"Sırf şənlənməklə inkişafa nail ola bilmərik"


Kriminal 28 Mar 2023 15:49:00 161 0

"Sırf şənlənməklə inkişafa nail ola bilmərik"

"Şuşada bizim nəslin çox böyük mülkü olub. Mənfur düşmən o mülkü darmadağın edib. Demək olar ki, mülkdən əsər-əlamət qalmayıb. Ermənilər ulu babam Bəhmən Mirzə Qacarın evini də yandırıblar. Şuşada mənə yer versələr orada ev də tikib yaşayaram, müəllimlik peşəmlə də məşğul olaram. Süleyman Ələsgərov yaxşı edirdi, iyunda gedib, sentyabrda qayıdırdı. Allah rəhmət etsin, o Şuşanın bu gününü görmədən dünyadan köçdü. Çox arzulayıram ki, Şuşada Bakı Musiqi Akademiyasının filialını açaq. Yay fəslində orada ustad dərsləri keçək. Ən yaxşı professorları, ustadları akademiyaya dəvət edək. Şuşa beynəlxalq statusa layiqdir. Şuşa ilə bağlı saysız-hesabsız planlarımız var".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib.

"Akademiyamızda gənclər çıxış edirlər, onlara hər bir imkan yaradırıq. İdmançılar dünyada çıxış edib, bayrağımızı qaldırırlar. Həmçinin də musiqilərimiz dünyada uğurlu çıxışlar edirlər. Dünyanın hər bir yerində azərbaycanlı soyadı var. Gənclərə hər zaman dəstəyəm. Mənim atam da, babam da müəllim olublar. Bəşir Səfəroğlu, Nəsibə Zeynalova, Lütfəli Abdullayev və s. sənətkarlar atamın tələbələri olublar. Mən də çox fəxr edirəm ki, tələbəm, xalq artisti Murad Hüseynov Mədəniyyət Nazirliyinin müavini oldu. Digər bir tələbəm Murad Adıgözəlzadə uzun illərdir ki, Dövlət Filarmoniyasınn direktorudur. Bizim tələbələrimiz də çox aktivdirlər. Bütün musiqi festivallarında, müsabiqələrdə uğurla çıxış edib, yer qazanırlar. İş gedir, gedəcək də. Bu da müharibənin bir xəttidir. Mədəniyyət xəttidir. Müharibə qurtarmayıb, heç vaxt da bitməyəcək. Bunu bilməliyik və diqqətli olmalıyıq" deyə sənətkar bildirib.

Xalq artisti təəssüfləndiyi məqamlardan da danışıb.

"İfaçılıqla bağlı problemlərim olub. Hər zaman təəssüflənirəm ki, heyif ki, həmin bəstəkarların əsərlərini az ifa etdim. Sözün düzü bir az tənbəl oldum. Hər dəfə buna görə özümü qınayıram. Təqsir məndədir. Heç kim mənə mane olmayıb. 1991-ci ildən Bakı Musiqi Akademiyasına rəhbərlik edirəm. 44 yaşım var idi, bütün dünyanı gəzirdim. Etiraf edirəm ki, rektor kimi fəaliyyətim yaradıcılığıma mane olub" deyə sənətkar bildirib.

Sənətkar bildirib ki, gənclər musiqinin bütün janrları ilə məşğul olmalıdırlar.

"Yaddan çıxarmaq olmaz ki, bizim musiqimiz, muğamımız böyük sərvətimizdir. Üzeyir bəyin, Tofiq Quliyevin, Asəf Zeynallının əsərlərini öyrənmək, bilmək lazımdır. Əlbəttə, şou-biznes də lazımdır, şənlənmək də, oynamaq da lazımdır. Sırf şənlənməklə biz inkişafa nail ola bilmərik. Heç nə alınmayacaq" deyə sənətkar bildirib.

Son.az  

Mask beyin çiplərini insanlar üzərində sınamaq istəyir like
  • 28 Mar 15:38  
Dünya Mask beyin çiplərini insanlar üzərində sınamaq istəyir

İlon Maskın əsasını qoyduğu "Neuralink" şirkəti beyinə implan

arrow Ətraflı
Portuqaliyada İslam mərkəzinə hücum olub, 2 nəfər ölüb like
  • 28 Mar 15:36  
Dünya Portuqaliyada İslam mərkəzinə hücum olub, 2 nəfər ölüb

Bu gün Portuqaliyanın paytaxtı Lissabon şəhərində yerləşən müsəlmanl

arrow Ətraflı
Bu tarixdən quru sərhədlər açılacaq  Deputat like
  • 28 Mar 15:30  
Digərləri Bu tarixdən quru sərhədlər açılacaq Deputat

Dünən Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin

arrow Ətraflı
Naxçıvan sakinləri 57 min manata yaxın ƏDV məbləğini geri qalıb like
  • 28 Mar 15:27  
Digərləri Naxçıvan sakinləri 57 min manata yaxın ƏDV məbləğini geri qalıb

Naxçıvan Muxtar Respublikasında "ƏDV geri al" layihəsinin tətbiq

arrow Ətraflı
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları belə səs verə bilərlər like
  • 28 Mar 15:26  
Digərləri Azərbaycanda yaşayan Türkiyə vətəndaşları belə səs verə bilərlər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları mayın 5, 6 və 7-də burada y

arrow Ətraflı
Azərbaycanlı aktrisanın geyimini “başına qaxınc etdilər”  VİDEO  FOTO like
  • 28 Mar 15:16  
Şou-biznes Azərbaycanlı aktrisanın geyimini “başına qaxınc etdilər” VİDEO FOTO

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa və müğənni həyat yol

arrow Ətraflı
Qaradağda şirkətdə təhlükəli kranın fəaliyyəti dayandırılıb like
  • 28 Mar 15:08  
Digərləri Qaradağda şirkətdə təhlükəli kranın fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi v

arrow Ətraflı
Birgə yaşayışın vaxtı çatıb  Dini icma nümayəndələrindən Qarabağdakı ermənilərə müraciət like
  • 28 Mar 14:58  
Siyasət Birgə yaşayışın vaxtı çatıb Dini icma nümayəndələrindən Qarabağdakı ermənilərə müraciət

Vətən müharibəsində Zəfərimizin əldə olunmasında ölkəmizdəki tolera

arrow Ətraflı
Şakiranın yeni sevgilisi var like
  • 28 Mar 14:47  
Şou-biznes Şakiranın yeni sevgilisi var

Məşhur müğənni Şakira eks-sevgilisi, "Barselona"nın keçmiş m

arrow Ətraflı
Şəmkirdə 200 min manata civə satan şəxs tutuldu like
  • 28 Mar 14:36  
Kriminal Şəmkirdə 200 min manata civə satan şəxs tutuldu

Şəmkir rayonunda civə satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

arrow Ətraflı
İlham Əliyev: Yeni idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir like
  • 28 Mar 14:30  
Siyasət İlham Əliyev: Yeni idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir

Demək olar ki, indi bu təyinatdan sonra azad edilmiş əksər rayonlarda məni

arrow Ətraflı
Prezident: Biz Laçın və Kəlbəcərin su ehtiyatları hesabına böyük enerji mənbəyi yaradacağıq like
  • 28 Mar 14:29  
Siyasət Prezident: Biz Laçın və Kəlbəcərin su ehtiyatları hesabına böyük enerji mənbəyi yaradacağıq

Biz Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərə

arrow Ətraflı
İlham Əliyev: Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır like
  • 28 Mar 14:28  
Siyasət İlham Əliyev: Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır

Bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmal

arrow Ətraflı