“Bircə onu düşünürlər ki, məşhurlaşaq, fəxri ad alaq..."


Şou-biznes 28 Mar 2023 11:51:00 181 0

“Bircə onu düşünürlər ki, məşhurlaşaq, fəxri ad alaq..."

"Kinoya çəkilənə qədər artıq 6 il idi ki, teatrda çalışırdım. Teatr mənim həyatımdır. Həyatımı bu sənətə həsr etmişəm. Kino isə məhəbbətimdir. Mən kinonu sevirəm, kino mənim üçün bir aləmdir. Hər zaman deyirəm ki, teatrda edə bilmədiyimi, kinoda edə bilərəm. Çünki kinonun şəraiti və imkanları genişdir. Əgər tək teatrda qalsaydım, teatr aktyoru kimi inkişaf edəcəkdim, amma necə inkişaf edəcəkdim, necə aktyor olacaqdım? Bax bunu kino təsdiq etdi. Kinoya çəkiləndən sonra teatrda mənə qarşı münasibət sözün yaxşı mənasında dəyişdi".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Hacı İsmayılov deyib.

"O zaman bizim teatrda çox görkəmli aktyorlar fəaliyyət göstərirdi. Onlar Azərbaycan teatr sənətinin inkişafında böyük rolları olmuş sənətkarlar idi. Sözsüz ki, biz onların yanında çəkinirdik. Onların da münasibəti bizə belə idi ki, görəsən bunlardan aktyor olacaq?! İndi də o fikir var. İndiki cavanlar bizim dövrün cavanları deyil. İndikilər daha çox cəsarətlidirlər, iddialıdırlar. Hərdən deyirəm ki, iddianı azaltsınlar. Gərək bu sənəti sevəsən. Zəhmət çəkəsən. İndikilər zəhməti sevmirlər. İddiaları çoxdur ki, tez fəxri ad alaq, məşhurlaşaq. Onları heç qınamaq da lazım deyil. Zəmanə çünki belədir. Amma mən onların bir çoxunda böyük istedad görürəm. Bir şeyə sevinirəm ki, biz yaşlı nəsildən sonra gələn nəsil uğurlu bir nəsil olacaq" deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, tanınmaq ən böyük arzusu olub.

"Cavan olanda hər zaman arzu edirdim ki, tamaşaçılar məni də bir aktyor kimi tanısınlar. Cavanlıqda deməzdim ki, buna nail oldum. Məşhurluğum "Ad günü" filmindən sonra başladı. Görkəmli rejissorumuz Rasim Ocaqov bu filmi çəkəndə təsəvvür etmirdik ki, film bu qədər uğur qazana bilər?! Çox şükür ki, uğurlu oldu. Rasim Ocaqov çox ciddi, məsuliyyətli, peşəkar rejissor idi. Çox vaxt aktyorlar cəsarət etmirdi ki, onun filmlərində improvizə etsinlər. O həmişə deyirdi ki, "mənə nə lazımdırsa, onu et". Artıq improvizələri montajla çıxarırdı. "Həm ziyarət, həm ticarət" filmində güzgü qabağında məşq etdiyim səhnə böyük bir monoloq idi. Amma sözlərimi bir dəfəyə deməli idim. Fikirləşdim, dedim ki, "Rasim müəllim, gəlin bu monoloqu iki yerə bölək". Dedim ki, əvvəl Mustafa maykada güzgünün qabağında dayanıb məşq edir. Ondan sonra Həsən Məmmədovla bağlı bir epizod var, o ortaya girir. Sonra söhbət gedir ki, mən televiziyada çıxış edəcəyəm. Dedim ki, ikinci dəfə də bu monoloqu çəkəndə mən qastukda, pencəkdə olum. Rasim müəllim məsləhətə qulaq asdı. Deyərdim ki, bu səhnə filmin ən yaddaqalan səhnələrindən biridir" deyə sənətkar bildirib.

