“Heydər Əliyevin 100 illiyi” yubiley medalının kimlərə veriləcəyi məlum oldu


Siyasət 03 Apr 2023 16:00:00 203 0

“Heydər Əliyevin 100 illiyi” yubiley medalının kimlərə veriləcəyi məlum oldu

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı medal təsis olunur.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentin aprelin 4-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

"Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə"yə əsasən, yubiley medalı ilə Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə, dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə, azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə, sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə, dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə, həmçinin ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə, dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə fərqlənən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif oluna bilərlər.

"Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda ordenlərdən sonra taxılır.

Yubiley medalı 999.9 əyarlı qızıl qatı ilə örtüləcək soyuq ştamplama üçün nəzərdə tutulmuş xüsusi tərkibli əlvan metaldan hazırlanan ümumi diametri 42 millimetr olan, bir-birinin üzərinə qoyulmuş iki səkkizguşəli ulduzdan ibarətdir.

Medalın ön tərəfində ağ minalı səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış, diametri 26 millimetr olan dairəvi lövhə yerləşdirilib. Bu lövhənin içərisində Heydər Əliyevin barelyefi verilib. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "HEYDƏR ƏLİYEV" sözləri, aşağı qövs boyunca "1923-2023" rəqəmləri yazılıb.

Medalın hamar səthli arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

İranın təhsil naziri istefa verdi like
  • 03 Apr 15:54  
Digərləri İranın təhsil naziri istefa verdi

İran Prezidenti İbrahim Rəisi təhsil naziri Yusif Nurinin istefasını qəbu

arrow Ətraflı
Akif Məlikov işdən çıxarıldı  FOTO like
  • 03 Apr 15:52  
Kriminal Akif Məlikov işdən çıxarıldı FOTO

Azərbaycan Dövlət Akademik Balet və Opera Teatrının direktoru, əmək­dar

arrow Ətraflı
37 000 kilometrdən Yer belə görünür  VİDEO like
  • 03 Apr 15:39  
Digərləri 37 000 kilometrdən Yer belə görünür VİDEO

ABŞ-ın "SpaceX" şirkətinə məxsus raket bir neçə gün əvvəl L

arrow Ətraflı
Mehriban Xanlarova: “Sonsuz deyiləm, üç uşağım olub, itirmişəm”  VİDEO like
  • 03 Apr 15:28  
Şou-biznes Mehriban Xanlarova: “Sonsuz deyiləm, üç uşağım olub, itirmişəm” VİDEO

"Həyatdır... Haradan bilərdim ki, 1993-cü ildə gənc bacımı itirəc�

arrow Ətraflı
Bayraktar İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib  FOTO like
  • 03 Apr 15:24  
Siyasət Bayraktar İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyən

arrow Ətraflı
Finlandiya sabah rəsmi olaraq NATOya üzv olacaq like
  • 03 Apr 15:20  
Dünya Finlandiya sabah rəsmi olaraq NATOya üzv olacaq

Finlandiya sabah rəsmi olaraq NATO-ya üzv olacaq.

arrow Ətraflı
İranda molla rejimi güneyliləri Xudafərin körpüsünə yaxın buraxmadı  VİDEO like
  • 03 Apr 15:17  
Dünya İranda molla rejimi güneyliləri Xudafərin körpüsünə yaxın buraxmadı VİDEO

İranda molla rejimi güneylilərin "Qardaşlıq körpüsü" adlandır

arrow Ətraflı
Ölmədən əvvəl tək arzusunu açıqladı: Başqası ilə qaçan arvadımı...  FOTO like
  • 03 Apr 15:06  
Digərləri Ölmədən əvvəl tək arzusunu açıqladı: Başqası ilə qaçan arvadımı... FOTO

Türkiyənin Adana şəhərində yaşayan 86 yaşlı Mustafa Göktaş 11 il əvv

arrow Ətraflı
48 yaşlı aktyor xərçəngin qurbanı oldu like
  • 03 Apr 14:55  
Şou-biznes 48 yaşlı aktyor xərçəngin qurbanı oldu

Bolqar aktyor Xristo Jivkov vəfat edib.

arrow Ətraflı
Xirdalanda bu MTK 1 evi bir neçə nəfərə satıb, lifti işləmir, sayğacları belə yoxdur like
  • 03 Apr 14:47  
Digərləri Xirdalanda bu MTK 1 evi bir neçə nəfərə satıb, lifti işləmir, sayğacları belə yoxdur

Abşeron rayonunda FAM 88 MTK-nın sakinləri onlara illərdir verilən vədin h

arrow Ətraflı
İlham Əliyev: Türkiyəyə yardım qardaşlıq borcumuzdur like
  • 03 Apr 14:44  
Siyasət İlham Əliyev: Türkiyəyə yardım qardaşlıq borcumuzdur

Azərbaycanın Türkiyəyə yardımı qardaşlıq borcudur.

arrow Ətraflı
Azərbaycanın varlığına son qoyulacaqdı... like
  • 03 Apr 14:36  
Siyasət Azərbaycanın varlığına son qoyulacaqdı...

SSRİ-nin süqutu tək dünyanın düzənini dəyişmədi, bu hadisə özü il�

arrow Ətraflı
Nadir onun mahnısını oxuyan Damlaya CAVAB VERDİ like
  • 03 Apr 14:33  
Şou-biznes Nadir onun mahnısını oxuyan Damlaya CAVAB VERDİ

Müğənni Nadir Bayramlı repertuarında hitə çevrilən "Həsrət nəğm

arrow Ətraflı