qidalardan uzaq durun ki, başınız ağrımasın

Ramazan ayında oruc tutanlar yüngül və ya şiddətli baş ağrıları yaşay

arrow Ətraflı
Mehriban Zəkinin Oqtay Əliyevlə düşdüyü qəzadan sonra like
  • 03 Apr 21:51  
Şou-biznes Mehriban Zəkinin Oqtay Əliyevlə düşdüyü qəzadan sonra

Xəbər verdiyimiz kimi, Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstə

arrow Ətraflı
Yollarda görmə məsafəsi məhdudlaşacaq like
  • 03 Apr 21:46  
Digərləri Yollarda görmə məsafəsi məhdudlaşacaq

Sabah ölkənin bir sıra magistral yollarında görünüş məsafəsi məhdudla

arrow Ətraflı
Ukrayna Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb like
  • 03 Apr 21:41  
Dünya Ukrayna Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Çerniqov vilayətinə işgüzar səfəri

arrow Ətraflı
Üz qızardan XORULTU: like
  • 03 Apr 21:36  
Digərləri Üz qızardan XORULTU:

Böyük Britaniyadan olan cərrah Karana Raca xorultudan xilas olmaq üçün sad

arrow Ətraflı
Azərbaycanda son sutkada koronavirus əleyhinə vaksin vurulmayıb like
  • 03 Apr 21:31  
Digərləri Azərbaycanda son sutkada koronavirus əleyhinə vaksin vurulmayıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

arrow Ətraflı
Ceyhun Bayramovun qazaxıstanlı həmkarı ilə telefon danışığı olub like
  • 03 Apr 21:26  
Siyasət Ceyhun Bayramovun qazaxıstanlı həmkarı ilə telefon danışığı olub

3 aprel 2023-cü tarixində Azərbaycan Respublikasının xarici işlər naziri

arrow Ətraflı
Bu içkilər vitaminlərin sorulmasına mane olur like
  • 03 Apr 21:22  
Digərləri Bu içkilər vitaminlərin sorulmasına mane olur

Bəzi içkilər vitaminlərin effektivliyinə təsir göstərir. Məsələn, sə

arrow Ətraflı
Azərbaycanda fantastik qiymətə it satılır like
  • 03 Apr 21:16  
Digərləri Azərbaycanda fantastik qiymətə it satılır

Bakıda elan saytlarının birində 100 minə alman ovçarkası satılır.

arrow Ətraflı
“Atam məni atıb getdi, orucu qəbul olar?”  VİDEO like
  • 03 Apr 21:11  
Digərləri “Atam məni atıb getdi, orucu qəbul olar?” VİDEO

Türkiyəli din xadimi Nihat Hatipoğlunun ölkənin ATV kanalında yayımlanan

arrow Ətraflı
Yumurtanın sarısında bu ləkəyə diqqət edin, like
  • 03 Apr 21:06  
Digərləri Yumurtanın sarısında bu ləkəyə diqqət edin,

Yumurta uzun müddət toxluq hissini təmin edən bir məhsuldur.

arrow Ətraflı
Şakira oğullarını da götürüb getdi like
  • 03 Apr 21:00  
Şou-biznes Şakira oğullarını da götürüb getdi

Məşhur müğənni Şakira övladları ilə birgə Barselonanı tərk edib.

arrow Ətraflı
Ancelina Coli karyerasına son qoyur like
  • 03 Apr 20:48  
Şou-biznes Ancelina Coli karyerasına son qoyur

Hollivud ulduzu Ancelina Colinin aktrisalıq karyerasına son qoyacağı iddia e

arrow Ətraflı