İlqar Hüseynov: Prezident İlham Əliyev tərəfindən təsdiq olunan vergi güzəşti medianın yeni çağırışlara uyğun inkişafina böyük dəstəkdir
Siyasət 03 Apr 2023 12:11:00 259 0
Aprelin 1-i Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"nu təsdiq edib. Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirləri, reklam gəlirlərini, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olundu.
Bu xəbəri də oxu: İqlim üzrə fəaliyyətin inkişafı üçün dini liderlərin səsləri vacibdir
Dövlət başçısı tərəfindən atılmış bu addım müstəqil medianın dövrün tələblərinə uyğun daha sürətli inkişafına nail olmaq, dayanıqlı iqtisadi əsasda daha da möhkəmləndirmək, peşəkar media fəaliyyətini yeni çağırışlara uyğun irəliyə aparmaq istiqamətində böyük addımdır.
Bunu Trend BİA-nın direktoru İlqar Hüseynov bildirib.
"Dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş mediamız son illər həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində daha sürətlə inkişaf edir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkə mediasının inkişafına yönəlik addımları və təşəbbüsləri, müasir, dayanıqlı, aktual çağırışlara cavab verən media strukturlarının yaranmasına əlverişli mühit yaradıb. Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan mediasının qlobal media bazarına inteqrasiyası məhz Prezident İlham Əliyevin jurnalistikanın inkişafına həssas münasibəti nəticəsində mümkün olub", - Trend BİA-nın direktoru deyib.
İ. Hüseynov qeyd edib ki, Azərbaycan mediası hər zaman dövlət qayğısı ilə əhatə olunub. "Bu addım dövlətin mediaya növbəti qayğısı, peşəkar fəalliyətimizə həssas münasibətin növbəti təzahürüdür. Vergi Məcəlləsinə edilmiş dəyişikliklər milli medianın maliyyə imkanlarını möhkəmləndirməyə, hazırkı rəqabət mühitində daha innovativ ideya və təşəbbüsləri həyata keçirməyə güclü stimul olacaq", - deyə İ. Hüseynov əlavə edib.
Onun sözlərinə görə, sosial şəbəkələr son dövrlərdə reklam bazarında öz payını sürətlə artıraraq ənənəvi medianın reklamlara əlçatanlığını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. "Bu dəyişikliklərin qəbulu ilə, ənənəvi media resursları reklam bazarında qobal şəbəkələrlə daha rəqabətqabiliyyətli olacaq və daha əlverişli qiymətlər təklif etməklə reklam gəlirlərini artırmaq imkanı qazanacaqlar. Nəticədə, media şirkətlərinin öz inkişafına investisiya imkanları yüksələcək. Yeni düzəliş medianın iqtisadi müstəqilliyini gücləndirərək keyfiyyətli informasiya təminatının həyata keçirilməsi işinə vacib töhfə olacaq. Bu böyük dövlət dəstəyinə görə Prezidenti İlham Əliyevə öz adımdan və eyni zamanda Trend BİA-nın kollektivi adından dərin minnətdarlığımızı bildirirəm!", - deyə İ. Hüseynov qeyd edib.
Azərbaycanda həftəsonu, aprelin 1-də və 2-də baş verən yol qəzalarında
Azərbaycanın yaşıl enerji dəhlizinin yaradılması üzrə təşəbbüsünü
Kənd təsərrüfatı naziri İnam Kərimovun Ali Məhkəmə sədrliyinə namiz�
Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan İrəvanda döy
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də İtaliya R
"Toyumun nə zaman olacağı haqda mənə icazə vermirlər danışmağa. B
ABŞ şirkətləri Azərbaycanın enerji layihələrində maraqlıdırlar.
İmtahan nəticələrinin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulu
3 yaşlı uşaq evinin yeniyetmə sakininin sözügedən müəssisə ilə bağl�
Naxçıvan Azərbaycandan Türkiyəyə və Avropaya təmiz enerjinin nəqli üç
Millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı 6 nəf
Bakı Biznes mərkəzində Azərbaycan-ABŞ "Yaşıl enerji" forumu ke
1 aprel tarixində Gənclər və İdman Nazirliyinin inzibati binasında "A