Polkovnik: Terror və təxribatlar İranErmənistan qardaşlığının ortaq təməlidir
Digərləri 24 Mar 2023 11:14:00 267 0
Terror və təxribatlar İran-Ermənistan qardaşlığının ortaq təməlidir. Bu, İranla Ermənistan arasında dostluq və qardaşlıq münasibətlərinin göstəricisidir.
Bu xəbəri də oxu: Qərbi azərbaycanlıların qayıdış tələbi beynəlxalq təşkilatların gündəliyində yer almalıdır
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov söyləyib.
Hər iki ölkənin Azərbaycana yönələn terrorçu fəaliyyəti ilə diqqət çəkdiyini vurğulayan polkovnik bildirib: "Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəlindən ölkəmizə qarşı həyata keçirdiyi işğal siyasəti otuz il davam edib və 44 günlük Vətən müharibəsi ilə nəticələnib. Azərbaycan müharibə nəticəsində işğal altındakı torpaqlarını azad edib, ərazi bütövlüyümüz təmin olunub. Lakin müharibədən iki ildən çox vaxt ötsə də, Ermənistan terror və təxribatlarından əl çəkmir.
Maraqlıdır ki, hər zaman Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən İran Vətən müharibəsindəki şanlı Qələbəmizdən sonra bizə qarşı daha açıq aqressiv münasibət bəsləməyə başlayıb. Azərbaycan sərhədlərində böyük hərbi təlimlərin keçirilməsi, terror dövləti olan Ermənistana iqtisadi-siyasi dəstəyin artırılması, Tehrandakı səfirliyimizə qarşı terror hücumunun təşkili və digər məsələlər İranın ölkəmizə qarşı məkrli niyyətindən xəbər verir. Təkcə bir faktı vurğulayaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) son bir neçə ayda İrana məxsus bir neçə casus şəbəkəsini ifşa edib. DTX tərəfindən deşifrə edilən İran casuslarının çoxluğu rəsmi Tehranın ölkəmizə düşmən münasibətinin göstəricisidir. İran ölkəmizə qarşı casus fəaliyyətini müxtəlif mədəniyyət mərkəzləri, dini mərkəzlər və digər adlar altında həyata keçirməyə çalışıb".
Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, hazırda İran Ermənistanla münasibətləri inkişaf etdirməyə, onu hərbi və iqtisadi baxımdan yenidən dirçəltməyə səy göstərir. Məqsəd Ermənistanı Azərbaycanla yeni münaqişəyə cəlb etmək, bölgədə daha bir hərbi qarşıdurmanın baş verməsinə nail olmaqdır. İranla Ermənistan arasında qarşılıqlı səfərlərin artması, konsulluq fəaliyyətinin genişlənməsi rəsmi Tehranın həm də anti-İslami fəaliyyətindən xəbər verir. Otuz il ərzində torpaqlarımızın işğal altında qalmasına susan, məscidlərimizin dağıdılmasını, tövləyə çevrilməsini laqeydliklə seyr edən, Qarabağın talanmasının yaxın iştirakçısı olan İran bu gün də erməni təəssübkeşliyi mövqeyindən çıxış edir, terror dövlətinə hamilik göstərir.
Ermənistan rəhbərliyinin son günlərdə Azərbaycana qarşı artan təcavüz
Rusiya vətəndaşlığı olan Hollivud aktyoru Stiven Siqal ölkədə içki sat
Bakıda bahalı avtomobilin dövlət qeydiyyat nişanını oğurlayan şəxs sax
Azərbaycan Respublikasının vətəndaşlarına qarşı törədilmiş sülh və
Moskvada 4-cü sinif şagirdi həmyaşıdını "gey" adlandıraraq onu
Türkiyədə güclü yanğın olub.
Amerika repçi "Tekashi 6ix9ine" (Deniel Ernandes) Cənubi Floridada�
"Azərbaycanın İranla yetərincə uzun sərhədi var ki, onu qorumaq gər
Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Co Baydeni trollayıb.
Türkiyəli müğənni Seda Sayan eşitmə qabiliyyətini itirib.
İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri bölgəsində 5,6 maqnitu
Ürək problemlərinin simptomları troid vəzlə bağlı ola bilər.
Kolumbiyalı müğənni Şakiranın anası Nidia Ripol xəstəxanaya yerləşdir
Xalq artisti Brilliant Dadaşova toylarda ifa etdiyi mahnılardan danışıb.