Mehriban Xanlarova: “Sonsuz deyiləm, üç uşağım olub, itirmişəm” VİDEO
Şou-biznes 03 Apr 2023 15:28:00 270 0
"Həyatdır... Haradan bilərdim ki, 1993-cü ildə gənc bacımı itirəcəyəm. Ana olmadım. Bunu isə heç zaman gizlətməmişəm. Haradan bilərdim ki, 21 yaşımda bacım öləcək, üç yaşındaki övladı mənə qalacaq və onu böyüdüb, başa çatdıracağam. Çətinliklə də olsa onu böyütdüm. Hazırda da o qızın altı balası var. Allah saxlasın".
Bu xəbəri də oxu: "Natavanla danışmaq artıq gec idi" VİDEO
Son.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova qonaq olduğu "Ulduzla" verilişində deyib.
Övlad sahibi olmadığını söyləyən sənətçi bildirib ki, o, sonsuz deyil:
"Övladları çox sevirəm. İnsanlar elə düşünürlər ki, övladı olmayan qadın başqa cür olur... Küçədə bir ana övladını döyəndə, istəyirəm usağı onun əlindən alıb, kənara çəkim. Övlad ən həssas yerimdir. Mən sonsuz deyiləm. Üç uşağım olub, onları itirmişəm. Bu qismət, taledir".
İki dəfə ərə gedən M.Xanlarovanın sözlərinə görə, ikinci həyat yoldaşının qayınanası ona iztirablar çəkib:
"Münasibətlərim yaxşı olmayıb. Bəzi qayınanalar var ki, çəkdikləri iztirabları gəlinlərinə yaşadırlar. Oğluna deyirdi ki, gəl mənimlə yat. O zaman mən gənc idim. Həyat yoldaşımla savaşırdım ki, niyə belə? Evdə məndən yaxşı yemək bişirən yox idi. Ailə bişirdiyim yeməyin dadından əllərini yalayırdı, amma yenə də pis idim.
Deyirdilər ki, bizdə yeməyə beş ədəd soğan və yağ vursaq, dadlı olar. Amma başa düşmürdülər ki, yemək bişirməyin özü bir məharətdir. Mənim ikinci həyat yoldaşımla aramda 3-5 yaş fərq olub. Bunu da insanlar tənqid edirdilər. Amma burada tənqid olunası bir məsələ yoxdur. Ailələr var ki, bəylə xanımı arasında 10 yaş fərq var".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyən
Finlandiya sabah rəsmi olaraq NATO-ya üzv olacaq.
İranda molla rejimi güneylilərin "Qardaşlıq körpüsü" adlandır
Türkiyənin Adana şəhərində yaşayan 86 yaşlı Mustafa Göktaş 11 il əvv
Abşeron rayonunda FAM 88 MTK-nın sakinləri onlara illərdir verilən vədin h
Azərbaycanın Türkiyəyə yardımı qardaşlıq borcudur.
SSRİ-nin süqutu tək dünyanın düzənini dəyişmədi, bu hadisə özü il�
Müğənni Nadir Bayramlı repertuarında hitə çevrilən "Həsrət nəğm
2022-ci ilin noyabr ayından etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi il�
Əgər Rusiya Ukrayna cəbhəsində uğur qazansa, Ermənistanın daxili siyasi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyən
41 yaşlı qalmaqallı müğənni Britni Spirs meneceri Keyd Xadsonla birgə len
Azərbaycan "Global Soft Power Index" (Qlobal "yumşaq güc"