Bakıya millinin futbolçuları ilə eyni təyyarədə qayıdan səfir:


Digərləri 28 Mar 2023 12:20:00 161 0

Bakıya millinin futbolçuları ilə eyni təyyarədə qayıdan səfir:

Futbol üzrə Azərbaycan millisinin İsveç yığmasına 0:5 hesablı biyabırçı məğlubiyyəti sosial şəbəkələrin əsas müzakirə mövzularındandır. Əksəriyyət baş məşqçi De Byazinin "əla oynadıq" fikirlərini tənqid edərkən, digərləri AFFA-nın laqeyidliyinə, futbolçuların hazırlıqsız olmasına diqqət çəkiblər.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, müzakirəyə qoşulanlar sırasında Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev də var.

Səfir arxa-arxaya iki oyundur uduzan millinin məğlubiyyətini tənqid edərək, 18 il əvvəlki oyunda 0:8 hesablı məğlubiyyəti xatırladıb:

"Deməli, milli komandamız dünən də 5-0 uduzdu. İsveçə. Qürrələnməli məsələ deyil. Amma gərək olanı yazasan. Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 8-0 hesabı ilə məğlub olduq.

VİP lojada Polşanın müdafiə naziri V.Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub:

- Bu futboldur, - dedi. - Hər dəqiqə hər şey dəyişə bilər.

Dördüncü qol vurulanda isə:

- Futbol boş şeydir, - deyə ürək-dirək verdi. - Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan.

Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən o da oyuna görə xəcalət çəkirdi.

Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil 8-0 uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən - dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar.

Yanaşı oturduğumuz məşqçi Novruz Diniyev isə guya özünə haqq qazandırırmış kimi:

- Uduzacağımızı bilirdim. Amma day belə hesabla yox...-dedi.

Uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan...

Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir..."

Son.az 

Restoranlarda iftar qiymətləri like
  • 28 Mar 12:13  
Digərləri Restoranlarda iftar qiymətləri

Mart ayının 23-dən etibarən müqəddəs Ramazan ayı başlayıb.

arrow Ətraflı
Ruslar irəliləyir: “Vaqner” Baxmutun mərkəzində like
  • 28 Mar 12:02  
Digərləri Ruslar irəliləyir: “Vaqner” Baxmutun mərkəzində

Ruslar Baxmutun mərkəzinə doğru irəliləyib.

arrow Ətraflı
“Bircə onu düşünürlər ki, məşhurlaşaq, fəxri ad alaq..." like
  • 28 Mar 11:51  
Şou-biznes “Bircə onu düşünürlər ki, məşhurlaşaq, fəxri ad alaq..."

"Kinoya çəkilənə qədər artıq 6 il idi ki, teatrda çalışırdım. T

arrow Ətraflı
Makron həyasızcasına yalan danışa bilir like
  • 28 Mar 11:40  
Dünya Makron həyasızcasına yalan danışa bilir

Bütün Fransa və Avropanın siyasi kəsimi Makronu və saatı müzakirə edir.

arrow Ətraflı
Astarada ETİRAZ: "Müəllim işdən çıxarılsın" like
  • 28 Mar 11:29  
Digərləri Astarada ETİRAZ: "Müəllim işdən çıxarılsın"

Astara rayonunun Motalayataq kənd sakinləri Sarvan Qurbanov adına kənd ort

arrow Ətraflı
Düşmən HİMARSdan qaçır: like
  • 28 Mar 11:18  
Dünya Düşmən HİMARSdan qaçır:

Ukrayna Silahlı Qüvvələri atışların intensivliyini azaltmaq üçün rusla

arrow Ətraflı
Trans silahla məktəbə hücum etdi like
  • 28 Mar 11:15  
Dünya Trans silahla məktəbə hücum etdi

ABŞ-da cinsi azlığın nümayəndəsi Tennessi ştatının Neşvill şəhəri

arrow Ətraflı
Ekvadorda torpaq onlarla insanı “uddu” like
  • 28 Mar 11:07  
Dünya Ekvadorda torpaq onlarla insanı “uddu”

Ekvadorun mərkəzindəki Alausi şəhərində torpaq sürüşməsi nəticəsind

arrow Ətraflı
Moskvada Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyevanın adından iftar verilib  FOTO like
  • 28 Mar 11:02  
Siyasət Moskvada Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyevanın adından iftar verilib FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə

arrow Ətraflı
12 gün əvvəl itkin düşən 90 yaşlı kişinin meyiti tapıldı like
  • 28 Mar 10:52  
Digərləri 12 gün əvvəl itkin düşən 90 yaşlı kişinin meyiti tapıldı

Mingəçevirdə itkin düşən 90 yaşlı kişinin meyiti tapılıb.

arrow Ətraflı
“Gumush Residence”dən inanılmaz kampaniya: like
  • 28 Mar 10:50  
Digərləri “Gumush Residence”dən inanılmaz kampaniya:

Şəhərimizin premium yaşayış komplekslərindən biri olan "Gumush Resi

arrow Ətraflı
Tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir like
  • 28 Mar 10:47  
Digərləri Tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir

2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Azərbaycan O

arrow Ətraflı
Bura Ukraynanın qalasıdır, ruslar 9 ildir ala bilmir like
  • 28 Mar 10:45  
Digərləri Bura Ukraynanın qalasıdır, ruslar 9 ildir ala bilmir

Rusiya qoşunları Donetsk vilayətinin Avdeyevka yaxınlığında hücumların�

arrow Ətraflı