İƏT XİN Şurası Azərbaycanın irəli sürdüyü 5 qətnaməni qəbul edib


Siyasət 18 Mar 2023 09:10:00 191 0

İƏT XİN Şurası Azərbaycanın irəli sürdüyü 5 qətnaməni qəbul edib

6-17 mart 2023-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində 49-cu sessiyası keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Sessiyada Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiya çərçivəsində çıxış edən nazir müavini F. Rzayev Türkiyə və Suriya ərazisində baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən dağıdıcı zəlzələ ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Pakistan və Çadda baş verən daşqınları da qeyd edən nazir müavini, Azərbaycanın bu böhran vəziyyətlərinin aradan qaldırılması istiqamətində İƏT-in səylərinə dəstək verməyə hazır olduğunu bildirib.

F.Rzayev Ermənistan-Azərbaycan münaqişəsinin bitməsindən sonrakı dövrdə normallaşma prosesi və Ermənistanın buna mane olan təxribatçı addımları, mina təhdidləri barədə ətraflı məlumat verib. Nazir müavini iclas iştirakçılarını Azərbaycan Respublikasının Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində COVID-19-dan sonrakı bərpa məsələlərinə həsr olunmuş təşəbbüsləri ilə bağlı məlumatlandırıb.

Çıxış zamanı, həmçinin BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin bir illiyi münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda təşkil olunmuş "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans barədə məlumat təqdim olunub.

Nazirlər Şurasının yekununda ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib.

"Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması", "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində iqtisadi və sosial inkişaf fəaliyyətlərinə dəstək" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması" adlı qətnamələrdə Ermənistan tərəfindən Azərbaycana qarşı 30 ilə yaxın dövr ərzində törədilmiş işğal və təcavüz siyasəti qəti şəkildə pislənilir və işğalın ağır fəsadlarının aradan qaldırılması istiqamətində, habelə bərpa və yenidənqurma işlərində Azərbaycan hökuməti və xalqına dəstək ifadə olunur.

"1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik" adlı qətnamədə 26 fevral 1992-ci il tarixində Xocalıda Azərbaycan mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğın pislənilir, dünya birliyi bu qırğını soyqırımı, insanlıq əleyhinə cinayət və müharibə cinayəti olaraq qəbul edilməyə çağırılır və "Xocalıya ədalət" ictimai kampaniyasına dəstək ifadə olunur.

57 ölkənin daxil olduğu İƏT-in Nazirlər Şurası tərəfindən qəbul edilmiş "Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum" adlı qətnamədə isə İƏT üzv dövlətləri 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pislənir, İran hökumətini baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının İran İslam Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mühafizəsini təmin etməyə çağırılır. Qətnamədə həmçinin İƏT Katibliyi və İƏT üzv dövlətlərinin Səfirliyə hücumu pisləyən bəyanatları alqışlanır.

"Yasak elma"dakı səhnəsini ələ saldı  Ölüm anım mənə çox yersiz gəldi like
  • 18 Mar 09:09  
Digərləri "Yasak elma"dakı səhnəsini ələ saldı Ölüm anım mənə çox yersiz gəldi

Türkiyəli aktyor Bekir Aksoy "Yasak elma" serialından qalmaqallı �

arrow Ətraflı
Yatan qadının başına meteorit töküldü  FOTO like
  • 18 Mar 08:59  
Dünya Yatan qadının başına meteorit töküldü FOTO

Kanadanın Britaniya Kolumbiyası əyalətində yaşayan yaşlı qadın gecənin

arrow Ətraflı
Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı seçki kampaniyası başlayıb like
  • 18 Mar 08:56  
Dünya Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı seçki kampaniyası başlayıb

Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı seçki kampaniyas�

arrow Ətraflı
Bayden ailəsinin Çin firmasından pul aldığını inkar edib like
  • 18 Mar 08:48  
Dünya Bayden ailəsinin Çin firmasından pul aldığını inkar edib

ABŞ prezidenti Co Bayden ailə üzvlərinin Çinin "State Energy HK Limite

arrow Ətraflı
Piyadanı vurub qaçan bloqer like
  • 18 Mar 08:39  
Kriminal Piyadanı vurub qaçan bloqer

Nərimanov Rayon Məhkəməsində piyadanı vurub qaçmaqda təqsirləndirilən

arrow Ətraflı
Milyarderlərin ən sevimli şəhərləri məlum oldu like
  • 18 Mar 08:29  
Digərləri Milyarderlərin ən sevimli şəhərləri məlum oldu

Pandemiya zamanı Dubay, Mayami və Sinqapur immiqrant milyonerlərinin sayına

arrow Ətraflı
Ukrayna ordusu İran istehsalı olan 11 dronu məhv edib like
  • 18 Mar 08:24  
Dünya Ukrayna ordusu İran istehsalı olan 11 dronu məhv edib

Martın 17-də axşam saatlarında rus qoşunları İranın Shahed kamikadze pil

arrow Ətraflı
Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ: like
  • 18 Mar 08:18  
Digərləri Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ:

Bu gündən Şuşa şəhərinə turizm məqsədli səfərlərə başlanılır.

arrow Ətraflı
“Apple” qulaqlıqları eşitmə cihazına çevriləcək  FOTO like
  • 18 Mar 08:12  
Digərləri “Apple” qulaqlıqları eşitmə cihazına çevriləcək FOTO

Eşitmə qabiliyyətini itirmiş insanlar "Apple" qulaqlıqlarından e

arrow Ətraflı
Dünya üçüncü dünya müharibəsinin astanasındadır like
  • 18 Mar 08:06  
Dünya Dünya üçüncü dünya müharibəsinin astanasındadır

Dünya üçüncü dünya müharibəsinin astanasındadır.

arrow Ətraflı
Məşhur aktyor evində like
  • 18 Mar 07:59  
Şou-biznes Məşhur aktyor evində

Məşhur amerikalı aktyor Lens Reddik 60 yaşında vəfat edib.

arrow Ətraflı
Bağırsaqlarda polip və adenomalar like
  • 18 Mar 07:55  
Digərləri Bağırsaqlarda polip və adenomalar

Bağırsaqlarda polip və adenomalara çox rast gəlmək olar. Bu neoplazmalar z

arrow Ətraflı
Türkiyə XİN Avropa Parlamentinin qondarma “erməni soyqırımı”na dair bəyanatına cavab verib like
  • 18 Mar 07:51  
Dünya Türkiyə XİN Avropa Parlamentinin qondarma “erməni soyqırımı”na dair bəyanatına cavab verib

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qondarma "erməni

arrow Ətraflı
Haaqa Məhkəməsi Putinin həbsi üçün order verdi like
  • 18 Mar 07:45  
Dünya Haaqa Məhkəməsi Putinin həbsi üçün order verdi

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs

arrow Ətraflı