Peşəkarlıq Erası
Digərləri 29 Mar 2023 12:05:00 237 0
Memarlıq Azərbaycan xalqının ən qədim, ən möhtəşəm sənət növlərindən biridir. Bunun sübutu minillərlə tarixi olan, arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş qədim şəhərlərimizin qalıqlarıdır. Şəmkirdə, Qəbələdə, Ağsuda, Səlyanda, Şamaxıda və ölkənin başqa bölgələrində qədim şəhərlərimizin qalıqları qorunub saxlanılır və xalqımızın qədim şəhərsalma mədəniyyətinə malik olduğunun əyani sübutudur.
Bu xəbəri də oxu: Azərbaycanda müəllim vəfat etdi FOTO
Qeyd etməliyəm ki, türkdilli xalqlar içərisində Azərbaycan xalqı minilliklərlə tarixi olan şəhərsalma mədəniyyətinə malikdir. Müasir Türkiyə, ərazisindəki qədim memarlıq nümunələri Yunan mədəniyyətinə aiddir. Orta Asiya xalqlarının Əmir Teymur dövrünə qədər ümumiyyətlə şəhərsalma mədəniyyəti olmayıb. Əmir Teymur bu mədəniyyəti Təbrizdən, yəni tarixi Azərbaycan diyarından gətirdiyi ustad memarların yaradıcılığı gücünə Səmərqəndin dünya şöhrətli Registanını, Şahi Zindəsini, Bibixanım məscidini yaratmışdır.
Ümumiyyətlə, Azərbaycan xalqı dünyaya bir neçə möhtəşəm memarlıq məktəbini bəxş etmişdir. Bunlardan Təbriz məktəbi, Naxçıvan məktəbi, Qarabağ məktəbi, Şirvan məktəbinin ustadları uzaq Şərqdən yaxın Qərbə, Kordovaya qədər, Şimaldan Cənuba qədər, Hindistan yarımadasına qədər möhtəşəm memarlıq əsərləri yaratmışdır ki, bu gün bu ərazilərdə yaşayan insanlar bu abidələri dünyaya öz tarixi irsi kimi fəxrlə təqdim edirlər.
Artıq sirr deyil ki, Böyük Moğol, Hindistanın şahı Şah Cahan Humayun sevimli həyat yoldaşı üçün inşa etdiyi Tac Mahal türbəsi məhz Təbriz məktəbini təmsil edən memar Ağa Mirək Mirzə Qiyas Təbrizinin möhtəşəm əsəridir.
Bunlarla bərabər dahi memarlarımız Əcəmi ibn Əbubəkrimiz, Ustad Mahmud ibn Saadımız, Kərbəlayi Səfiyar Qarabağimiz, Zivər bəy Əhmədbəylimiz, Qasım bəy Hacıbababəyovumuz, Sadıq Dadaşov və Mikayıl Useynovumuz və bir çox başqaları ölkəmizin müxtəlif bölgələrində möhtəşəm memarlıq əsərləri yaradıblar və bununla da xalqımızın bu qədim sənət növünün tarixi mədəniyyətimizin ayrılmaz hissəsi olduğunu təsdiqləyiblər.
Azərbaycanın memarlıq irsinin qorunub saxlanılması, tarixi abidələrimizin bərpası məsələləri, əlbəttə, hər zaman dövlətin diqqətində olmuşdur. Lakin ötən əsrin 70-ci illərinin sonu, 80-ci illərin əvvəlində, o vaxt Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə daha yüksək səviyyələrə qaldırılmışdır.
Çox yaxşı yadımdadır, o illərdə qədim Tiflisin bərpası işləri başlamışdı. Bunu bilən Heydər Əliyev Gürcüstanın rəhbəri Eduard Şevardnadzeylə danışıb, görülən işlərlə tanış olmaq məqsədiylə Bakıdan Tiflisə bir qrup mütəxəssisin göndərilməsi qərarına gəlir. O qrupa ölkənin tanınmış memarlarından Tahir Abdullayev, Rasim Əliyev və başqaları ilə birgə, mən və Sənan Sultanov da daxil edilir. Mən ən cavanıydım. 32 yaşım var idi. Qrupumuza Azərbaycan KP MK-nın iki katibi rəhbərlik edirdi: Kamran Bağırov və Fuad Musayev.
