Paşinyan bu məbləğə görə Rusiyaya meydan oxuyur?


Siyasət 18 Mar 2023 09:46:00 170 0

Paşinyan bu məbləğə görə Rusiyaya meydan oxuyur?

İsveçrənin ən məşhur və etibarlı banklarından sayılan "Credit Suisse"də Ermənistanın yüzlərlə vətəndaşının hesabları aşkarlanıb. Həmin hesabların arasında məxfi olanlara yatırılan pulların izi Ermənistanın sabiq, habelə, indiki rəhbərliyinə gedib çıxır. Maraqlıdır ki, məhz bu hesablara astronomik məbləğdə pullar yatırılandan sonra Ermənistanın hakimiyyət dairələrində aşkar anti-Rusiya ritorikası güclənib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Sürix, "Paradelplatz" meydanı. Böyüklüyünə və nüfuzuna görə UBS-dən sonra İsveçrənin ikinci bank konqlameratı sayılan "Credit Suisse Group" bankının mənzil-qərargahının yerləşdiyi bina.

2011-ci ildən etibarən qlobal bank sistemində ən əhəmiyyətli banklardan birinə çevrilən "Credit Suisse"də yüz minlərlə insanın, şirkətin və təşkilatın hesabları, az qala trilyonlarla dollar vəsait var.

O pullarla hesabların arasında Ermənistanın 500 vətəndaşına təqribən 400 bank hesabı məxsusdur.

Hesabların total əksəriyyəti iş adamları və şirkətlərin vəsaitinin toplandığı akkauntlar olsa da, bəzi hesablar məxfidir.

Ermənistanın sabiq dövlət başçısı Armen Sarqsyan və onun bacısı Karine Sarqsyanın hesabları kimi.

A.Sarqsyan hələ Ermənistanın Britaniyadakı səfiri postunda çalışanda onun sözügedən bankdakı hesabında ən azı 10 milyon İsveçrə frankı vardı.

Anonim mənbə Ermənistan vətəndaşlarının, xüsusilə də bu ölkənin rəhbərliyinin gizli hesabları barədə məlumatlar verməyə razılaşıb.

Armen Sarqsyanın 2016-cı ilədək fəaliyyətdə olmuş hesabından o, sürəkli istifadə edib. Lakin sonradan o, bəhs etdiyimiz hesabı qapadaraq ofşor zonasında qeydə alınmış şirkətlərin adına rəsmiləşdirilmiş daha 3 hesab açıb.

İsveçrə banklarından birində hesab açmaq və həmin hesaba pul yatırmaq, təbii ki, cinayət deyil. Amma bu maliyyə vəsaitini vergilərdən yayındırmaq, gizlətmək, çoxsaylı ofşor şirkətlərin hesablarına paylayaraq iz itirməyə çalışmaq cinayətdir.

Armen Sarqsyan 2018-ci ilin aprelin 18-də Ermənistan prezidenti postuna seçiləndən sonra həmin hesablar barədə heç bir məlumat verməyib, heç nə olmayıbmış kimi davranıb.

O, 2022-ci ilin yanvarın 23-də qəflətən vəzifəsindən istefa verəndən sonra da "Credit Suisse"dəki hesabları barədə açıqlama verməyib, maliyyə vəsaitini bəyan etməyib.

Üstəlik, o, Sent-Kit və Nevis adalarının vətəndaşlıq pasportu da daşıdığından, gizli hesabların bir qisminin o pasportla rəsmiləşdirildiyi də istisna deyil.

Belə ki, Ermənistanda 2011-ci ilin mayın 26-da qəbul olunmuş "İctimai qulluq haqqında" qanuna və Ermənistan hökumətinin 2011-ci ilin dekabrın 15-i tarixli 1819 saylı qərarına görə, A.Sarqsyan əmlakı və maliyyə vəsaiti barədə vergi bəyannaməsi təqdim edəndə "cəmi" 8 milyon ABŞ dollarına malik olduğunu yazmışdı.

