Ermənistan bölgədə vəziyyəti qəsdən gərginləşdirir XİN
Siyasət 24 Mar 2023 11:12:00 258 0
Ermənistan rəhbərliyinin son günlərdə Azərbaycana qarşı artan təcavüzkar ritorikasını qətiyyətlə pisləyirik.
Bu xəbəri də oxu: Ərdoğan İlham Əliyevə zəng edib
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan prezidenti Vahaqn Xaçaturyan tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialarla bağlı yerli medianın sualına cavab olaraq bildirib.
"Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi istiqamətində artan beynəlxalq səyləri heçə sayan bu kimi bəyanatlar bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsinə xidmət edir.
Həm işğal dövründə, həm də 2020-ci il müharibəsindən sonrakı dövrdə təcrübə göstərib ki, Ermənistan tərəfi adətən hərbi təxribatlar törətməzdən əvvəl, məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmaq məqsədilə bu kimi kütləvi dezinformasiya kampaniyası həyata keçirir.
Azərbaycanlılara qarşı 30 il müddətində etnik təmizləmə və kütləvi qırğınlar törətmiş, ərazilərini 30 il müddətində işğal altında saxlamış, şəhər və kəndləri viran qoymuş Ermənistanın rəhbərliyinin Azərbaycanı etnik təmizləmədə və müharibə ritorikasında təqsirləndirməsi saxtakarlıq nümunəsidir.
Bölgədə sülhün bərqərar olması üçün Ermənistan rəhbərliyi təcavüzkar ritorikadan əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərə son qoymalıdır", - deyə o əlavə edib.
Rusiya vətəndaşlığı olan Hollivud aktyoru Stiven Siqal ölkədə içki sat
Bakıda bahalı avtomobilin dövlət qeydiyyat nişanını oğurlayan şəxs sax
Azərbaycan Respublikasının vətəndaşlarına qarşı törədilmiş sülh və
Moskvada 4-cü sinif şagirdi həmyaşıdını "gey" adlandıraraq onu
Türkiyədə güclü yanğın olub.
Amerika repçi "Tekashi 6ix9ine" (Deniel Ernandes) Cənubi Floridada�
"Azərbaycanın İranla yetərincə uzun sərhədi var ki, onu qorumaq gər
Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Co Baydeni trollayıb.
Türkiyəli müğənni Seda Sayan eşitmə qabiliyyətini itirib.
İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri bölgəsində 5,6 maqnitu
Ürək problemlərinin simptomları troid vəzlə bağlı ola bilər.
Kolumbiyalı müğənni Şakiranın anası Nidia Ripol xəstəxanaya yerləşdir
Xalq artisti Brilliant Dadaşova toylarda ifa etdiyi mahnılardan danışıb.