Gürcüstanda bizi çox yüksək səviyyədə qəbul etdilər. Təkcə bunu qeyd etmək kifayətdir ki, bizi Eduard Şevardnadze şəxsən qəbul etdi və orada qaldığımız 2 gün müddətində bizə yüksək xidmət göstərildi.
Bakıya dönəndən sonra, bir neçə gün keçmişdi ki, bizi Mərkəzi Komitəyə çağırdılar və Heydər Əliyevlə görüşümüz oldu. Ölkə rəhbərini gördüklərimiz və bununla bağlı fikirlərimiz maraqlandırırdı. Mənə növbə çatanda dedim ki, köhnə Tiflislə köhnə Bakı arasında böyük fərq var. Tiflisdə qədim binaların fasadlarının əksəriyyəti, şüşəbənd olaraq, taxtadan icra olunub. Bakı fasadları isə yonma daşdandır. Buna görə bizdə yanaşma daha ciddi və tələbkar olmalıdır.
Ulu Öndər bildirdi ki, bu işlərlə məşğul olacaq xüsusi qurum yaratmaq fikrindədir. O zaman onun fikrinin həyata keçirilməsi "Bərpaçı" idarəsinin yaradılması oldu. Fəxr edirəm ki, o təşkilatın Əsasnaməsinin ilkin variantının hazırlanması mənə və dostum, həmkarım Sənan Sultanova tapşırılmışdır.
Ölkədə abidələrlə fəal iş başlandı. Dövlət tərəfindən mühafizəyə alınan binaların siyahısı tərtib edildi. Bir müddət keçəndən sonra Azərbaycan SSR-nin Tarixi abidələrin qorunması, bərpası və istifadəsi üzrə Dövlət Komitəsi yarandı.
Sonrakı illərdə, Ulu Öndərin SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini təyin edilməsi ilə bağlı Moskvaya köçməsindən sonra, tarixi abidələrin mühafizəsinə münasibət bir qədər soyudu. Abidələrin mühafizəsi ilə məşğul olan Komitə ləğv edildi. Onun əvəzinə Mədəniyyət Nazirliyi nəznində baş idarə təşkil olundu. Daha sonra bu baş idarəni şöbə səviyyəsinə saldılar. Nəhayət, tarixi abidələrlə məşğul olan şöbəni də ləğv edib, əsaslı tikinti şöbəsi ilə birləşdirdilər. Bu müddətdə abidələrə olan münasibəti təsəvvür etmək çətin deyil.
1993-cü ildə xalq tərəfindən çağırılaraq ölkəyə qayıdan Ulu Öndər Heydər Əliyev, tarixi abidələrə artıq zəifləmiş diqqəti yenə də ən yüksək tələblər səviyyəsinə qaldırdı. Müstəqilliyimiz dövründə bu vacib, Azərbaycan xalqının qədim mədəniyyətə malik olduğunu təsdiqləyən sahə daima Dövlətin diqqəti mərkəzində olmuşdur. 2000-ci illərin əvvəllərində ölkəmizin bir sıra möhtəşəm memarlıq abidələri Dünya əhəmiyyətli abidələr siyahısına, UNESCO-nun mühafizəsi altına salındı.
1996-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə Tarixi abidələrin qorunması, bərpası və istifadəsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olundu və bu qanunda yeni tələblər və yeni yanaşmalar öz əksini tapdı.
Onlarla tarixi abidələr bərpa olundu, həyata qaytarıldı. Əlbəttə, bu böyük işləri görmək ölkə rəhbərliyinin, möhtərəm Prezident İlham Əliyevin və ölkənin Birinci Vitse-Prezidenti hörmətli Mehriban xanım Əliyevanın dəstəkləri sayəsində mümkün oldu. Heydər Əliyev Fondunun prezidenti olaraq, Mehriban xanım Əliyeva tarixi abidələrin qorunub saxlanılması, bərpası işlərini Fondun əsas fəaliyyət istiqamətlərindən birinə çevirdi.
Bu gün də bu vacib mövzu Dövlət rəhbərlərinin gündəmindədir. İşğaldan azad edilmiş ərazilərdə minlərlə bərpaya, konservasiyaya ehtiyacı olan tarixi binalar və qurğular var ki, onların bir qismi artıq bərpa olunmuşdur, bir qismində iş aparılır və qalanlarının da gələcəkdə bərpası və konservasiyası planları tərtib olunur.
