Azərbaycanın varlığına son qoyulacaqdı...


Siyasət 03 Apr 2023 14:36:00 203 0

Azərbaycanın varlığına son qoyulacaqdı...

SSRİ-nin süqutu tək dünyanın düzənini dəyişmədi, bu hadisə özü ilə çoxsaylı problemlər gətirdi. İllər uzunu vahid dövlətdə yaşayan insanlar bu proseslə müstəqiillik əldə etməklə yanaşı, çoxsaylı problemlərlə üzləşdilər. Və bu gün də bu problemlər həllini tapmayıb. Məsələn, İttifaqa daxil olan digər respublikalar kimi Azərbaycan da müstəqillik əldə etdi. Təəssüf ki, xalqımız bu sevinci uzun müddət yaşaya bilmədi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı aparıdğı elan edilməmiş müharibə, digər tərəfdən ölkəyə rəhbərlik edənlərin səriştəsizlikləri, idarəçilik qabiliyyətlərinin yoxluğu, ayrı-ayrı siyasi qüvvələr və mafioz qruplar arasında hakimiyyət uğrunda gedən amansız mübarizə Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirməsinə imkan vermədi.

1992-ci ildə hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün dövründə ölkəmiz çıxılmaz vəziyyətə düşdü.  Diletantlıq, bacarıqsızlıq nəticəsində anarxiya, xaos, özbaşınalıq, Ermənistan-Azərbaycan cəbhə xəttində yaranan gərgin vəziyyət, xüsusilə Qarabağda və ətraf rayonlarda ərazilər biri-birinin ardınca düşmən tərəfindən işğal edildi. Bu da hakimiyyətə qarşı xalqın narazılığını və nifrəti daha da artırırdı. Bu azmış kimi, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması onsuz da dözülməz olan vəziyyəti daha da ağırlaşdırırdı. Separatçı Əlikram Hümbətov tabeliyində olan silahlı qüvvələrdən istifadə edib cənub rayonlarında "Talış-Muğan Respublikası" adlı qondarma qurum yaratmağa çalışırdı. Şimal bölgəsində isə separatçı "Sadval" təşkilatı Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyətlə məşğul idi. Bütün bunların məntiqi nəticəsi kimi 1993-cü il iyunun 4-də Gəncədə AXC-Müsavat hakimiyyəti əleyhinə qiyam baş verdi, qardaş qanı axıdılmaqla vətəndaş müharibəsi başladı.

İnsanlar artıq görürdü ki, AXC-Müsavat cütlüyü ölkədə qayda-qanun yaratmaq, xüsusilə müstəqilliyimizi qorumaq iqtidarında deyil. Çünki onları birillik iqtidarları dövründə yalnız bir məqsəd düşündürürdü: Nəyin bahasına olursa-olsun, hətta ölkə qan gölündə boğulsa belə hakimiyyəti qoruyub saxlamaq. Bir sözlə,  AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı, Azərbaycanın dünyadan təcrid olunması ilə nəticələnmişdi.

Məhz Ümummilli Liderin hakimiyyətə gəlişindən sonra Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, sabitliyə, əmin-amanlığa qovuşdu. Hər ötən gün bizə onun necə uzaqgörən bir insan olduğunu, Azərbaycanın qarşıdakı onilliklər boyu yüksəliş yolunu necə zərgər dəqiqliyi ilə müəyyənləşdirdiyini bir daha təsdiqləyir. Son nəticədə də Azərbaycan xalqı ayağa qalxdı, üzünü xilaskarına tutaraq böyük dövlətçilik təcrübəsinə malik, nüfuzlu siyasi xadim olan Heydər Əliyevi təkidlə  ölkəyə rəhbərlik etməyə çağırdı. Xalq özünün sınanmış rəhbərinə inanır və etimad göstərirdi. Bilirdi ki, yalnız ulu öndər Heydər Əliyev kimi böyük siyasi nüfuza və zəngin dövlətçilik təcrübəsinə malik olan dahi lider bu vəziyyətdən çıxış yolu tapa, Azərbaycanın müstəqilliyini qoruyub saxlaya və inkişaf etdirə bilər. Əslində, bu, bütün xalqın qəlbinin səsi idi.

Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi mövcud bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin gələcək taleyində dönüş anı oldu, Böyük Qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı - Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi nəticəsində ölkəmiz dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, gələcək sürətli inkişafın möhkəm təməlləri qoyuldu. Milli Məclis 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtdığı 15 İyun tarixini Milli Qurtuluş Günü elan etdi. Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: Xalqın əbədi Liderinə möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Ümummilli Liderin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz sevgisi.

Bu gün də Ümummilli Lider Heydər Əliyevin siyasəti onun layiqli davamçısı olan cənab  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyevin 19 illik fəaliyyətinin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Əgər vaxtilə bəzi beynəlxalq təşkilatlar işğalla bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilərsə, bu gün bütün dünya Azərbaycan dövlətinin qalib dövlət, xalqımızın isə qürurlu, məğrur, yenilməz xalq olduğu reallığını görür və qəbul edir. Bu qələbənin mühüm tərəfi Prezident İlham Əliyevin 44 gün ərzində nümayiş etdirdiyi yüksək qətiyyət və beynəlxalq təzyiqlərə sinə gərməsi oldu. Bu qələbə ilə Azərbaycan bütün dünyada erməni yalanlarını darmadağın etdi. Bir xalq olaraq bundan sonra da cənab Prezidentin ətrafında sıx birləşməklə bütün gələcək uğurlarımıza şahidlik edəcəyik. Bu gün hər bir Azərbaycan vətəndaşı möhtərəm Prezidentimizlə fəxr edir, belə güclü, qüdrətli dövlətin, yenilməz xalqın nümayəndəsi olmağı ilə qürur duyur. Çünki bu dövlət bizlərə Ümummilli Lider Heydər Əliyevin əmanətidir.  

