Mütəxəssis Ramazan üçün düzgün qidalanma qaydalarını açıqlayıb
Digərləri 23 Mar 2023 00:31:00 701 0
"Ramazan ayında balanslı və sağlam qidalanmaq çox önəmlidir. Yəni, həmin müddətdə düzgün, balanslı və keyfiyyətli qidalanmaq tövsiyə olunur".
Bu xəbəri də oxu: Qatarın altına düşüb ölən tələbə şəhid qardaşı imiş FOTO
Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisi Aynur Həsənova deyib.
AQTİ mütəxəssisinin sözlərinə görə, builki Ramazan ayı yaz fəslinə təsadüf etdiyindən aclıq və susuzluq nisbətən çox hiss oluna bilər:
"Bu səbəbdən imsak və iftar vaxtında tərkibində maye olan qidalara üstünlük verilməli, fasilələrlə qidalanmaq daha faydalıdır. Orqanizmin ehtiyacı olan vitamin və mineralların yetəri miqdarda balanslı olaraq qəbulu mühümdür. Belə qidaların yetəri qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir və insan özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti zəifləyir".
O bildirib ki, nəinki Ramazan ayının imsakında, eləcə də adi günlərdə də səhər yeməyi mütləqdir:
"Əgər imsak zamanı düzgün qidalansaq, o zaman günboyu həm su, həm də enerji balansı qorunmuş olar, yorğun və halsız olmarıq. İmsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verilməsi tövsiyə olunur. Həzm problemi yaşamamaq, qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan istifadə artırılmalıdır. Belə ki, imsak zamanı yumurta, süd məhsulları, yulafdan hazırlanan qidalar qəbul edilsə, toxluq hissi daha uzunmüddətli olur. Duzlu və ədviyyatlı qidaları menyudan çıxarmaq məsləhətdir. Çünki həmin yeməklər susuzluq yaradır".
İmsakda bayat yemək qəbulunun narahatlığa səbəb ola biləcəyinə diqqət çəkən A.Həsənova vurğulayıb ki, bir neçə xurma yemək insanı gün ərzində tox saxlayır:
"Xurmanın tərkibi meyvə şəkəri, zülal, karbohidrat və lif baxımından olduqca zəngindir.
Orucu ilıq su ilə açmaq lazımdır. Daha sonra xurma yemək uyğundur. İftarda birbaşa quru qidanın qəbulu həzm problemi yarada bilər. İlk olaraq sulu qida qəbulu məsləhətdir. Qəbul edilən qidalar da yaxşı çeynənməlidir ki, həzmdə problem yaranmasın. Normadan artıq və fasiləsiz qidalanma ziyandır. Əsas yeməklərdən bir neçə çeşid varsa, birinə üstünlük verilməlidir".
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
"7 canlı" verilişinin aparıcısı Vüsalə Əlizadə Oqtay Əliyevi
Ötən gün qatı duman səbəbindən yolunu azaraq, Azərbaycan ərazisinə ke�
Kanada alimləri belə qənaətə gəliblər ki, pivə kişilərdə insult riski
Moskvada yol polisi əməkdaşları İNTERPOL xətti ilə axtarışda olan 36 ya
Bu gün qəzada dünyasını dəyişən əməkdar mədəniyyət işçisi, prodü
Martın 22-də axşam saatlarında Ağdərə rayonu ərazisində qanunsuz ermən
Nəfəs alarkən döş qəfəsi içində kəskin ağrı həyati təhlükəsi ola
"Hazırda Dilarə xanımın yanındayam. O, topuğundan zədə alıb".
Türkiyə 26 iranlı məhbusu ölkəsinə təhvil verib.
Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüse
Sosial şəbəkələrdən istifadəni gündə 15 dəqiqə azaltmaq immuniteti ya
Moldova prezidenti Maya Sandu dövlət dilini Moldova dilindən rumın dilinə d
Xəbər verdiyimiz kimi, bu gün Saray qəsəbəsi ərazisində baş verən dəh