Heydər Əliyev hər bir sahəyə akademik yanaşırdı Fərhad Bədəlbəyli
Siyasət 29 Mar 2023 12:04:00 286 0
Heydər Əliyevlə ilk tanışlığım 1968-ci ildə maestro Niyazinin evində olub. Onda 20 yaşım var idi, Portuqaliyadan qayıtmışdım. Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin sədri idi. Niyazi bizi tanış etdi. Bir il sonra Heydər Əliyev Azərbaycana rəhbər seçildi. Təsəvvür edin, 70-ci illərdə mənim yaşıdlarım, Polad Bülbüloğlu, Zeynəb Xanlarova, Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar və digərləri Heydər Əliyevin diqqətini və qayğısını hər zaman hiss edirdik.
Bu xəbəri də oxu: İqlim üzrə fəaliyyətin inkişafı üçün dini liderlərin səsləri vacibdir
Bu fikiləri Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsinə müsahibəsində SSRİ Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli bildirib.
O, əlavə edib ki, Heydər Əliyev sənətə, mədəniyyət xadimlərinə xüsusi dəyər verirdi:
"Tez-tez ziyalıları, istedadlı sənət adamlarını bir yerə toplayır, onlarla görüşlər keçirirdi. Onların problemləri, qayğıları ilə maraqlanırdı. Sənət adamlarına dəstək verirdi. Fikrət Əmirovun "Min bir gecə" baletinin Kreml sarayında nümayiş etdirilməsi o dövr üçün nadir hadisə idi. Bu premyera şəxsən Heydər Əliyevin sayəsində mümkün oldu", - deyə F.Bədəlbəyli vurğulayıb.
F.Bədəlbəyli qeyd edib ki, Heydər Əliyevin təşəbbüsü nəticəsində SSRİ miqyasında ən çox fəxri adlara layiq görülənlər və təltif olunanlar Azərbaycandan olan sənət adamları idi:
"Deyilənə görə, bir dəfə Ukraynanın rəhbəri Şerbitski zarafatla Heydər Əliyevdən soruşub ki, necə olur, Ukraynanın əhalisi Azərbaycan əhalisindən çoxdur. Amma bizdə Sosialist Əməyi Qəhrəmanı adı alanların sayı sizdən azdır. Heydər Əliyev də cavab verir ki, yəqin bizim xalqımız daha istedadlıdır. Yəni, sovetlər dönəmində bütün sahələrdə qazanılan uğurların təməlində Heydər Əliyevin şəxsi nəzarəti, rəhbərliyi dayanırdı. O, çalışırdı ki, Azərbaycan familiyaları İttifaq miqyasında tez-tez səslənsin. Bütün bunlar sənət adamları üçün böyük stimul idi. Yeni əsərlər yazılır, tamaşalar qoyulur, premyeralar baş tuturdu. Mədəniyyətimiz sürətlə inkişaf edirdi".
Professor daha sonra bildirib ki, bu siyasət, mədəniyyətə göstərilən diqqət və qayğı sonralar müstəqillik illərində də davam edib: "Çox çətin illər idi. Ölkəmiz dağılmışdı, iqtisadiyyat çökmüşdü. Maaşlarımız çox aşağı idi. 30-a yaxın professor məcbur olub xaricə getmişdi. Amma Heydər Əliyev ölkəyə rəhbərliyə gəldikdən sonra bizim sosial vəziyyətimizlə maraqlandı, dəstək oldu. Tez-tez açılışlara gəlirdi. Bizimlə görüşürdü. Daha bir önəmli məqamı deyim. Heydər Əliyev xarici səfərlərinə bizi də aparırdı. Səfərlər zamanı konsertlər verirdik. Deyirdi ki, qoy Azərbaycan mədəniyyətini, incəsənətini bütün dünya tanısın. Təsəvvür edin, gərgin danışıqların, görüşlərin arasında vaxt tapıb mədəniyyətimizə də diqqət ayırırdı. Heydər Əliyev hər bir sahəyə, hər bir məsələyə akademik yanaşırdı. Bu, onun iş üslubu idi. Bu, onun məktəbidir, bu gün üçün də, gələcək üçün də.
Biz fəxrlə deyirik ki, bugünkü müstəqil və güclü Azərbaycanın təməlini ulu öndər Heydər Əliyev qoyub. Əminəm ki, onun ruhu şaddır. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyev Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, Qarabağı azad etdi. Biz Şuşada, Cıdır düzündə, Xarıbülbül festivalında Heydər Əliyevin vaxtilə dediyi "Biz hökmən tarixi torpaqlarımıza qayıdacağıq" sözlərini sevinc göz yaşları ilə dinlədik. Hər birimiz qürur duyuruq ki, ulu öndərin arzusu reallaşdı, torpaqlarımız düşməndən azad edildi", - deyə F.Bədəlbəyli fikrini tamamlayıb.
Xəbərə aid video
Fransada pensiya islahatına qarşı keçirilən nümayişlərdə polislə etira
Azərbaycan və İsrail İranın təhdidini bölüşür.
İsrail xarici işlər naziri Eli Kohen yaxın günlərdə Azərbaycana səfər
Xalq artisti Röya Ayxan ötən gün efirdə baş verən Əməkdar artist Nigar
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə İsraildə səfirlik açı
"Togg T10X" modelinin ilkin sifariş prosesi başa çatıb. Elektrikli
Son günlər paytaxt Bakıdan silah səsinin eşidilməsi adi hala çevrilib. X�
Aparıcı Rövşanə Ağasəfqızı Əməkdar artist Nigar Şabanovanın onun ü
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə
Rusiya Ermənistana qarşı təzyiqlərini artırmaqda davam edir. Bu dəfə &qu
Azərbaycan Hökuməti, Avropa İttifaqı və Dünya Bankı Azərbaycanda 5,25 m
"Fazil əmim zəng etdi, ilk sözü bu oldu ki, "məni vurublar, tez g
Mart ayının 28-də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, m
Martın 28-də İrana bağlı terror qrupları bir neçə ölkədə İsrail vət
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Milli Məclisin deput