Erməni cəmiyyəti “hürən köpəklər”miş: İrəvanda günün etirafı


Digərləri 28 Mar 2023 17:07:00 187 0

Erməni cəmiyyəti “hürən köpəklər”miş: İrəvanda günün etirafı

Ermənistanda müxalifətlə hakimiyyət arasındakı qarşıdurma artıq uçuruma çevrilib. Bir tərəfdə iqtidardakı yerini qorumağa çalışan fiqurlar, digər tərəfdə həmin fiqurları devirməyə çalışan başıpozuq, lidersiz kütlə. Hər iki tərəf bir-birini təhqir edir, aşağılayır.

Son.az Trend-ə istinadən xəbər verir ki, Ermənistanın ən populyar qəzetlərindən biri olan "Hrapark" baş nazir Nikol Paşinyana və onun komandasına qarşı kəskin, radikal müxalifət mövqeyi ilə seçilir.

Qəzetin dünənki sayında "Bəlkə sözdən işə keçək?" başlıqlı geniş məqalə dərc olunub.

Yazıda N.Paşinyan hakimiyyəti bacarıqsızlıqda, yarıtmazlıqda, qeyri-peşəkarlıqda suçlanır. Bununla yanaşı, Paşinyanın hələ də hakimiyyətdə qalmasına rəvac verən orta statistik ermənilər sərt tənqid edilir.

Müəllif Ermənistanda indi klişeyə çevrilmiş ifadələrdən, "çeynənmiş" ibarələrdən və ştamp söz birləşmələrindən bol istifadə edərək cəmiyyətdə süstlük, ümidsizlik və bədgümanlıq kimi hislərin hökm sürdüyünü vurğulayır.

Bununla yanaşı, o, baş naziri vəzifəsindən kənarlaşdırmağa çalışdıqlarını bəyan edən partiya sədrlərinin, siyasətçilərin, bloqerlərin və sairin əməldən çox sözə üstünlük verdiklərini də təəssüflə qeyd edir.

Lakin bu qeydlər etikadan kənar ifadələrlə səciyyələnir: "Hamı bilir ki, hürən it dişləməz. Bunu hakimiyyət də bilir. Bəlkə cəmiyyətimiz hürməkdən əl çəkərək sözdən işə keçsin?".

Əslində, pis müqayisə deyil.

Rəsmi Bakı 44 günlük İkinci Qarabağ Müharibəsi zamanı erməni işğalındakı ərazilərimizin mütləq, nəyin bahasına olursa-olsun azad ediləcəyini, silahlı işğalçıları iti qovan kimi qovacağımızı bəyan edəndə Ermənistan rəhbərliyi və mass-mediası sərt narazılıqlarını bəyan etmişdilər.

Onların fikrincə, Bakı "erməniləri itə bənzədirdi".

Halbuki, əsla belə deyildi və ola da bilməzdi.

Azərbaycan əsgəri vətənimizin 20 faizini işğal etmiş erməni hərbçilərini, Ermənistan vətəndaşı olan əsgər və zabitləri məhz iti qovan kimi qovacağını dedi, sözünə əməl edərək etdi də.

Çünki 30 illik işğal zamanı Ermənistan generalları, zabitləri, iş adamları, siyasətçiləri, habelə, müxtəlif ölkələrdən gətirilərək həmin vaxtlarda İrəvanın kontrolundakı ərazilərimizdə məskunlaşdırılmış ermənilər özlərinin belə səciyyələndirilməsi ilə razılaşmışdılar.

Ermənistanın müdafiə naziri və baş naziri olmuş Vazgen Sarqsyan 1997-ci ildə Xankəndiyə növbəti səfərlərindən birində demişdi: "Biz ideyalarımıza köpək kimi sədaqətliyik. Biz nəzarətimizdə olan əraziləri köpək inadı ilə qoruyacağıq".

Həmin dönəmdə heç bir erməni Vazgen Zavenoviçə etikadan çox uzaq təşbehinə görə iradını dilə gətirməmiş, bənzətmənin yolverilməz olduğunu deməmişdi.

Tam əksinə, ermənilər o ifadəni indi də "qətiyyət və mərdlik göstəricisi sayılan iqtibas" kimi istifadə edirlər.

"Hrapark"ın da müqayisəsinin forması və ya stilistikası yox, məzmunu önəmlidir.

Bəhs etdiyimiz yazı Ermənistanın daxili siyasətinin "lakmus kağızı" da sayıla bilər.

İrəvandakı müxalifət partiyaları arasında parçalanmanı və xaotik vəziyyəti erməni siyasətçilərin istisnasız olaraq hamısının kənardan idarə edilməsi daha da ağırlaşdırır. ABŞ, Rusiya, İran, Fransa ilə yanaşı, son vaxtlar erməni siyasi təşkilatlara Hindistan və Yunanıstan da maliyyələr ayıraraq idarəetmə vasitələrinə yiyələnməyə can atırlar.