Son.az  

Makron həyasızcasına yalan danışa bilir like
  • 28 Mar 11:40  
Dünya Makron həyasızcasına yalan danışa bilir

Bütün Fransa və Avropanın siyasi kəsimi Makronu və saatı müzakirə edir.

arrow Ətraflı
Astarada ETİRAZ: "Müəllim işdən çıxarılsın" like
  • 28 Mar 11:29  
Digərləri Astarada ETİRAZ: "Müəllim işdən çıxarılsın"

Astara rayonunun Motalayataq kənd sakinləri Sarvan Qurbanov adına kənd ort

arrow Ətraflı
Düşmən HİMARSdan qaçır: like
  • 28 Mar 11:18  
Dünya Düşmən HİMARSdan qaçır:

Ukrayna Silahlı Qüvvələri atışların intensivliyini azaltmaq üçün rusla

arrow Ətraflı
Trans silahla məktəbə hücum etdi like
  • 28 Mar 11:15  
Dünya Trans silahla məktəbə hücum etdi

ABŞ-da cinsi azlığın nümayəndəsi Tennessi ştatının Neşvill şəhəri

arrow Ətraflı
Ekvadorda torpaq onlarla insanı “uddu” like
  • 28 Mar 11:07  
Dünya Ekvadorda torpaq onlarla insanı “uddu”

Ekvadorun mərkəzindəki Alausi şəhərində torpaq sürüşməsi nəticəsind

arrow Ətraflı
Moskvada Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyevanın adından iftar verilib  FOTO like
  • 28 Mar 11:02  
Siyasət Moskvada Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyevanın adından iftar verilib FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə

arrow Ətraflı
12 gün əvvəl itkin düşən 90 yaşlı kişinin meyiti tapıldı like
  • 28 Mar 10:52  
Digərləri 12 gün əvvəl itkin düşən 90 yaşlı kişinin meyiti tapıldı

Mingəçevirdə itkin düşən 90 yaşlı kişinin meyiti tapılıb.

arrow Ətraflı
“Gumush Residence”dən inanılmaz kampaniya: like
  • 28 Mar 10:50  
Digərləri “Gumush Residence”dən inanılmaz kampaniya:

Şəhərimizin premium yaşayış komplekslərindən biri olan "Gumush Resi

arrow Ətraflı
Tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir like
  • 28 Mar 10:47  
Digərləri Tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir

2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Azərbaycan O

arrow Ətraflı
Bura Ukraynanın qalasıdır, ruslar 9 ildir ala bilmir like
  • 28 Mar 10:45  
Digərləri Bura Ukraynanın qalasıdır, ruslar 9 ildir ala bilmir

Rusiya qoşunları Donetsk vilayətinin Avdeyevka yaxınlığında hücumların�

arrow Ətraflı
Heydər Əliyev Mərkəzində türkiyəli rəssam Devrim Erbilin sərgisi açılacaq like
  • 28 Mar 10:43  
Kriminal Heydər Əliyev Mərkəzində türkiyəli rəssam Devrim Erbilin sərgisi açılacaq

Aprelin 13-də Heydər Əliyev Mərkəzində türkiyəli rəssam Devrim Erbilin

arrow Ətraflı
Dövlət Təhlükəsizliyi Xidməti öz peşəkarlığının zirvəsindədir like
  • 28 Mar 10:41  
Siyasət Dövlət Təhlükəsizliyi Xidməti öz peşəkarlığının zirvəsindədir

Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərind�

arrow Ətraflı
Taksi sürücüsü sərnişini zorlayıb maşından atdı like
  • 28 Mar 10:34  
Digərləri Taksi sürücüsü sərnişini zorlayıb maşından atdı

Leninqrad vilayətində şəxsi maşını ilə taksi xidməti göstərən sürü

arrow Ətraflı
Rusiya İrəvanı "VURMAĞA" BAŞLADI like
  • 28 Mar 10:27  
Siyasət Rusiya İrəvanı "VURMAĞA" BAŞLADI

Qarabağda yaşanan son hadisələr, Azərbaycan ordusunun Rusiya sülhməraml�

arrow Ətraflı