Fazil Mustafanın qardaşından AÇIQLAMA: “Kamera görüntülərinə baxmışam, atəş açılan zaman...”


Digərləri 29 Mar 2023 12:33:00 159 0

Fazil Mustafanın qardaşından AÇIQLAMA: “Kamera görüntülərinə baxmışam, atəş açılan zaman...”

"Kamera görüntülərinə baxmışam, qardaşım atəş açılan zaman çevik davranaraq həyətə daxil olub və qapını bağlayıb. Hadisə baş verəndə ailəsi evdə olub, qardaşım özündən çox ailəsinə görə də narahat olub".

Bu sözləri ötən gecə yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan deputat Fazil Mustafanın qardaşı İlqar Mustafayev Oxu.az-a açıqlamasında deyib.

O bildirib ki, F.Mustafa evə qayıdarkən tək olub və bu, planlaşdırılmış hücum olub:

"Tək olub, maşından düşən zaman onu izləyiblər. Qaranlıq olub. Həyətdə dəmir dirək var, onlar orada pusqu qurub, məqsədyönlü şəkildə qardaşımı gözləyiblər. Bu, sifarişli hadisədir.

Kamera görüntülərinə silahlı şəxslər düşməyiblər, yalnız Fazilin çevik davranaraq həyətə girib qapını bağlaması anı var. Cəld qardaşım oğlu Toğrula zəng edib. Silahdan bir neçə atəş açılıb, xoşbəxtlikdən yan keçib. Həyətə tərəf qaçarkən iki güllə çiyin və ayaq nahiyəsinə dəyib. Şükür hazırda qardaşımın vəziyyəti yaxşıdır. Bu hadisəni törədənlər hüquq-mühafizə orqanları tərəfindən axtarılırlar. İstintaq getdiyi üçün biz qeyri-dəqiq məlumatlar vermək istəmirik".

Fazil Mustafanın evinin və ailə yaxınlarının təhlükəsizliyinin təmin edilib-edilməməsi ilə bağlı suala isə İlqar Mustafayev belə cavab verib:

"Bəli, təhlükəsizlik məqsədilə ölkənin güc strukturları tərəfindən bütün zəruri tədbirlər görülüb. Təhlükəsizliyimizin tam təminatı üçün hüquq-mühafizə orqanları, dövlət tərəfindən bütün qabaqlayıcı tədbirlər atılıb".

Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 "Z" ünvanında qeydə alınıb. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib. Eyni zamanda o bu gün çiynindəki yara ilə bağlı ikinci dəfə cərrahi əməliyyata alınıb.

Nigar aparıcıları tənqid etdi like
  • 29 Mar 12:22  
Şou-biznes Nigar aparıcıları tənqid etdi

Xəbər verdiyimiz kimi, Əməkdar artist Nigar Şabanova ilə aparıcı Rövşa

arrow Ətraflı
Son 30 ildə İsrail və Azərbaycan arasında əlaqələr inkişaf edib like
  • 29 Mar 12:15  
Siyasət Son 30 ildə İsrail və Azərbaycan arasında əlaqələr inkişaf edib

Son 30 ildə İsrail və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqəl�

arrow Ətraflı
Peşəkarlıq Erası like
  • 29 Mar 12:05  
Digərləri Peşəkarlıq Erası

Memarlıq Azərbaycan xalqının ən qədim, ən möhtəşəm sənət növlərin

arrow Ətraflı
Heydər Əliyev hər bir sahəyə akademik yanaşırdı  Fərhad Bədəlbəyli like
  • 29 Mar 12:04  
Siyasət Heydər Əliyev hər bir sahəyə akademik yanaşırdı Fərhad Bədəlbəyli

Heydər Əliyevlə ilk tanışlığım 1968-ci ildə maestro Niyazinin evində o

arrow Ətraflı
Fransada polislərlə etirazçılar arasında toqquşma like
  • 29 Mar 12:00  
Dünya Fransada polislərlə etirazçılar arasında toqquşma

Fransada pensiya islahatına qarşı keçirilən nümayişlərdə polislə etira

arrow Ətraflı
İsrail və Azərbaycan İranın təhdidini bölüşür like
  • 29 Mar 11:57  
Siyasət İsrail və Azərbaycan İranın təhdidini bölüşür

Azərbaycan və İsrail İranın təhdidini bölüşür.

arrow Ətraflı
İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək like
  • 29 Mar 11:56  
Siyasət İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək

İsrail xarici işlər naziri Eli Kohen yaxın günlərdə Azərbaycana səfər

arrow Ətraflı
“Rövşanə öz sənətçisini əzdi” like
  • 29 Mar 11:49  
Şou-biznes “Rövşanə öz sənətçisini əzdi”

Xalq artisti Röya Ayxan ötən gün efirdə baş verən Əməkdar artist Nigar

arrow Ətraflı
İlham Əliyevə İsraildə səfirlik açılması qərarına görə təşəkkür edirik like
  • 29 Mar 11:47  
Siyasət İlham Əliyevə İsraildə səfirlik açılması qərarına görə təşəkkür edirik

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə İsraildə səfirlik açı

arrow Ətraflı
"Togg"un nə qədər sifariş aldığı açıqlandı like
  • 29 Mar 11:38  
Dünya "Togg"un nə qədər sifariş aldığı açıqlandı

"Togg T10X" modelinin ilkin sifariş prosesi başa çatıb. Elektrikli

arrow Ətraflı
Fazil Mustafanı öldürməyi KİM SİFARİŞ EDİB? like
  • 29 Mar 11:31  
Siyasət Fazil Mustafanı öldürməyi KİM SİFARİŞ EDİB?

Son günlər paytaxt Bakıdan silah səsinin eşidilməsi adi hala çevrilib. X�

arrow Ətraflı
"Nə xınayaxdı, nə ər, nə kişi..." like
  • 29 Mar 11:27  
Şou-biznes "Nə xınayaxdı, nə ər, nə kişi..."

Aparıcı Rövşanə Ağasəfqızı Əməkdar artist Nigar Şabanovanın onun ü

arrow Ətraflı
Mərkəzi Bank uçot dərəcəsini qaldırdı like
  • 29 Mar 11:16  
Digərləri Mərkəzi Bank uçot dərəcəsini qaldırdı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə

arrow Ətraflı
Rusiyadan Ermənistana növbəti zərbə like
  • 29 Mar 11:05  
Digərləri Rusiyadan Ermənistana növbəti zərbə

Rusiya Ermənistana qarşı təzyiqlərini artırmaqda davam edir. Bu dəfə &qu

arrow Ətraflı