Tıxma və qozçörəyi qubalıların bayram süfrələrinin bəzəyidir FOTO


Digərləri 17 Mar 2023 22:26:00 204 0

Tıxma və qozçörəyi qubalıların bayram süfrələrinin bəzəyidir  FOTO

Bayram süfrələrinin bəzəyi dadlı şirniyyatlardır. Azərbaycanda hər bölgənin özünəməxsus şirniyyat növləri var. Bəzən eyni şirniyyat ayrı-ayrı regionlarda fərqli formada və üsulla hazırlanır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qubada bayram süfrəsi üçün hazırlanan şirniyyatlar arasında şəkərbura və tıxma ilk sırada gəlir.

Qubalılar şəkərburanı qozçörəyi adlandırırlar. Burada hazırlanan qozçörəyi ənənəvi şəkərburadan ölçüsünün böyük olması, üzərindəki naxışlar və içliyi ilə fərqlənir.

Tıxma isə Qubanın özünəməxsus şirniyyat növlərindən biridir. Şorqoğal kimi yumru formada olsa da, dadı şirin, üzəri və kənarları şəkərbura kimi naxışlıdır.

Qubada bayram öncəsi qohum və qonşular bir yerə toplaşıb, şəkərbura, tıxma bişirir, nişanlı qızlar üçün bayram xonçası hazırlayırlar.

"Tıxma bizim rayonumuzda ən çox bişirilən şirniyyatlardan biridir. Tıxmanın xəmiri də şəkərbura ilə eyni yoğurulur. Un, yumurta, süd, yağ, maya qatılaraq xəmir hazırlanır. Bir müddət dincə qoyulur. Sonra xəmir kiçik kündələrə bölünüb yayılır və lavaş yağlanır. Lavaşları üst-üstə atdıqdan sonra dürməklər kəsilir. Bu dürməklərdən tıxmanın ölçüsünə görə balaca hissələr kəsilərək forma verilir və içlik doldurulur. Tıxmanın içliyi şəkər tozu, yumurta, yağ, un və zövqə görə əlavə olunan ədəvalardan ibarətdir. Balaca stəkan formasına salınan tıxma xəmirinə bol içlik qoyulur. Şirniyyatın adı da elə tıxmaq, doldurmaq sözlərindən götürülüb", - deyə Quba sakini Çimnaz Məmmədova bildirib.

Tıxmanın üzərinə şəkərburada olduğu kimi, naxışlar vurulur. Qubalıların bayram sovqatları içərisində tıxma şirniyyatı ilə doldurulmuş xonça xüsusi yer tutur. Tıxma şirin olduğundan həm də uşaqların ən sevimli şirniyyatlarındandır.

Ad çəkmədən həmkarlarını təhqir etdi  FOTO like
  • 17 Mar 22:20  
Digərləri Ad çəkmədən həmkarlarını təhqir etdi FOTO

Aktyor Türkay Cəfərli instaqramda qalmaqallı status paylaşıb. 

arrow Ətraflı
Bakıda DƏHŞƏT: Qızı evində zorladılar like
  • 17 Mar 22:14  
Kriminal Bakıda DƏHŞƏT: Qızı evində zorladılar

Bakıda zorlama hadisəsi baş verib.

arrow Ətraflı
Türk müğənni koronavirusa yoluxdu like
  • 17 Mar 21:27  
Digərləri Türk müğənni koronavirusa yoluxdu

Türk müğənni Deniz Seki koronavirusa yoluxub.

arrow Ətraflı
Övladları ilə bağlı döymə etdirdilər  FOTO like
  • 17 Mar 20:51  
Şou-biznes Övladları ilə bağlı döymə etdirdilər FOTO

Türkiyənin məşhur cütlüyü aktyor Kıvanç Tatlıtuğ modelyer Başak Diz

arrow Ətraflı
“Pullar yeyildiyi üçün film çəkilmədi” like
  • 17 Mar 20:29  
Şou-biznes “Pullar yeyildiyi üçün film çəkilmədi”

Aktyor Corc Qafarov özünün də rol aldığı İkinci Qarabağ müharibəsinə

arrow Ətraflı
“Zaporojye vilayətində əhali məcburi olaraq pasportlaşdırılır” like
  • 17 Mar 20:18  
Dünya “Zaporojye vilayətində əhali məcburi olaraq pasportlaşdırılır”

"Müvəqqəti işğal olunmuş Zaporojye vilayətində əhali məcburi olar

arrow Ətraflı
"Diqqət edin ki, sonradan şoka düşməyəsiniz" like
  • 17 Mar 20:07  
Şou-biznes "Diqqət edin ki, sonradan şoka düşməyəsiniz"

Müğənni Emma Ələkbərzadə bu dəfə dostlarından şikayətlənib.

arrow Ətraflı
ABŞ Qara dənizə daha bir PUA göndərdi like
  • 17 Mar 19:56  
Dünya ABŞ Qara dənizə daha bir PUA göndərdi

ABŞ Qara dənizdə PUA-nın qəzaya uğradığı yerə daha bir "MQ-9 Reap

arrow Ətraflı
Abbas Xalq artistinin rəqs VİDEOsunu yaydı like
  • 17 Mar 19:45  
Şou-biznes Abbas Xalq artistinin rəqs VİDEOsunu yaydı

Əməkdar artist Abbas Bağırov Xalq artisti Eyyub Yaqubovun toyda çəkdiyi vi

arrow Ətraflı
İlham Əliyev: Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır like
  • 17 Mar 19:40  
Siyasət İlham Əliyev: Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır

Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarım

arrow Ətraflı
Ukraynanı 8 il hazırladıq, lakin...  Makqreqor like
  • 17 Mar 19:34  
Dünya Ukraynanı 8 il hazırladıq, lakin... Makqreqor

ABŞ səkkiz ildir ki, Ukrayna ordusunu Rusiyaya zərbə endirmək üçün hazı

arrow Ətraflı
YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin "Babil 2.0" sərgisi açıldı  FOTO like
  • 17 Mar 19:30  
Kriminal YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin "Babil 2.0" sərgisi açıldı FOTO

YARAT Müasir İncəsənət Məktəbi Əməkdar rəssam Sabina Şıxlinskayanın

arrow Ətraflı
771 nəfər arzuolunmaz şəxs elan olunub like
  • 17 Mar 19:23  
Digərləri 771 nəfər arzuolunmaz şəxs elan olunub

Dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan (qüsurlu

arrow Ətraflı
Prezident Azərbaycan xalqını təbrik edib like
  • 17 Mar 19:20  
Siyasət Prezident Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını t

arrow Ətraflı