Dahi şəxsiyyət qətiyyətli siyasəti ilə ölkəmizi bütün təhlükələrdən qoruyub, dövlət, xalq qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaradıb. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycanda hakimiyyətin səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin böhranı, 1993-sü ilin əvvəllərində ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına son qoya bilərdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini itirmək təhlükəsinin qarşısını aldı. Ulu Öndərin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskarlıq missiyasını yerinə yetirməsi parçalanmaq, dağılmaq təhlükəsi ilə qarşı-qarşıya duran Azərbaycanı fəlakətdən qurtardı. Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona arxa və dayaq olan ümummilli lider Heydər Əliyevin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı səhifələri yazıldı.

Bu bir reallıqdır ki, müstəqil ölkəmizin bugünkü uğurları ulu öndər Heydər Əliyev strategiyasının təntənəsidir. Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini dövlət başçısı İlham Əliyev uğurla davam etdirir. Ulu Öndərin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır.

Kamran Seyidov Son.az

Nadir onun mahnısını oxuyan Damlaya CAVAB VERDİ like
  • 03 Apr 14:33  
Şou-biznes Nadir onun mahnısını oxuyan Damlaya CAVAB VERDİ

Müğənni Nadir Bayramlı repertuarında hitə çevrilən "Həsrət nəğm

arrow Ətraflı
Filarmoniyanın mart ayında keçirilmiş abonement konsertləri like
  • 03 Apr 14:26  
Kriminal Filarmoniyanın mart ayında keçirilmiş abonement konsertləri

2022-ci ilin noyabr ayından etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi il�

arrow Ətraflı
Rusiya vəziyyəti dəyişir, Paşinyan qaçacaq like
  • 03 Apr 14:22  
Digərləri Rusiya vəziyyəti dəyişir, Paşinyan qaçacaq

Əgər Rusiya Ukrayna cəbhəsində uğur qazansa, Ermənistanın daxili siyasi

arrow Ətraflı
İlham Əliyev Selçuk Bayraktarı qəbul edib like
  • 03 Apr 13:53  
Siyasət İlham Əliyev Selçuk Bayraktarı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyən

arrow Ətraflı
Evli müğənninin meneceri ilə bikinidə görüntüləri yayıldı like
  • 03 Apr 13:49  
Digərləri Evli müğənninin meneceri ilə bikinidə görüntüləri yayıldı

41 yaşlı qalmaqallı müğənni Britni Spirs meneceri Keyd Xadsonla birgə len

arrow Ətraflı
Dəm qazı daha bir can aldı like
  • 03 Apr 13:38  
Digərləri Dəm qazı daha bir can aldı

Naxçıvanda dəm qazının sızması ölümə səbəb olub.

arrow Ətraflı
Azərbaycan qlobal reytinqdə 20 pillə yüksəlib like
  • 03 Apr 13:19  
Digərləri Azərbaycan qlobal reytinqdə 20 pillə yüksəlib

Azərbaycan "Global Soft Power Index" (Qlobal "yumşaq güc"

arrow Ətraflı
İranı Suriyadan tamamilə çıxaracağıq like
  • 03 Apr 13:16  
Dünya İranı Suriyadan tamamilə çıxaracağıq

İsrail Suriyada İran ordusuna qarşı hərbi əməliyyatlara başlamağa hazı

arrow Ətraflı
Günay Musayevadan qeyriadi pozlar like
  • 03 Apr 13:05  
Şou-biznes Günay Musayevadan qeyriadi pozlar

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva yarıçılpaq halı i

arrow Ətraflı
Rusiya bunu ələ keçirsə... like
  • 03 Apr 12:54  
Dünya Rusiya bunu ələ keçirsə...

Ukraynada Britaniyanın "Challenger" tankının Rusiya ordusu tərəfi

arrow Ətraflı
"Uşaqlarım məni qısqanır, deyirlər ki, get onlarla otur" like
  • 03 Apr 12:43  
Şou-biznes "Uşaqlarım məni qısqanır, deyirlər ki, get onlarla otur"

"Yarım saat oxumaq 1,5 saat idman zalında məşq etməyə bərabərdir. O

arrow Ətraflı
Bakının bu ərazisində söküntü olacaq like
  • 03 Apr 12:38  
Digərləri Bakının bu ərazisində söküntü olacaq

Xatirələrdə nə qədər gözəl qalsa da, zamanın tələbi ilə uzlaşmayan

arrow Ətraflı
Ordumuzun hərbçiləri faciəvi şəkildə öldülər like
  • 03 Apr 12:32  
Digərləri Ordumuzun hərbçiləri faciəvi şəkildə öldülər

Aprelin 2-də saat 21 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi əra

arrow Ətraflı
Sabah dumanlı hava gözlənilir like
  • 03 Apr 12:26  
Digərləri Sabah dumanlı hava gözlənilir

Aprelin 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı