Azərbaycan qlobal reytinqdə 20 pillə yüksəlib
Digərləri 03 Apr 2023 13:19:00 257 0
Azərbaycan "Global Soft Power Index" (Qlobal "yumşaq güc" reytinqi) reytinqində nüfuz səviyyəsinə görə 20 pillə yüksəlib.
Bu xəbəri də oxu: Azərbaycanda yeni doğulan körpə ÖLDÜ
Trend bu barədə bazar ertəsi "Global Soft Power Index 2023"ə istinadən xəbər verir.
Azərbaycan reytinqdə ümumi 121 yerdən 57-ci yeri, Avropa dövlətləri arasında isə 29-cu yeri tutub.
ABŞ, Böyük Britaniya və Almaniya indeksin ilk üç pilləsində qərarlaşıb. Asiya ölkələri arasında Qlobal "yümşaq güc" reytinqində lider Yaponiya (ümumi reytinqdə 4-cü yer), Latın Amerikası ölkələri arasında Braziliya (31-ci yer) olub. Birləşmiş Ərəb Əmirlikləri isə 10-cu yerə yüksəlib (Yaxın Şərq və Şimali Afrika ölkələri arasında ən yüksək yer olub).
Qeyd edək ki, qlobal "yümşaq güc" indeksi ümumilikdə ölkələrin dünya arenasında iştirak, nüfuz və təsirin balanslaşdırılmış və tam qiymətləndirməsini əks etdirən geniş spektrə malik göstəriciləri özündə birləşdirir. Bunlara məşhurluq, nüfuz, təsir, "yumşaq güc"ün 8 əsas meyarı (biznes və ticarət, idarəetmə, beynəlxalq münasibətlər, mədəniyyət və irs, KİV və kommunikasiyalar, elm və təhsil, insanlar və dəyərlər, dayanıqlı gələcək) üzrə göstəricilər daxildir.
Qlobal "yumşaq güc" reytinqi brend qiymətləndirmə sahəsində konsaltinq şirkəti olan "Brand Finance" tərəfindən 121 dövlətdən ən azı 100 min nəfər respondent arasında keçirilən sorğu əsasında tərtib olunur.
İsrail Suriyada İran ordusuna qarşı hərbi əməliyyatlara başlamağa hazı
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva yarıçılpaq halı i
"Yarım saat oxumaq 1,5 saat idman zalında məşq etməyə bərabərdir. O
Xatirələrdə nə qədər gözəl qalsa da, zamanın tələbi ilə uzlaşmayan
Aprelin 2-də saat 21 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi əra
"Həyatda heç nə hamar, düz olmur. Hansısa işə başlayanda mübarizə
Azərbaycanda həftəsonu, aprelin 1-də və 2-də baş verən yol qəzalarında
Azərbaycanın yaşıl enerji dəhlizinin yaradılması üzrə təşəbbüsünü
Kənd təsərrüfatı naziri İnam Kərimovun Ali Məhkəmə sədrliyinə namiz�
Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan İrəvanda döy
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də İtaliya R