Sonralar, A.Sarqsyan Ermənistanın dövlət başçısı olanda həmin məbləğ kağız üzərində fasiləsiz azalıb. Halbuki, reallıqda məbləğ onlarla yox, yüzlərlə dəfə artıb. Artımın mənşəyi, yüz milyonlarla dolların sonradan milyardlarla dollara, daha dəqiq olsaq, 8,4 milyard dollara çevrilməsi barədə isə A.Sarqsyan susub.

Süküt indi də davam edir.

Qanunsuz gəlirləri, sirli milyardları və bank hesabları barədə sualları cavablamaqdan boyun qaçıran A.Sarqsyan sadəcə bildirib ki, Ermənistanın Britaniyadakı səfiri vəzifəsini tamamilə ödənişsiz əsaslarla ("pro-bono") icra edib, üstəlik "öz şəxsi vəsaitini sərf edib": "Vəzifəli şəxslərin belə hallarda gəlir və vergi bəyannamələri təqdim etməli olmaları barədə dəqiq qaydalar yoxdur. Ermənistanın digər "pro-bono" işləmiş vəzifəli şəxsləri də bəyannamələr verməmişdilər".

"Credit Suisse" bankında A.Sarqsyanın 3 hesabının olması artıq dəqiq faktdır.

Bu bankda 1997-ci ildə Ermənistan vətəndaşı Nina Minasyanın adına da hesab açılıb və ilkin vəsait qismində ora 10 milyon İsveçrə frankı yatırılıb.

Adi prosedur sayıla bilər, lakin həmin dönəmdə N.Minyasanın, sənədlərə görə, 14 yaşı vardı.

14 yaşlı erməni qızın 10 milyon İsveçrə frankını necə və hansı yollarla əldə etməsi suallar doğurur. Lakin məbləğin mənşəyi barədə heç bir açıqlama verilməyib.

Hazırda N.Minasyanın hesabında 106 milyon İsveçrə frankı var.

Nina Minasyan real insandır. O, Ermənistandakı "VivaCell-MTC" mobil rabitə şirkətində 2014-cü ilədək çalışıb, sonra İrəvanı tərk edərək İsveçrəyə yollanıb.

Nina Minasyan indi də İsveçrədə yaşayır.

Maraqlı olan onun atasının adıdır: "Robert".

Nina Minasyanın adına hesab 1997-ci ilin mart ayında açılıb.

Robert Köçəryan 1997-ci ilin martında Ermənistanın baş naziri "təyin" edilib.

Nina Minasyanın böyük oğlunun adının Sedrak olduğu vurğulanır.

Robert Köçəryanın atasının adı Sedrakdır.

Ən nəhayət, Robert Köçəryanın hələ 1981-ci ildə Əsgəran sakini Tosxik Gevorkovna Zakaryanla (rəsmən ərə gedəndən sonra Tsoxik Minasyan olub) qeyri-rəsmi nikahda yaşadığı deyilirdi.

106 milyon İsveçrə frankı çox "qəribə" şəkildə, "təsadüfən" oğluna Robert Köçəryanın atasının adını verən, sənədlərdə isə özünün atasının adı "Robert" göstərilən Nina Minasyanın yalnız bir hesabda olan vəsaitidir.

Belə hesabların minimum 8 olduğu, həmin hesablarda təxminən 12 milyard İsveçrə frankının akkumulyasiya edildiyi iddia olunur.

Ninanın anası Tsoxikə gəldikdə isə o, 22 il Ermənistan Dövlət Əmlak Komitəsində çalışıb, 2021-ci ilədək daxil audit şöbəsinə rəhbərlik edib. İki il əvvəl işdən çıxan T.Zakaryan Ermənistanı tərk edib.

Nina və anası indi İsveçrənin Bern şəhərində yaşayırlar.