Müşahidə olunan vəziyyətsə Nikol Paşinyanın mövqelərini daha da möşkəmləndirir, çünki o, müxalifət düşərgəsindəki dağınıqlıqdan və parçalanmalardan məharətlə istifadə edir, intriqaların sayını artıraraq potensial rəqiblərini daha da zəiflədir.

İstənilən halda, "Hrapark" qəzetinin erməni cəmiyyətini hürən köpəklərə bənzətməsi qeyri-etik demarş olsa da, beynəlxalq hüquqda "ens realissimum" ("ən gerçək mahiyyət") sayıla bilər.

Məşhur modelin yarım saata 1 milyon dəfə bəyənilən yarıçılpaq FOTOsu like
  • 28 Mar 17:02  
Şou-biznes Məşhur modelin yarım saata 1 milyon dəfə bəyənilən yarıçılpaq FOTOsu

Dünya şöhrətli supermodel Kendal Cenner paylaşımı ilə rekord qırıb.

arrow Ətraflı
"2026cı ildən TAP vasitəsilə əlavə qaz həcmləri nəql olunacaq" like
  • 28 Mar 16:56  
Digərləri "2026cı ildən TAP vasitəsilə əlavə qaz həcmləri nəql olunacaq"

2026-cı ildən etibarən Trans-Adriatik boru kəməri (TAP) ilə əlavə olaraq

arrow Ətraflı
Aynişanın ŞriLanka səfəri burnundan gəldi  VİDEO like
  • 28 Mar 16:48  
Şou-biznes Aynişanın ŞriLanka səfəri burnundan gəldi VİDEO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı

arrow Ətraflı
İrandan idxal olunan bibərdə zərərli orqanizm aşkarlandı like
  • 28 Mar 16:46  
Digərləri İrandan idxal olunan bibərdə zərərli orqanizm aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal o

arrow Ətraflı
Ana 15 yaşlı qızını kişi ilə tutdu: "Yataq otağında..."  Təfərrüat like
  • 28 Mar 16:44  
Kriminal Ana 15 yaşlı qızını kişi ilə tutdu: "Yataq otağında..." Təfərrüat

Abşeron rayonunda 15 yaşlı qıza qarşı əxlaqsız hərəkətlərdə ittiham

arrow Ətraflı
Erməniləri Bakıya kim buraxmır?  Xankəndidə saxlanılan "əsirlər"in like
  • 28 Mar 16:30  
Siyasət Erməniləri Bakıya kim buraxmır? Xankəndidə saxlanılan "əsirlər"in

Erməni hər yerdə ermənidir. Onun üçün zaman məfhumu da elə bir önəmli

arrow Ətraflı
"Həyat yoldaşım çox utancaq insandır" Afaq Bəşirqızı like
  • 28 Mar 16:24  
Şou-biznes "Həyat yoldaşım çox utancaq insandır" Afaq Bəşirqızı

"Taleyin hərdən çox gözlənilməz və sərt oyunları var. Bu oyuna qal

arrow Ətraflı
Azərbaycanda bu telekanal 12 nəfəri like
  • 28 Mar 16:20  
Digərləri Azərbaycanda bu telekanal 12 nəfəri

Azərbaycanın 2 idman kanalından biri olan CBC Sport-da 12 nəfər əməkdaş

arrow Ətraflı
Makronun reytinqi son dörd il ərzində minimuma düşdü like
  • 28 Mar 16:12  
Dünya Makronun reytinqi son dörd il ərzində minimuma düşdü

Fransa prezidenti Emmanuel Makronun reytinqi ölkədə aparılan pensiya islahat

arrow Ətraflı
Film səhnəsini xatırladan qəza  VİDEO like
  • 28 Mar 16:00  
Dünya Film səhnəsini xatırladan qəza VİDEO

ABŞ-da heyrətamiz qəza baş verib. Hərəkətdə olan avtomobilin təkəri di

arrow Ətraflı
"Sırf şənlənməklə inkişafa nail ola bilmərik" like
  • 28 Mar 15:49  
Kriminal "Sırf şənlənməklə inkişafa nail ola bilmərik"

"Şuşada bizim nəslin çox böyük mülkü olub. Mənfur düşmən o mül

arrow Ətraflı
Mask beyin çiplərini insanlar üzərində sınamaq istəyir like
  • 28 Mar 15:38  
Dünya Mask beyin çiplərini insanlar üzərində sınamaq istəyir

İlon Maskın əsasını qoyduğu "Neuralink" şirkəti beyinə implan

arrow Ətraflı
Portuqaliyada İslam mərkəzinə hücum olub, 2 nəfər ölüb like
  • 28 Mar 15:36  
Dünya Portuqaliyada İslam mərkəzinə hücum olub, 2 nəfər ölüb

Bu gün Portuqaliyanın paytaxtı Lissabon şəhərində yerləşən müsəlmanl

arrow Ətraflı