Etiraf edək ki, Azərbaycan bəlkə də nadir ölkələrdən biridir ki, bu böyük maddi və mənəvi həcmi olan işlər məhz hökümətin vəsaiti hesabına görülür.
Əlbəttə, görülən işlərin qiymətləndirilməsi ilə bərabər, bu işdə kifayət qədər problemlərimiz də mövcüddur: peşəkar bərpaçıların azlığı, istehsalat sahələrinin məhdudluğu və s. Lakin düşünürəm ki, ən böyük problem, həm ümumiyyətlə vətəndaşlarımızın, həm də bəzi iş adamlarının, məmurların problemin əhəmiyyətinin nə dərəcə vacibliyini dərk etməməsindədir.
Bu sahədə əldə olunan nailiyyətləri daha da möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılmışdır.
Bu yüksək status böyük səlahiyyətlərə, geniş imkanlara əsas vərsə də, ötən illər ərzində bir çox səbəblərə görə və ən əsası qeyri-peşəkarlığa görə gözlənilən nəticələr əldə edilmədi.
Bəzən biganəlik, bəzən qeyri-peşakarlıq nəticəsində tarixi irsimizin bir qismi artıq yox olub, itirilib. Bu vəziyyət, əlbəttə, ilk növbədə Dövlət rəhbərliyini narahat edir və qətiyyətlə tənqid olunur.
Bu nöqteyi-nəzərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə Səbinə Xalid qızı Hacıyevanın təyinatı peşəkarlar cəmiyyətində böyük ruh yüksəkliyi və dərin təşəkkür hissi ilə qarşılandı. Səbinə Hacıyeva həqiqi mənada yüksək mütəxəssisdir. Tarixi abidələrin bərpasında böyük təcrübəsi var və ən əsası odur ki, vətənini, xalqını sevir, bunlara məxsus tarixi irsə qayğıkeşliklə, məhəbbətlə, fədakarlıqla yanaşır.Səbinə xanım Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində böyük alim, professor Davud Ağa oğlu Axundov tərəfindən yaradılmış məktəbin uğurlu davamçısı professor Gülçöhrə xanım Məmmədovanın yetişdirdiyi ən parlaq alimlərdən biridir.
Ümid edirəm ki, uzun illər peşakarlıqdan uzaq olan, lakin müəyyən səbəblərə görə tarixi irsimizin aqibətində rol oynayan adamların yerinə Səbinə Hacıyeva özü kimi bilikli və fədakar mütəxəssisləri ətrafına toplayıb, Azərbaycan xalqının tarixi irsinin əsl simasını dünya ictimaiyyətinə tanıtdırmaq istiqamətində dəyərli addımlar atacaq.
Nəhayət, peşəkarlıq erası başladı və bu eranın yeni səhifəsini, hər zaman yeniliklərin başında duran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açdı.
Elbay Qasımzadə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Respublikanın Əməkdar memarı, Professor.
Heydər Əliyevlə ilk tanışlığım 1968-ci ildə maestro Niyazinin evində o
Fransada pensiya islahatına qarşı keçirilən nümayişlərdə polislə etira
Azərbaycan və İsrail İranın təhdidini bölüşür.
İsrail xarici işlər naziri Eli Kohen yaxın günlərdə Azərbaycana səfər
Xalq artisti Röya Ayxan ötən gün efirdə baş verən Əməkdar artist Nigar
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə İsraildə səfirlik açı
"Togg T10X" modelinin ilkin sifariş prosesi başa çatıb. Elektrikli
Son günlər paytaxt Bakıdan silah səsinin eşidilməsi adi hala çevrilib. X�
Aparıcı Rövşanə Ağasəfqızı Əməkdar artist Nigar Şabanovanın onun ü
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə
Rusiya Ermənistana qarşı təzyiqlərini artırmaqda davam edir. Bu dəfə &qu
Azərbaycan Hökuməti, Avropa İttifaqı və Dünya Bankı Azərbaycanda 5,25 m
"Fazil əmim zəng etdi, ilk sözü bu oldu ki, "məni vurublar, tez g
Mart ayının 28-də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, m
Martın 28-də İrana bağlı terror qrupları bir neçə ölkədə İsrail vət