"Təsadüf"ə baxın ki, Robert Köçəryanın Avropa İttifaqı ölkələrindəki şirkətlərindən 8-i məhz Bern şəhərində rəsmi qeydiyyatdan keçirilib və o şirkətlərdən də 4-nün idarə heyətinin sədri kağız üzərində "Z.Minassian" kimi göstərilmiş şəxsdir.

Jurnalist fəaliyyətinə İrəvandakı "Dpryutyun" qəzetində başlayan, sonralar "Lragir", "Lragir-or", "Molorak" qəzetlərində çalışan, "Oragir" qəzetini yaradıb baş redaktor olan Nikol Paşinyan indi transparentlikdən, korrupsiya ilə mübarizədən, ləyaqətdən və şərəfdən danışmağı çox sevir.

Lakin 2004-cü ilin noyabrında İrəvanın mərkəzində, N.Paşinyanın baş redaktor olduğu "Haykakan Jamanak" qəzetinin redaksiyasının yaxınlığında onun avtomobilinin partladılmasını ermənilər unutmayıblar.

Paşinyan bu partlayışda Ermənistanın ən zəngin iş adamlarından biri, "Çiçəklənən Ermənistan" Partiyasının sədri, oliqarx Qagik Sarukyanı suçlamışdı.

Sarukyan da ittihamları rədd etmişdi.

"Ulaq Dado" ləqəbi ilə tanınan Q.Sarukyan, halbuki, gerçəkdən də Paşinyana nifrət edirdi, indi də belədir.

Buna rəğmən o, Ermənistanın kurort şəhəri sayılan Saxkadzorda (əsl adı Dərəçiçəkdir - müəl.) 4 hektar ərazidə ağacları kəsərək villa inşa etdirmişdi və bundan xəbər tutaraq oliqarxı "kompromat"la şantaj etmiş N.Paşinyana 50 min dollar verməyə razılaşmışdı.

Məbləğ N.Paşinyanın İsveçrədəki hesabına köçürülmüşdü.

Həmin hesabda sonrakı illərdə, daha doğrusu, 2013-cü ilədək təqribən 16,5 milyon İsveçrə frankı toplandı.

2013-cü ildə hesab qapadıldı, əvəzində müxtəlif şəxslərin şirkətlərin adlarına 12 bank hesabı açıldı.

Təqribi hesablamalara görə, sözügedən hesablarda hazırda 9 milyard dollara yaxın vəsait var və son transfer isə 123,2 milyon dollar olub. Transfer təqribən 71 şirkətin ödənişləri, köçürmələri və tədiyyələri qismində rəsmiləşdirilərək sonradan 13 şirkətin hesablarına yatırılıb.

Bəhs olunan şirkətlərin istisnasız olaraq hamısı ofşor bölgələrində rəsmi qeydiyyata alınmış strukturlardır.

Bundan başqa, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın İsveçrə "Credit Suisse" bankındakı şəxsi hesabına 1 milyon dollar köçürməsi ilə bağlı sənədlər də var.

Pul köçürməsi elektron şəkildə həyata keçirilib.

A.Akopyan dəfələrlə İsveçrədə səfərdə olub və nəzərə alsaq ki, Nikol Paşinyanın müxtəlif adlarla rəsmiləşdirdiyi şirkətlərin də hesablarının çoxu məz bu ölkədəki banklardadır - qanunauyğunluqları sezmək çətin deyil.

Nikol Paşinyanın bank hesablarına ən son transferlərdən sonra Ermənistanın baş nazirinin ritorikasının dəyişməsi, onun açıqlamalarında aqressiya və sərtliyin artması da "təsadüf" sayıla bilər.

Ermənistan hakimiyyətinin rəhbərinin məhz yeni maliyyə köçürməsindən sonra xarici siyasət kursunda zahirən də olsa, dəyişkliklər etməyə başlamasının tam əlaqəli proseslər, bir-birini tamamlayan hadisələr olmasıı iddia etmirik.

Lakin Ermənistan hakimiyyətinin mahiyyəti dəyişməzdir: ölkəni idarə edənlər həmişə merkantil maraqlarını ermənilərin mənafelərindən üstün tutublar.

İrəvanda iqtidarlar dəyişsə də, təməl içgüdüyə çevrilmiş tamah ünsürü stabildir.

İƏT dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb like
  • 18 Mar 09:35  
Siyasət İƏT dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurası d

arrow Ətraflı
Keçmiş məhkumdan marixuana tapıldı  FOTO like
  • 18 Mar 09:22  
Kriminal Keçmiş məhkumdan marixuana tapıldı FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ər

arrow Ətraflı
İƏT XİN Şurası Azərbaycanın irəli sürdüyü 5 qətnaməni qəbul edib like
  • 18 Mar 09:10  
Siyasət İƏT XİN Şurası Azərbaycanın irəli sürdüyü 5 qətnaməni qəbul edib

6-17 mart 2023-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xari

arrow Ətraflı
"Yasak elma"dakı səhnəsini ələ saldı  Ölüm anım mənə çox yersiz gəldi like
  • 18 Mar 09:09  
Digərləri "Yasak elma"dakı səhnəsini ələ saldı Ölüm anım mənə çox yersiz gəldi

Türkiyəli aktyor Bekir Aksoy "Yasak elma" serialından qalmaqallı �

arrow Ətraflı
Yatan qadının başına meteorit töküldü  FOTO like
  • 18 Mar 08:59  
Dünya Yatan qadının başına meteorit töküldü FOTO

Kanadanın Britaniya Kolumbiyası əyalətində yaşayan yaşlı qadın gecənin

arrow Ətraflı
Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı seçki kampaniyası başlayıb like
  • 18 Mar 08:56  
Dünya Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı seçki kampaniyası başlayıb

Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı seçki kampaniyas�

arrow Ətraflı
Bayden ailəsinin Çin firmasından pul aldığını inkar edib like
  • 18 Mar 08:48  
Dünya Bayden ailəsinin Çin firmasından pul aldığını inkar edib

ABŞ prezidenti Co Bayden ailə üzvlərinin Çinin "State Energy HK Limite

arrow Ətraflı
Piyadanı vurub qaçan bloqer like
  • 18 Mar 08:39  
Kriminal Piyadanı vurub qaçan bloqer

Nərimanov Rayon Məhkəməsində piyadanı vurub qaçmaqda təqsirləndirilən

arrow Ətraflı
Milyarderlərin ən sevimli şəhərləri məlum oldu like
  • 18 Mar 08:29  
Digərləri Milyarderlərin ən sevimli şəhərləri məlum oldu

Pandemiya zamanı Dubay, Mayami və Sinqapur immiqrant milyonerlərinin sayına

arrow Ətraflı
Ukrayna ordusu İran istehsalı olan 11 dronu məhv edib like
  • 18 Mar 08:24  
Dünya Ukrayna ordusu İran istehsalı olan 11 dronu məhv edib

Martın 17-də axşam saatlarında rus qoşunları İranın Shahed kamikadze pil

arrow Ətraflı
Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ: like
  • 18 Mar 08:18  
Digərləri Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ:

Bu gündən Şuşa şəhərinə turizm məqsədli səfərlərə başlanılır.

arrow Ətraflı
“Apple” qulaqlıqları eşitmə cihazına çevriləcək  FOTO like
  • 18 Mar 08:12  
Digərləri “Apple” qulaqlıqları eşitmə cihazına çevriləcək FOTO

Eşitmə qabiliyyətini itirmiş insanlar "Apple" qulaqlıqlarından e

arrow Ətraflı
Dünya üçüncü dünya müharibəsinin astanasındadır like
  • 18 Mar 08:06  
Dünya Dünya üçüncü dünya müharibəsinin astanasındadır

Dünya üçüncü dünya müharibəsinin astanasındadır.

arrow Ətraflı